Icma.az
close
up
RU
Əli Əsədov Axim Ştaynerlə görüşüb

Əli Əsədov Axim Ştaynerlə görüşüb

Baş nazir BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 14-də BMT-nin İnkişaf Proqramının (UNDP) administratoru Axim Ştaynerlə görüşüb.

Nazirlər Kabinetindən AYNA-ya verilən xəbərə görə, görüşdə Bakıda keçirilən COP29-un iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına və yaşıl enerjidən istifadəyə yönəlmiş qlobal təşəbbüslərin təşviqində mühüm rol oynayacağına əminlik ifadə olunub.

Azərbaycanla UNDP arasında uzunmüddətli səmərəli tərəfdaşlıq, o cümlədən Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşması istiqamətində işbirliyi, birgə həyata keçirilən layihələr nəzərdən keçirildi, ikitərəfli əməkdaşlığın gündəliyində duran məsələlər müzakirə olunub.

seeBaxış sayı:99
embedMənbə:https://ayna.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri