Icma.az
close
up
RU
“Əli İsa möhürü ələ keçirib, kinoya aidiyyatı olmayan adamları İttifaqa doldurub”

“Əli İsa möhürü ələ keçirib, kinoya aidiyyatı olmayan adamları İttifaqa doldurub”

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

Əbdül Mahmudov (Şeyx Əbdül) mərhum Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri postu ətrafında yaranan müzakirələrdən danışıb.

"Yeni Sabah" pravda.az-a istinadla xəbər verir ki, Xalq artisti Şəfiqə Məmmədovanı sədr postuna ən çox layiq namizəd sayıb:

“Bilmirəm, Əli İsa Cabbarov özünü kənardan necə İttifaqa salıb. Şəfiqə Məmmədova isə onsuz da birinci katibdir. Əslində, İdarə Heyətinin sədrliyə namizədlik vermək ixtiyarı yoxdur. Çünki qurultayda əvvəlcə hesabat dinlənilir, qiymət verilir, fərdi çıxışlar olur. Bundan sonra hamı buraxılır, eyni səlahiyyətlə tam bərabərhüquqlu şəkildə namizədlikləri irəli sürülür. Buna ixtiyarları var. Sən vəzifədə ola-ola öz namizədliyini necə verə bilərsən? Gülməli görünmür? Bunlar isə oyun oynayırlar. Dominos pizza

Allah Rasim Balayevə rəhmət eləsin. Son vaxtlar onun xəstəliyindən sui-istifadə etdilər. Əli İsa Cabbarov "peçatı" da əlinə keçirib, kinoya aidiyyatı olmayan adamları İttifaqa doldurub. Axı İttifaqın Nizamnaməsi var. Kimlər İttifaqın üzvü ola bilər, hamısı Nizamnamədə yazılıb. Mən İttifaqın üzvü olanda on beş filmə çəkilmişdim, dörd filmdə isə ikinci rejissor işləyirdim. "Dəli Kür", "Bizim Cəbiş müəllim", "Şərikli çörək" kimi...

Dünən universitet bitirib, haradansa özəl studiyalarda işləyənləri Əli İsa Cabbarov İttifaqa doldurub. Özü üçün sosial baza yaradıb, indi də namizədliyini irəli sürür. Əli İsa, əvvəla, sənin sədr olmağa heç bir mənəvi və hüquqi haqqın yoxdur. Sən kino xadimi deyilsən, həvəskar, xırda sənədli film çəkən rejissorsan. Oqtay Mirqasımov, Ayaz Salayev, Cəmil Quliyev, mən və digərləri kənara çəkilmişik. Çünki Əli İsa Cabbarov İttifaqda özfəaliyyət bazarı açıb. Özü də istəyir ki, "bazarkom" olsun. Sən necə Şeyx Əbdül Mahmudov, Fəxrəddin Manafov, Oqtay Mirqasımov kimi adamların rəhbəri ola bilərsən? Bu bazarda nə oyun oynayırsan?

Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) ilə keçirilən toplantıda bu məsələdən də danışılacaq. Ayıbdır, yaxşı deyil. Bu gün Azərbaycan kinosunun vəziyyəti çox pis və acınacaqlı vəziyyətdədir. Kinonu bu acınacaqlı vəziyyətdən çıxarmaq üçün ilk növbədə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri nüfuzlu, cənab Prezident, dövlət məmurları və ictimaiyyət tərəfindən tanınan, etimad göstərilən, sevilən şəxsiyyət olmalıdır. Belə bir şəxsiyyət praktikada artıq özünü sübut etmiş, möhtərəm Prezidentimizin yanında fikir bildirə biləcək adam Şəfiqə Məmmədovadır. Ağbirçək, təcrübəli xanımdır. Kinostudiyamızı ağır vəziyyətdən çıxara bilər. İttifaqdan küsüb gedənləri qaytara biləcək yeganə şəxsiyyət Şəfiqə Məmmədovadır. İstəsək də, istəməsək də...”.

Əbdül Mahmudov bir neçə il öncə Şəfiqə Məmmədovanın saxta yolla sədr seçilməsi barədə dediyi sözlərə isə belə aydınlıq gətirib:

“Bu, məni yandırıb tökür. Azərbaycan kino camiyəsini iki yerə bölmüşdülər. Ölkədə iki ittifaq var idi. Heç bir hüquqi əsasları yox idi. Mən istəyirdim ki, bir araya gəlsinlər, vahid ittifaq olsun. Bunun davasını aparmışam. Demişəm ki, qeyri-qanunidir. Bir ölkədə iki kino ittifaqı ola bilər? İkisi də dövlət büdcəsindən maliyyələşirdi.  Mübarizəmdə qalib çıxdım. Allaha şükür, mərhum Rasim Balayev və Şəfiqə xanım başa düşdülər, bir araya gəldilər. Bundan sonra rəsmi Azərbaycan Kinematoqrafçılar İttifaqı yarandı, Balayev sədr seçildi. Qərəzli jurnalistlər fikirlərimi təhrif etmişdilər. Bu mənim günahım deyil. Mədəniyyət naziri də, ARKA da çox böyük işlər görür, dəstək verir. Qalır İttifaq... İttifaqı da istədiyimiz səviyyədə yoluna qoysaq, kinostudiyamızı ayağa qaldıra bilərik”.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:142
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 14 May 2026 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see466

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see307

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see305

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see297

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see243

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see240

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see227

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see227

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see222

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see219

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see215

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see213

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see209

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see208

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see206

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see198

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see193

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see190

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see188

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri