Icma.az
close
up
RU
Əli Novruzov: Aqşin Yenisey aldatma işində mahirdir

Əli Novruzov: Aqşin Yenisey aldatma işində mahirdir

Kulis.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"25 ildir əsədcahangirlər, əlinovruzovlar hər yerdə məni tənqid, bəzən təhqir edirlər"
Bu fikirləri Aqşin Yenisey son polemikalarla bağlı Şərq Qəzetinə açıqlamasında bildirib.

Kulis.az Əli Novruzovun mövzu ilə bağlı fikirlərini təqdim edir.
Aqşin Yeniseyin problemi budur ki, çox ciddi şəkildə fəlsəfə və sosiologiyaya iddiası var, amma bu sahələrin heç birində fundamental təhsili yoxdur. Bizim Anversdə yaşayan tərəkəmə yoldaşın təbiri ilə desək, metodologiyaya sadiqliyi yoxdur. Çünki intellektual fəaliyyət, istənilən sahədə, mütləq və mütləq metodologiyaya sadiqlik istəyir. Bu isə öz növbəsində müvafiq sahədə fundamental təhsildən gəlir.

Aqşin Yenisey ən yaxşı halda avtodidaktdır və oxuduğu kitablar da geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş non-fiction ədəbiyyatdır. Non-fiction oxumaqla intellektual olmaq mümkün deyil. Non-fiction ədəbiyyat Qərb insanına ümumi dünyagörüşü vermək üçün çeynənilmiş və həzmə hazır vəziyyətə gətirilmiş informasiyaları ehtiva edir. Parisdən Strasburqa gedən ikisaatlıq TGV qatarında açıb oxuyursan ki, məsələn, qədim Romada qladiator döyüşləri necə olurdu. İntellektual fəaliyyətlə məşğul olmaq üçün isə birbaşa olaraq əsas mənbələrlə tanış olmaq müstəsna şərtdir.

Məsələn, Nitsşedən hamı danışa bilər, bizim ixtiyarımız yoxdur ki, kiməsə Nitsşe haqqında danışmağa qadağa qoyaq. Fəqət amma və lakin bir həqiqi intellektual Nitsşedən danışarkən, ən azı özü üçün, onu XIX əsrin Lebensphilosophie cərəyanı kontekstinə qoymalı, Şopenhauer və Kyerkeqorla varislik əlaqələrini nəzərə almalı, Diltey, Zimmel və Berqsonla müqayisədə ona baxa bilməli, həmçinin onun erkən, orta və son dövr yaradıcılığındakı kəskin fərqləri bilməli—ağıllı adam sizə deyəcək ki, ən azı üç fundamental fərqli Nitsşe var, nəhayət BAŞA DÜŞMƏLİDİR ki, niyə Nitsşe filosof deyil, filosof hesab olunmur.

Bütün bu yuxarıda saydıqlarıma isə Bizans türkcəsində non-fiction kitablar oxumaqla nail olmaq mümkün deyil. Bunlar üçün fundamental təhsil nəticəsində əldə edilmiş metodologiyaya sadiqlik lazımdır, onda sonra isə gərək davamlı olaraq, fundamental mətnləri, mümkünsə orijinaldan, mümkün deyilsə, yaxşı tərcümələrdən oxumaq lazımdır. Yaxşı tərcümə də nəyə deyirlər, məsələn, SSRİ Elmlər Akademiyasının buraxdığı Aristotelin rusca kritik nəşrində belə bir qeyd var ki, Aristotel irsinin ən yaxşı tərcüməsi W. D. Ross-un redaktəsi ilə buraxılmış ingiliscə nəşridir. Yəni qədim yunanca bilməyənlər nəyisə daha dəqiq bilmək üçün yaxşı olar ki, həmin nəşrə istinad eləsin.

Qərb tərzində intellektual ənənənin üç dili var: ingilis, alman və fransız. Hətta rusca da bu kateqoriyaya daxil deyil. Bir də fikirləşin ki, Azərbaycan dilindən başqa dil bilmədiyi üçün məcbur qalıb türkcə ancaq non-fiction oxuyan bir şair bizə fəlsəfə və sosiologiyadan mühazirələr oxumaq istəyir. Cemil Meriçin bir klassik sözü var. Deyirdi ki, aydınların aydınlatamadığı halkı, soytarılar aldatır. Aqşin bəy də bu aldatma işində çox mahirdir, hətta yuxarı instansiyaları da babat aldada bilir. Aldada bilmədiklərini isə təhqirdə və təhdiddə ittiham edir. Nə demək olar. Bazar olsun.

Luvr muzeyi yenidən açılır Azərbaycan və Özbəkistanın milli teatrları əməkdaşlığa başlayır Kitablarına ən çox qadağa qoyulan yazarlar
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:227
embedMənbə:https://kulis.az
archiveBu xəbər 29 Oktyabr 2025 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri