Əli Əsədov həmkarı ilə görüşdü
Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycanın Baş naziri Əli Əsədov bu gün Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstel ilə görüşüb.
“Qafqazinfo” xəbər verir ki, görüşdə Azərbaycan ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında yüksək səviyyəli təmasların dinamikası, parlamentlərarası əlaqələrin və siyasi partiyalar xətti ilə əməkdaşlığın inkişafı məmnunluqla qeyd olunub.
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Gününün keçirilməsinin əhəmiyyəti vurğulanıb. Bu təşəbbüsün reallaşdırılması son illərdə mədəni-humanitar sahədə artan qarşılıqlı əlaqələrin məntiqi davamı kimi qiymətləndirilib.
Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın uğurla inkişaf etdiyi bildirilib, Şimali Kipr Türk Cümhuriyyətinin müşahidəçi statusunda təşkilatın fəaliyyətində fəal iştirakı vurğulanıb.
Tərəflər Azərbaycan ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında müxtəlif sahələr üzrə əlaqələrin gələcək inkişaf imkanlarını müzakirə ediblər.
Baxış sayı:94
Bu xəbər 13 İyun 2026 13:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















