Icma.az
close
up
RU
Əli Əsədov hökumətin gələn ilki planlarından DANIŞDI

Əli Əsədov hökumətin gələn ilki planlarından DANIŞDI

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Milli Məclisin istər plenar, istərsə də müxtəlif komitə iclaslarında büdcə layihələrinin müzakirələri zamanı qaldırılan məsələlər aidiyyəti qurumların rəhbərləri tərəfindən cavablandırılıb.

Modern.az xəbər verir ki,  bunu Baş nazir Əli Əsədov Milli Məclisdə “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı bildirib.

Baş nazir bir sıra məsələlərə münasibətini də bildirib.

"Büdcə şəffaflığının və hesabatlılığın artırılması istiqamətində görülən tədbirlər nəticəsində “Açıq Büdcə İndeksi-2023” hesabatında Azərbaycanın mövqeyi kifayət qədər yaxşılaşmış (125 ölkə arasında 23-cü yerdədir) və adekvat büdcə açıqlığına malik ölkələr qrupuna daxil olmuşdur.

Yeni büdcə mexanizminin tətbiqi ilə bağlı mövcud qanunvericilik sisteminin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir. 

Ortamüddətli Xərclər Çərçivəsinin tətbiqinə, proqram və nəticə əsaslı büdcə mexanizminə keçidlə bağlı islahatlara 2025-2028-ci illər ərzində əlavə sosial-humanitar bölmələrin də cəlb edilməsi nəzərdə tutulur. 

Publik hüquqi şəxslərin sahəvi sayının və strukturunun optimallaşdırılması və əməkhaqqı sisteminin vahid yanaşma əsasında təkmilləşdirilməsi nəzərdə tutulur. 

Bir sözlə büdcə vəsaitlərinin qənaətli və təyinatı üzrə istifadəsinə nəzarət və effektivlik artırılacaqdır.

Makro-fiskal proqnozlarda risklərin baza, optimist və pessimist ssenarilərdə qiymətləndirilməsi aparılır və qarşısının alınması üçün tədbirlər nəzərdə tutulur. 

Büdcə qaydası makroiqtisadi dayanıqlığı, büdcə intizamını, Dövlət Neft Fondunun aktivlərinin dayanıqlı səviyyədə qorunmasını təmin edir və onun illik əməliyyat hədəflərinə İqtisadi Şurada büdcə müzakirəsi zamanı baxılır. 

Ümumiyyətlə, qaldırılan bir çox sosial-iqtisadi, monetar və fiskal siyasət, dövlət borcu, makroiqtisadi siyasətin koordinasiyası və digər məsələlərə İqtisadi Şuranın illik Fəaliyyət Planına uyğun olaraq baxılır, müvafiq qərarlar qəbul olunur və aidiyyəti üzrə razılaşdırılır.  

Növbəti ildə də Hökumətin əsas vəzifələrindən biri “balanslaşdırılmış büdcə, dayanıqlı iqtisadi artım üçün makroiqtisadi sabitliyin və inflyasiyanın birrəqəmli səviyyəsinin” təmin edilməsi olacaqdır",-Əli Əsədov deyib.

Əli Əsədovun sözlərnə görə, Büdcə şəffaflığının və hesabatlılığın artırılması istiqamətində görülən tədbirlər nəticəsində “Açıq Büdcə İndeksi-2023” hesabatında Azərbaycanın mövqeyi kifayət qədər yaxşılaşmış (125 ölkə arasında 23-cü yerdədir) və adekvat büdcə açıqlığına malik ölkələr qrupuna daxil olub. Yeni büdcə mexanizminin tətbiqi ilə bağlı mövcud qanunvericilik sisteminin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Baş nazir bildirib ki, Ortamüddətli Xərclər Çərçivəsinin tətbiqinə, proqram və nəticə əsaslı büdcə mexanizminə keçidlə bağlı islahatlara 2025-2028-ci illər ərzində əlavə sosial-humanitar bölmələrin də cəlb edilməsi nəzərdə tutulur.

"Publik hüquqi şəxslərin sahəvi sayının, strukturunun optimallaşdırılması və əməkhaqqı sisteminin vahid yanaşma əsasında təkmilləşdirilməsi nəzərdə tutulur. Bir sözlə, büdcə vəsaitlərinin qənaətli və təyinatı üzrə istifadəsinə nəzarət və effektivlik artırılacaqdır. Makro-fiskal proqnozlarda risklərin baza, optimist və pessimist ssenarilərdə qiymətləndirilməsi aparılır və qarşısının alınması üçün tədbirlər nəzərdə tutulur. Büdcə qaydası makroiqtisadi dayanıqlığı, büdcə intizamını, Dövlət Neft Fondunun aktivlərinin dayanıqlı səviyyədə qorunmasını təmin edir və onun illik əməliyyat hədəflərinə İqtisadi Şurada büdcə müzakirəsi zamanı baxılır. Növbəti ildə də Hökumətin əsas vəzifələrindən biri “balanslaşdırılmış büdcə, dayanıqlı iqtisadi artım üçün makroiqtisadi sabitliyin və inflyasiyanın birrəqəmli səviyyəsinin” təmin edilməsi olacaq",-Əli Əsədov deyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:199
embedMənbə:https://modern.az
archiveBu xəbər 16 Dekabr 2024 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see241

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see240

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

25 Sentyabr 2026 23:42see219

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

25 Sentyabr 2026 21:53see214

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see212

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see211

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see210

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see204

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see191

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see185

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see184

Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri VİDEO

26 Sentyabr 2026 01:02see182

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see182

Kaylinin şousu diqqət çəkdi

26 Sentyabr 2026 12:09see182

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see178

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

26 Sentyabr 2026 14:34see177

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see177

182 metr Dünyanın ən hündür abidəsi kimə həsr olunub?

26 Sentyabr 2026 14:07see173

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see167

SOCAR və Apollo upstream layihələrinə investisiya imkanlarını araşdıracaq

26 Sentyabr 2026 15:01see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri