Icma.az
close
up
RU
Əli Həsənovun qohumlarından müsadirə olunan obyekt bu qiymətə satıldı Yeni Gündəm

Əli Həsənovun qohumlarından müsadirə olunan obyekt bu qiymətə satıldı Yeni Gündəm

Icma.az, Yenigundem portalına istinadən məlumat yayır.

“Jurnalistlər binası” kimi tanınan yaşayış binasının birinci mərtəbəsində yerləşən və müsadirə olunan obyekt açıq hərrac vasitəsi ilə 1 milyon 213 min 657,5 manata satılıb. “Yeni Gundem” Yeniavaz.com-a istinadən xəbər verir ki, Səbail rayonu, 20-ci sahə, Bibiheybət qəsəbəsi, Yeni Salyan yolu, 22 ünvanında yerləşən bu obyekti kimin aldığı barədə məlumat verilmir.

Qeyd edək ki, obyekt ilk dəfə 29 noyabr 2023-cü il tarixində açıq hərraca çıxarılıb. İlk hərracda obyektin ilkin start qiyməti 2 milyon 427 min 315 manat olub. Lakin, 676 kv. metr sahəyə malik obyekt satılmadığı üçün 28 fevral 2024-cü il tarixində keçirilən 3-cü hərracda 10% endirimlə (2 milyon 184 min 583,5 manat) satışa çıxarılıb. 1 aprel tarixində 25% endirimlə (1 milyon 820 min 486,25 manat) 4-cü dəfə hərraca çıxarılıb. Obyekt yenə satılmadığı üçün 3 may tarixində 50%-lik endirimlə (1 milyon 213 min 657,5 manat) 5-ci dəfə satışa çıxarılıb. Bundan sonra obyekt daha 6 dəfə hərraca çıxarılıb və qiymətində heç bir dəyişiklik olmayıb.

10 yanvar tarixində 12-ci dəfə hərraca çıxarılan obyektin ilkin start qiyməti dəyişməyib və 1 milyon 213 min 657,5 manata da satılıb.

Məlumat üçün bildirək ki, hərraca çıxarılan obyekt ləğv edilən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli və onunla birlikdə ittiham olunan şəxslərin cinayət işi çərçivəsində müsadirə olunub. Obyekt “Jurnalistlər binası”nı tikən “Portos” MMC-yə məxsus olub.

“Portos” MMC-nin hazırda həbsdə olan icraçı direktoru Nadir Məmmədov məhkəmədə verdiyi ifadəsində bildirib ki, şirkətin təsisçisi Prezident Administrasiyasının ləğv olunan İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun baldızı (həyat yoldaşının bacısı) Gülər Vəliyeva olub.

Onu da bildirək ki, hərraca çıxarılan obyektin divarında yer alan yazıdan da açıq şəkildə görünür ki, burada Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevaya məxsus “Kaspi Abituriyent” kursları fəaliyyət göstərib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 15 Yanvar 2025 19:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri