Əli Əsədov BMT İnkişaf Proqramının administratoru ilə görüşdü
Sfera.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Baş nazir Əli Əsədov noyabrın 14-də BMT-nin İnkişaf Proqramının (UNDP) administratoru Axim Ştaynerlə görüşüb.
Nazirlər Kabinetindən (NK) Sfera.az-a verilən məlumata görə, görüşdə Bakıda keçirilən COP29-un iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına və yaşıl enerjidən istifadəyə yönəlmiş qlobal təşəbbüslərin təşviqində mühüm rol oynayacağına əminlik ifadə olunub.
Azərbaycanla UNDP arasında uzunmüddətli səmərəli tərəfdaşlıq, o cümlədən Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşması istiqamətində işbirliyi, birgə həyata keçirilən layihələr nəzərdən keçirildi, ikitərəfli əməkdaşlığın gündəliyində duran məsələlər müzakirə olunub.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>

Əli Əsədov BMT İnkişaf Proqramının administratoru ilə görüşdü
15 Noyabr 2024 10:06

