Icma.az
close
up
RU
“Əli Həsənov deyirdi ki, Anar hamımızı YAP a qoşur, axırımız nə olacaq? ” Sabiq deputatdan ŞOK AÇIQLAMALAR

“Əli Həsənov deyirdi ki, Anar hamımızı YAP a qoşur, axırımız nə olacaq? ” Sabiq deputatdan ŞOK AÇIQLAMALAR

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

“2006-cı ildə məni Prezidentin tapşırığı ilə çağırdılar Prezident Aparatına, Zeynal Nağdəliyevlə görüşdüm, vəzifələr müzakirə olundu. Deputatlıqdan bir il sonra idi. Zeynal müəllim mənə dedi ki, səni özümüz çağırmamışıq, Prezidentin tapşırığı ilə çağırmışıq. Vəzifələr sadalandı, dedilər bir həftəyə sənin sərəncamın gedir. Bir həftə oldu bir ay, iki ay.  Sonra zəng vurdum Ramiz Mehdiyevə. Mənə dedi ki, zəng vurdum Vasif Talıbova, dedim Anara vəzifə veririk, o da dedi saxla, deyərəm. Qısası, Talıbov-Ramiz Mehdiyev cütlüyü yolumu kəsdi”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin II çağırış deputatı, Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun köməkçisi çalışmış Anar Axundzadə deyib. 
O bildirib ki, Vasif Talıbov və Ramiz Mehdiyev onun vəzifəyə gəlməsinə imkan verməyiblər:
“Özü də mən onun köməkçisi olmuşam, münasibətimiz pis olmayıb. Sadəcə onların təfəkkürü o idi ki, sən bizim başımızın üstündən necə vəzifəyə gedə bilərsən? 
Mən Vasif Talıbovun bacısı oğlu olmamışam ki. Mən 18 yaşımdan Heydər Əliyevin yanında olmuşam, sonra da İlham Əliyevin yolunda olmuşam. Nə isə mənə belə bir tələ qurdular, yolumu kəsdilər və 10 il məni işsiz saxladılar. 
Sonra öyrəndim ki, yalandan gedib Prezidentə deyiblər ki, bəs Prezident Aparatında şöbə müdirliyi təklif etdik, imtina etdi. Sonra dedim bunu biy yolla çatdıracağam, tez-tələsik məni göndərdilər Səbailə şöbə müdiri. Səbaildə də bir az Eldar Əzizovla işlədim, sonra yeni başçı gəldi, o da dedi mənim öz komandam var, öz ərizənlə getsən yaxşı olar. Mən də dedim yaxşı, gedərəm. 
İndi o mənim yolumu kəsənlərin heç biri yoxdur. Məndə yıxılanın dalınca danışmaq yoxdur, ona görə heç birinin haqqında danışmadım. İndi də yıxılıb deyə demirəm. Sadəcə bir adam Prezidentimizə qarşıdırsa, dövlətə xəyanət edirsə, ona Azərbaycanı sevən hər kəs qarşı çıxmalıdır.
O vaxt hələ YAP yaranmamışdı, mən Heydər Əliyevin yolunda idim, Əli Həsənovun özü gəlib mənə deyirdi ki, Anar, sən bizim hamımızı həvəsləndirib bu YAP-a qoşursan, Heydər Əliyevin yaxşı savadı var, axırımız nə olacaq? 
İndi o gəldi PA-da şöbə müdiri oldu, milyonları yığdı altına, Prezidentə də xəyanət elədi. Mən Səbaildə işləyəndə ona dedim məni gətir PA-ya, heç onu da etmədi. Halbuki bir vaxt dalımca düşmüşdü. Bu məsələlər üçün bir İlahi ədalət var, ona görə bir Allaha sığınmışıq, bir də Prezidentimizin ədalətinə”.
Cavidan Mirzəzadə
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:90
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 04 Noyabr 2025 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see294

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see290

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see272

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see270

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see232

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see229

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see224

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see202

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see197

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see180

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see176

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see166

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see164

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see160

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see156

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see152

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see151

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri