Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Instagram da yeni funksiya

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Əli Kərimlinin Aİ bayrağına sığınmasının sirri

Əli Kərimlinin Aİ bayrağına sığınmasının sirri

Xalqcebhesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu, AXCP sədrinin Avropadan pul qoparmaq cəhdidir?

Müxalifətin fəaliyyətinə yaxından bələd olan ekspertlərdən biri deyib ki, AXCP-nin daxil olduğu və hələ də üzv olaraq qaldığı Milli Şura 2013-də təsis olunarkən ilk günlərdə proqramında Avroatlantik məkana inteqrasiya ilə bağlı hər hansı müddəa yer almayıb. Hətta bu məsələ üzərində ikitirəlik yaranmışdı. O vaxtdan çox sular axıb və indi Milli Şurada ancaq Əli Kərimli özünü “həqiqi müxalifət” elan edib.

Ən acınacaqlısı isə odur ki, Rəsulzadənin adını dilə gətirərək onun irsindən bəhs edən bu qrup, eyni zamanda Avropa İttifaqının bayrağını qaldırmaqdan çəkinmir. Bəli, Azərbaycan xalqının müstəqillik günündə, Azərbaycan Xalq Cümhuriyyətinin qurucusunun abidəsinə yürüş zamanı Avropa İttifaqının rəmzini nümayiş etdirirlər. Axı bu bayrağın bizim dövlət müstəqilliyimizlə, suverenliyimizlə nə əlaqəsi var? Əksinə, bu təşkilatın bəzi institutları illərdir Azərbaycanın ərazi bütövlüyünə qarşı fəaliyyət göstərən qüvvələrə açıq və gizli dəstək verir. Avropa Parlamentində separatçı rejimin “nümayəndələri” tribunaya çıxarılır, erməni terrorçuları “mülki fəallar” kimi təqdim olunur, Ermənistanın təcavüzkar siyasəti isə “insan haqları” adı altında ört-basdır edilir.

Azərbaycan Aİ ilə münasibətlərində əvvəlki siyasətini davam etdirir, amma Ukrayna kimi ölkələrin Avrointeqrasiyasının nə ilə nəticələndiyini də unutmur. Azərbaycan ölkənin təhlükəsiz gələcəyini Aİ-də görmür. Azərbaycan Cümhuriyyətinin 107-ci yaşında Əli Kərimli və tərəfdarlarının Aİ bayrağına sığınması cəmiyyətdə mənfi reaksiyalar doğurub. Bəs görəsən, adı olub özü olmayan Milli Şura niyə məhz indi Aİ bayraqlarına sığınıb? Bu, Əli Kərimlinin Aİ-dən pul qoparmaq cəhdidirmi?

Yeni Azərbaycan Partiyasının deputatı Aydın Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Milli Şura adlanan qurum Rusiyadakı bəzi dairələrin xeyir-duası ilə yaradılmış “Milyarderlər ittifaqı”nın davamı olaraq ortaya çıxarılmışdı: "Lakin Azərbaycan cəmiyyəti ayıq-sayıq cəmiyyətdir. Ona görə də bu aldadıcı taktikanı da cəmiyyət dərhal başa düşdü və Milli Şuranın ardınca getmədi. Milli Şura qarşısına qoyulan məqsədə çatmaq iqtidarında olmadığını tam isbatladıqdan sonra şimaldan ona olan ümidlər kəsildi. Bundan sonra Milli Şura, əslində AXCP yenidən rəng dəyişərək zaman-zaman sifarişlərini yerinə yetirdiyi Avropa İttifaqına sığınmaq yolunu seçdi. Qərbdəki anti-Azərbaycan dairələrin sifarişi ilə mitinqlər təşkil etdilər, müxtəlif sabitliyi pozmağa xidmət edən aksiyalara əl atdılar. Lakin bunlar da nəticəsiz qaldı. Ehtimal etmək olar ki, son illərdə Avropadan onlara verilən "paket" ya azalıb, ya da kəsilib. Ona görə də Əli Kərimli və Milli Şura adlanan dəstə Avropa İttifaqının bayrağını 28 May Müstəqillik Günündə qaldırmaqla “sizin xidmətinizdə davam edirik və etməyə hazırıq” mesajını verir. Ölkənin müstəqillik günündə başqa bir qurumun bayrağını qaldırmağın adı başqadır".

Deputat Hikmət Babaoğlu “Yeni Müsavat” açıqlamasında bildirib ki, marginal müxalif qrupun Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə Avropa İttifaqının bayrağını qaldırması Azərbaycan Xalq Cümhuriyyətinin dəyərlərinə və ideallarına təhqirdir: “Rəsulzadə və AXC-nin digər qurucuları Azərbaycanı məhz Avropa işğalçılarından, general Tomsondan və digər düşmənlərdən xilas edərək, bu dövləti qurmuşdular. Bu gün Azərbaycan Prezidenti üçrəngli bayrağımızı öz müttəfiqləri, iki qardaş ölkənin liderləri ilə birlikdə dünyanın ən uca yerində tikilmiş Laçın Hava Limanında dalğalandırdığı bir vaxtda marginal müxalifətin hərəkəti Azərbaycan xalqının maraqlarına ziddir. Çünki məhz marginal müxalifətin qaldırdığı bayraq altında birləşən kollektiv Qərb, başda Fransa Azərbaycan bayrağının Xankəndidə, Şuşada, Laçında dalğalanmasını istəmir. Avropa İttifaqı Ermənistana monitorinq missiyası göndərir və onlar əllərindəki ən müasir cihazlarla Azərbaycanın mövqelərini Ermənistan ordusuna ötürməklə casusluq edirlər. Bu elə müxalifətin bayrağını qaldırdığı Avropa İttifaqına üzv ölkələrdir. Aydın görünür ki, bu müxalif qruplar Azərbaycan dövlətinin və xalqının dəyərlərinin yanında deyil, əksinə, Ermənistanda Aİ-nin bayrağını qaldıran Avropa müşahidə missiyasının, Aİ-nin himayə etdiyi ermənilərin yanındadırlar. Ona görə də bu cür hərəkətlər Azərbaycan dövlətinin, xalqının keçmişinə, bu gününə, Azərbaycan Xalq Cümhuriyyəti dəyərlərinə, Rəsulzadə ideologiyasına xəyanətdir”.

Ədalət, Hüquq və Demokratiya Partiyasının sədr müavini Niyaməddin Orduxanlı isə bildirdi ki, Milli Şuranı 2013-cü ildə Azərbaycanda keçirilən prezident seçkisində Rusiya yaratmışdı: “Milli Şura Rusiyanın layihəsi olub. Rusiya Prezident İlham Əliyevə qarşı hazırlanan bu layihəyə Rüstəm İbrahimbəyovu prezidentliyə namizəd irəli sürmüşdü. Rüstəm İbrahimbəyov da hakimiyyətə gəlmək üçün alışıb yanan Əli Kərimlini, Cəmil Həsənlini, İsa Qəmbəri və digərlərini bir araya gətirmişdi. Xatırlayırsınzsa, Milli Şura adından Putinə şanlı məktub yazıb xahiş etdilər ki, Rüstəm İbrahimbəyovu Rusiya vətəndaşlığından azad etsin. Sonra da Milli Şura fiaskoya uğradı. Putin Bakıya gəlib, Prezident İlham Əliyevlə görüşəndən sonra Rusiya üçün Milli Şuranın əhəmiyyəti qalmadı. Milli Şura deyilən marginal qrup "fit müxalifəti"dir. Kənardan bir fitlə idarə olunan müxalifətdir. Onlar hansı Avroatlantik inteqrasiyadan danışır? Məgər Qərb və Avropa Əli Kərimlinin kim olduğunu və Milli Şuranı Rusiyanın yaratdığını bilmir?! Əli Kərimlinin pul qoparmaq məsələsinə gəldikdə isə əlbəttə ki, bu birmənalı belədir. Pul üçün Əli Kərimli tək Qərblə deyil, İran molla rejimi ilə də əməkdaşlıq edər. Əli Kərimlinin olduğu Milli Şura deyilən qrupdan zaman-zaman pul qarşılığında həm Rusiya, həm Avropa, həm də İran İlham Əliyevə qarşı istifadə edib. Əli Kərimlini yaxından tanıyan adamların hər biri təsdiq edər ki, onun pula çox böyük sevgisi var. Pul almağı xoşlayır, xərcləməklə arası yoxdur".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:239
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 31 May 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see624

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see437

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see325

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see316

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see240

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see232

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see230

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see213

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see211

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see211

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see210

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see202

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see195

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see187

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see186

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see184

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see182

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see180

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see175

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri