Icma.az
close
up
RU
Əli Kərimli ilə bağlı belə bir plan: Onu sədrlikdən uzaqlaşdırıb, yerinə...

Əli Kərimli ilə bağlı belə bir plan: Onu sədrlikdən uzaqlaşdırıb, yerinə...

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Azərbaycan siyasi mühitində son günlər ciddi gərginlik müşahidə olunur. Əli Kərimlinin həbsi Azərbaycanda siyasi müxalifətlə bağlı müəyyən qənaətlər yaradır. Ölkənin iki radikal partiyası olan AXCP və Müsavatın bağlanmasına çağırışların edilməsi də ciddi siyasi dəyişikliklərin olacağından xəbər verir.

AXCP və Müsavat bağlanarsa, Azərbaycanın siyasi palitrası necə olacaq? Yeni partiya yaradılacaq, yoxsa tamamən müxalifət institutunun mahiyyəti dəyişəcək?

Globalinfo.az-a danışan AĞ Partiya sədri Tural Abbaslı bildirib ki, Azərbaycanda hansısa partiyanın ləğvi və ya müxalifətin tamamilə yox olacağı barədə düşüncələr absurddur:

“Hazırda ölkədə 26 siyasi partiya fəaliyyət göstərir. Ola bilər ki, 1-2 ay sonra onlardan bir neçəsi ləğv olunsun, amma bu o demək deyil ki, Azərbaycanda müxalifət yoxdur. Məsələn, Türkiyədə 5-6 partiya var və heç kim müxalifəti monopoliyaya almır. Partiyalar öz funksiyalarını davam etdirir. Deməzdim ki, adlarını qeyd etdiyiniz partiyalar digərlərindən üstünlük təşkil edir. Onlara nəsə olsa, Azərbaycan müxalifəti yox olmayacaq”.

T.Abbaslının sözlərinə görə, ləğv olunması lazım olan partiya qanun çərçivəsində ləğv ediləcək:

Tural Abbaslı

“2 il öncə ölkədə 64 partiya var idi, amma indi onların əksəriyyəti yoxdur. Buna baxmayaraq, siyasi palitra pozulmayıb. Hər bir partiya qanun qarşısında öhdəliklərini yerinə yetirməli və fəaliyyətini davam etdirməlidir. Fikrimcə, nə olursa olsun, ölkədə siyasi partiyalar və müxalifət varlığını qoruyacaq”.

Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib ki, demokratik bir cəmiyyətdə siyasi partiyalar mövcud olmalıdır:

“Amma baxır hansı formada olmalıdır. Dünyanın bütün ölkələrində dövlət çevrilişinə cəhd edən, hakimiyyəti zorakılıqla ələ keçirmək istəyən qüvvələr ləğv edilir. Əli Kərimlinin həbsi ilə bağlı istintaq davam edir. Əgər üzə çıxsa ki, Milli Şuranın yaradılmasında və ölkədə dövlət çevrilişi cəhdində Müsavatın, Xalq Cəbhəsinin iştirakı olub, bu məsələlərdə dəyişikliklər ola bilər. İstəməzdim ki, bizdə belə bir ənənənin bünövrəsi qoyulsun. Hər halda Əli Kərimli ömrü boyu əxlaqsız fəaliyyət ilə məşğul olub. Xalq Cəbhəsi öz üzvlərini toplayıb onu partiyadan kənarlaşdırmalıdır”.

Hafiz Hacıyev

Hafiz Hacıyev daha sonra bunları deyib:

“Əli Kərimli Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəyi zəhərlədiyi üçün də həbs edilməlidir və ona qarşı cinayət işi açılmalıdır. Hətta partiyadan uzaqlaşdırılmalıdır. Bir-iki nəfərə görə partiyaların ləğv edilməsini düzgün hesab etmirəm. Müsavat Partiyasının uzun illər əvvəl Elçibəy hakimiyyətinin devrilməsində xüsusi xidmətləri olub. Mən həmin hakimiyyətdə nazir olmuşam və Əli Kərimli ilə İsa Qəmbərin fəaliyyətlərini gözümüzlə görmüşük. İstintaq zamanı sübut olunsa ki, bu partiyalar Ramiz Mehdiyevlə birgə fəaliyyət göstərib, Ermənistan və Rusiya maraqlarına xidmət edərək hakimiyyəti ələ keçirməyə cəhd ediblər, o zaman onların ləğvi məqbul hesab edilə bilər. Amma məhkəmə yekunlaşmadan öncə partiyaları ləğv etmək beynəlxalq aləmdə mənfi reaksiya doğuracaq. Məhkəmədən sonra isə ləğv edilsə, bu qərar heç bir ölkə, beynəlxalq təşkilat qarışa bilməz”.

Zaira Akifqızı
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 09 Dekabr 2025 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri