Icma.az
close
up
RU
Naxçıvanda “1 şəhid, 1 hekayə, 1 şeir” layihəsi çərçivəsində hazırlanmış kitabın təqdimatı olub

Naxçıvanda “1 şəhid, 1 hekayə, 1 şeir” layihəsi çərçivəsində hazırlanmış kitabın təqdimatı olub

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Naxçıvan, 18 oktyabr, AZƏRTAC

Naxçıvan Şəhər İcra Hakimiyyəti, “Naxçıvan Qaziləri” İctimai Birliyi və Heyran xanım adına “Zərif Qadınlar” Ədəbi Birliyinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü və Zəfər Gününün 5-ci ildönümünə həsr olunmuş Azərbaycan şəhidləri haqqında yazılmış “1 şəhid, 1 hekayə, 1 şeir” kitabının təqdimat mərasimi keçirilib.

Naxçıvan Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Naxçıvan Şəhər İcra Hakimiyyətinin şöbə müdiri İsmayıl Gülməmmədov, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, “Naxçıvan Qaziləri” İctimai Birliyinin sədri Təbriz Zeynalov, Heyran xanım adına “Zərif Qadınlar” Ədəbi Birliyinin rəhbəri Təranə Arifqızı, AMEA Naxçıvan Bölməsinin direktor müavini Elxan Məmmədov, kitabın Azərbaycan üzrə koordinatorları Namiq Müslimov və İlhamə Müslimova, yazar Sevinc Azadlı və Könül Ordubadi, türkiyəli yazarlar İbrahim Şaşma, Yaren Atalar, Ebru Eroğlu çıxış edərək şəhidlərin qəhrəmanlıqları ilə xalqımızın yaddaşında əbədi iz qoyduqlarını bildiriblər.

Vurğulanıb ki, şəhidlərimizin qəhrəmanlığı Vətən sevgisinin, fədakarlığın və milli birliyin rəmzidir. Onların keçdiyi igidlik yolu bu xalqın şərəf tarixidir və bu gün azad, güclü Azərbaycanın təməlində məhz o qəhrəman ruh dayanır. “1 şəhid, 1 hekayə, 1 şeir” layihəsi bu borcun mənəvi ifadəsi, şəhidlərin həyat yolunun ədəbi yaddaşda yaşadılmasının nümunəsi kimi qiymətləndirilib.

Belə layihələr gənc nəsillərə milli ruh, vətənpərvərlik duyğusu aşılayır, şəhid ailələrinə mənəvi dayaq olur və bir daha göstərir ki, Vətən uğrunda canından keçən igidlər heç zaman unudulmur.

Tədbirdə vətənpərvərlik ruhunda musiqilər səsləndirilib, videoçarxlar nümayiş olunub, Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecinin kursantları tərəfindən vətənpərvərlik mövzusunda və Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbin şagirdləri tərəfindən isə kitabda yer alan şeirlər səsləndirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Oktyabr 2025 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see155

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see150

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see144

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see136

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see128

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see128

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri