Icma.az
close
up
RU
Əli Şirin Şükürlü: 1 esse, 1 şeir

Əli Şirin Şükürlü: 1 esse, 1 şeir

Icma.az bildirir, Adelet.az portalına istinadən.

Filosofun qeydlərindən: (1 esse, 1 şeir)

1.İncəsənət və gerçəklik

         (fəlsəfi esse)

İnsan bədii əsər oxuyarkən və ya incəsənət əsərlərini (film, tamaşa, təsviri sənət və s.) seyr edərkən nədən özünü gerçək obyektin iştirakçısı hesab edir – məsələn, insan hər hansı bir bədii filmi izləyərkən onun sujet xəttini təşkil edən hadisələrin yaradıcı təfəkkürün məhsulu (gerçək mövcud olmayan hadisələr) olduğunu dərk etdiyi halda, o, insanda həm də gerçək hadisə assosiasiyası yaradır? Yəni insan nə üçün həmin anda müəyyən emosiyalara qapılır, hadisələrin onların arzuladığı şəkildə baş verməsini arzulayır?

Elmi tədqiqat işimin istiqamətinə (elm fəlsəfəsi) uyğun olaraq subyekt-obyekt, yəni dərkedilən və dərkedən qarşılıqlı əlaqələri konteksində qeyri-səlis çoxluqlar nəzəriyyəsinin (həmçinin qeyri-səlis məntiq nəzəriyyəsinin) fəlsəfəsini araşdırarkən məni çoxdan düşündürən bu məqam üzərində də dayanmaq qərarına gəldim. Subyekt-obyekt münasibətlərini fəlsəfi fikir tarixinə istinadən təsnifatlaşdırarkən yuxarıda qeyd etdiyim suala cavabım aşağıdakı şəkildə oldu:

Hegel dialektikasında Mütləq ideyanın inkişafı üç mərhələdən keçərək triada yaradır: Tezis antitezisə keçir və sonda sintezlə yekunlaşır. Mütləq ideya öz ilkin reallığının mövcud olduğu brinci mərhələdən (bu mərhələni filosof loqika adlandırır) ikinci mərhələyə keçib maddi dünyanı yaradakən tezis mərhələsindən antitezis mərhələsinə keçir. Üçüncü mərhələdə isə Mütləq ideya  antitezisdən (maddi aləmdən) yenidən ideal oblasta – insan şüuruna qayıdır və sintezlə yekunlaşma baş verir. Bu mərhələdə isə o, xüsusi forma alır – ya elmi biliyə, ya da incəsənətə çevrilir.

Bu konteksdə K.Popperin epistemoloji baxışı da maraqlıdır: Reallıq üç dünyadan ibarətdir. Birinci dünya obyektiv mövcud olanların, ikinci dünya subyektin (empirik, rasional və s. dərkedilən və ya dərkedilməyən), üçüncü dünya elmi-yaradıcı fəaliyyətin (miflər, elmi nəzəriyyələr, incəsənət əsərləri və s.) yaratdığı dünyadır. Onun fikrincə (və hesab edirik tamamilə haqlıdır), hər üç dünya daimi vəhdət halındadır – üçüncü dünya yaratdığı obyektlər vasitəsilə birinci dünyanı dəyişdirib ikinci dünyaya uyğunlaşdırır.

Indi isə birbaşa sualın cavabına keçid alaq:

Sual. İnsan bədii əsər oxuyarkən və ya incəsənət əsərlərini (film, tamaşa, təsviri sənət və s.) seyr edərkən nədən özünü gerçək obyektin iştirakçısı hesab edir – məsələn, insan hər hansı bir bədii filmi izləyərkən onun sujet xəttini təşkil edən hadisələrin yaradıcı təfəkkürün məhsulu (gerçək mövcud olmayan hadisələr) olduğunu dərk etdiyi halda, o, insanda həm də gerçək hadisə assosiasiyası yaradır? (Yəni insan nə üçün həmin anda müəyyən emosiyalara qapılır, hadisələrin onların arzuladığı şəkildə baş verməsini arzulayır?)

Cavab. Məsələ ondadır ki, insan şüuru elə struktura malikdir ki, ehtimal olunan hər bir hadisənin gerçəkləşə biləcəyinə onda bir inam mövcuddur, yəni o düşünür ki, ehtimal olunan hər bir hadisə baş verə bilər. Və yaxud o, inanır ki, baş verməsi mümkün olan hər bir hadisə ehtimal olunandır. Bu aspektdə onun düşüncəsi seyr etdiyi filmdə təsvir olunan hadisələrin hansısa gerçək bir hadisənin (ya baş verən, ya da baş verəcək hadisənin) mövcudluğu barədə təsəvvürləri oyadır. Yəni onun şüurunun hansısa bir hissəsində filmdə izləriyi hadisənin ya baş vermiş, ya da baş verəcək hansısa hadisənin təsviri olduğu barədə təsəvvürlər mövcuddur.  Məhz filmdəki hadisənin gerçək mövcudluğu barədə yaranan bu təsəvvürlər onda  film barədə “reallıq” assosiasiyasının yaranmasına səbəb olur.

Deməli, elmi biliklər və incəsənət əsərləri, doğurdan da, təsəvvürlərlə (subyekt) gerçək dünya (obyekt) arasında əlaqələr quran ən mükəmməl vasitələrdir. Sanki bu mərhələdə antitezisdən tezisə (Hegel) qayıdış baş verir və Popperin təbirincə isə “üçüncü dünya birinci dünyanı dəyişdirib ikinci dünyaya uygunlaşdırır”.

2.   Ədəbi suprematizm:

            Monizm

Kənd evimizdə yenə də payız:

Ağaclarda payız, quşlarda payız.

Ağaclarda, həm də quşlarda zaman - nəsə dəyişib:

axı ağaclar daha çox tanıdar dəyişmələri.

(Bir də çiçəklər – onların öz zamanı

hamıdan fərqli; gündüz  açıb, axşam solanlar).

Nəsə dəyişib deyəsən: yox olub(r) yaşıllıq,

dayanıb bir mövcudolma, yerində başqası.

Yaşıl sarıya çevrilib(r) – eyni ağaclar deyilmi,

indi rəngini dəyişən,

bəs yaşıl hanı? – sarıda gizlənib sadəcə.  

Eyni cür dəyişmələr bildirir;

bütün ağaclar eyni ağacdır əslində,

Ümumidən qopub

tək-tək düşüblər torpağa

bir qədər fərqli formalarda.

İnsanlar da ağac kimidi elə, 

heç kim inanmasa da,

mən dəqiq bilirəm; Bir olub

və ayrı düşüblər nə vaxtsa –

indi o Bir olan gizlənib

Hamının içində.

... – 10.09.2024

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://adalet.az
archiveBu xəbər 26 Noyabr 2024 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see858

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see289

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see281

Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

12 Oktyabr 2026 14:37see279

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see277

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see253

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see240

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see207

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see204

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see196

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see196

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see193

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see192

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see192

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see192

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see186

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see178

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see170

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see165

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri