Icma.az
close
up
RU
ƏLİ HƏSƏNOVUN KÜRƏKƏNİ AVROPANI “SATIN ALIR” İngiltərədə yaxta şirkəti, Almaniyada klinika, pansionat, otellər... (FOTOLAR)

ƏLİ HƏSƏNOVUN KÜRƏKƏNİ AVROPANI “SATIN ALIR” İngiltərədə yaxta şirkəti, Almaniyada klinika, pansionat, otellər... (FOTOLAR)

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Araşdırmaçı jurnalist Cavanşir Həsənli “Facebook” səhifəsində yazır ki, Baş nazirin keçmiş müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədri, hazırda Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Müşahidə Şurasının sədri olan Əli Həsənovun kürəkəni Elman Allahverdiyev xaricdə yeni bizneslər qurur.

Onun araşdırmasına görə, Almaniyanın Hamburq şəhərində yaşayan Allahverdiyev bu ilin yanvarında Londonda OPAL YACHTING LTD adlı şirkət təsis edib. Araşdırmaya əsasən, şirkət hələ ki “dormant” - yəni fəaliyyətsiz statusda olsa da, bu addım gələcəkdə yaxta biznesinə başlamaq üçün hüquqi baza və platforma yaratmaq məqsədi daşıya bilər. C.Həsənli qeyd edir ki, bu cür şirkətlər vasitəsilə sahibkarlar bank hesabı aça, viza və oturum icazəsi üçün əsas yarada və investor cəlb edə bilirlər.Cavanşir Həsənli xatırladır ki, Elman Allahverdiyev Almaniyada da bir sıra şirkətlərin sahibidir. O, Hamburqda LOHIMEX GmbH şirkətini təsis edib, “AuK Hotel GmbH”-nı alaraq “Glorious Hotels & Resorts GmbH” adı ilə yenidən qeydiyyatdan keçirib. Bu şirkətlər vaxtilə Bad Bevensen şəhərində satın alınmış “Kieferneck” otelində qeydiyyatdadır


Jurnalist bildirir ki, Allahverdiyevin Bad Bevensendə aldığı başqa otellər də var. 2014-cü ildə şəhərin Bergstraße küçəsində “Heidekrug” otelini alıb, lakin 5 il istifadəsiz saxladıqdan sonra 2019-cu ildə “Manfred Preuss” adlı şəxsə dəyər-dəyməzinə satıb. Yeni sahibi otel otaqlarını 15 mənzilə çevirərək satışa çıxarıb.

Eyni ildə Elman Allahverdiyev Bad Bevensendə sahəsi 14 770 kv.m olan keçmiş “Diabet Klinikası”nı da alıb. Burada vaxtilə Almaniya Diabet Muzeyi yerləşirdi. 2019-cu ildə klinika binası sökülüb, həmin ərazi isə bu günədək xarabalığı xatırladır. Bundan başqa, Allahverdiyev kurort şəhərinin Haberkamp küçəsində yerləşən “Grüning Hotel”, eləcə də “Nicolas” pansionatını da alıb.

Beləliklə, Cavanşir Həsənlinin təqdim etdiyi siyahıya görə, Əli Həsənovun kürəkəni yalnız Bad Bevensen şəhərində 4 otel, 1 pansionat və 1 klinika binasına sahib olub.

C.Həsənli əlavə edir ki, Elman Allahverdiyevin adı ictimaiyyətə daha çox oğlu Nail Allahverdiyevin 2017-ci ildə törətdiyi ağır yol qəzası ilə bağlı tanışdır. Həmin ilin avqustunda Nail Allahverdiyev “Mercedes-Gelandewagen” markalı avtomobillə yüksək sürətlə hərəkət edərək iki nəfərin ölümünə, daha ikisinin isə müxtəlif dərəcəli bədən xəsarətləri almasına səbəb olmuşdu. Araşdırmaçı jurnalistin iddiasına görə, məhz bu hadisədən dərhal sonra Elman Allahverdiyev Azərbaycandan külli miqdarda vəsait çıxararaq Almaniyada milyonlarla avro dəyərində otellər və klinika binası alıb.

Xatırladaq ki, Əli Həsənov 1998–2019-cu illərdə Baş nazirin müavini, 1998-2018-ci illərdə isə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışıb.

 

Rasim Əliyev

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 25 Sentyabr 2025 18:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see154

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see144

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see135

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see132

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see128

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see127

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri