Icma.az
close
up
RU
Əli Həsənov: Əvəz Zeynallının dedikləri ifrat dərəcədə şər və böhtandır

Əli Həsənov: Əvəz Zeynallının dedikləri ifrat dərəcədə şər və böhtandır

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədri, YAP Ağsaqqallar Şurasının üzvü Əli Həsənov Xural TV-nin rəhbəri Əvəz Zeynallının onun həyat yoldaşının erməni dilində danışması və Prezident Administrasiyasının rəhbəri vəzifəsində olarkən Ramiz Mehdiyevin erməni əsilli arvadı ilə Badamdardakı villada görüşlər keçirməsi, bu təmaslarda erməni dilində danışdıqları, ermənilərlə qohum olan şəxslərin vəzifələrə irəli çəkilməsi istiqamətində iş aparmaları haqda dediklərinə cavab verib.

Sherg.az xəbər verir ki, təkzibini əlyazma formasında Musavat.com-a göndərən Əli Həsənov qeyd edib ki, Əvəz Zeynallının dedikləri onun ailəsinə qarşı şər-böhtandır:

"Xural TV-nin rəhbəri Əvəz Zeynallı Ramiz Mehdiyevdən danışarkən mənim ailəmin guya Ramiz Mehdiyevin ailəsi ilə erməni dilində danışdığını deyir və guya Badamdarda villa tikintisində işləyən fəhlənin ona dediklərinə istinad edir. Sonra deyir ki, bilmirəm o fəhlə sağdı, ya ölüb və hətta həmin fəhləyə təşəkkür edir. Əvvəla, mənim ailəm Ramiz Mehdiyevin ailəsinin heç üzünü də görməyib və erməni dilində bir söz də bilmir. Mənim Badamdarda heç bir villam yoxdur. Ailəm isə Qarabağlıdır -Ağcabədidə dünyaya göz açıb. Əvəz Zeynallının dedikləri ifrat dərəcədə şər və böhtandır. O birinci dəfə deyil mənim ünvanıma şər-böhtan danışır. Özü də sifarişlə".

22 il Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri olaraq məcburi köçkünlərin problemləri ilə məşğul olduğunu vurğulayan Əli Həsənov daha sonra deyib:

"Ulu Öndər Heydər Əliyevin və möhtərəm Prezidentimiz İlham Əliyevin qərar və tapşırıqlarını, onların mənə verdikləri geniş səlahiyyətlərdən istifadə edərək qaçqın və məcburi köçkünlər arasında ictimai-siyasi sabitliyin qorunub-saxlanması üçün lazımi tədbirlər görmüşəm. Həmin dövrdə mənim ünvanıma mətbuatda çoxsaylı şər-böhtanlar yazılıb. Mən heç birinə cavab verməmişəm, çünki bilirdim ki, bu yazılar sifarişlə yazılır və qaçqın və məcburi köçkünlər arasında ictimai-siyasi sabitliyin pozulmasına yönəlib. Hər dəfə mənə qarşı böhtanlar yazıldıqca, mən əksinə, qeyd etdiyim istiqamətdə gördüyüm tədbirləri daha da gücləndirirdim. İndi Əvəz Zeynallının danışığına ona görə cavab verirəm ki, o, mənim ailəm barədə ağlasığmaz dərəcədə şər-böhtan danışıb, özü də hədəfi yayındırmaq üçün. Ailə müsəlman aləmində hər bir kişi üçün müqəddəsdir. Başqasının ailəsinə qarşı şər-böhtan danışmaq heç kimə başucalığı gətirmir və bu, yolverilməzdir, heç bir çərçivəyə sığmır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:238
embedMənbə:https://sherg.az
archiveBu xəbər 17 Noyabr 2025 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri