Icma.az
close
up
RU
Əli Əsədov BMT İnkişaf Proqramının administratoru ilə görüşdü

Əli Əsədov BMT İnkişaf Proqramının administratoru ilə görüşdü

Baş nazir Əli Əsədov noyabrın 14-də BMT-nin İnkişaf Proqramının (UNDP) administratoru Axim Ştaynerlə görüşüb.

Nazirlər Kabinetindən (NK) Gununsesi.info -ya verilən məlumata görə, görüşdə Bakıda keçirilən COP29-un iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına və yaşıl enerjidən istifadəyə yönəlmiş qlobal təşəbbüslərin təşviqində mühüm rol oynayacağına əminlik ifadə olunub.

Azərbaycanla UNDP arasında uzunmüddətli səmərəli tərəfdaşlıq, o cümlədən Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşması istiqamətində işbirliyi, birgə həyata keçirilən layihələr nəzərdən keçirildi, ikitərəfli əməkdaşlığın gündəliyində duran məsələlər müzakirə olunub.

Gununsesi.info

seeBaxış sayı:71
embedMənbə:https://www.gununsesi.info
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri