Icma.az
close
up
RU
Əli Təbrizlinin Türkçülük və ictimai siyasi görüşləri

Əli Təbrizlinin Türkçülük və ictimai siyasi görüşləri

Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun

Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir

fəlsəfəsi şöbəsinin müdiri, dos., dr. Faiq Ələkbərli

III yazı

Əli Təbrizlinin “millət”lə bağlı gəldiyi qənaət böyük ölçüdə doğrudur. Yəni eyni bir dövlətin çatısı altında yaşamaq o demək deyil ki, türklər kimi böyük bir tarixi şüuru, mədəni şüuru, dövlətçilik şüuru, milli dil şüuru olan bir millət azsaylı farsların diktator rejimi altında assimliyasiya olsunlar. Doğrudur, Pəhləvilər və İslam rejimləri uyğun olaraq irançılıq və şiəçilik ideyalarından istifadə edərək bunun üçün çox çalışıblar və çalışırlar da. Ancaq türklər heç bir zaman əsasən, Türk kimlik­lərini Fars kimlikləri ilə dəyişdirmədilər və dəyişdirməyəcəklər də.

Sadəcə, irançılıq və şiəçilik bəzi Türk təbəqlərinə zaman zaman öz təsirini gəstərmişdir ki, bu da uyğun olaraq “İran milləti” və “müsəlman-şiə” kimliyi “birliyi”dir. Hər halda Türk milləti ilə yanaşı özünü “İran milləti”nin içində də görüb, “iranlı” sayan türklər müəyyən qədər fars-iran millətçilərinə uduzmuş olurlar. Çox yazıqlar ki, Təbrizli də Türk milləti ilə yanaşı özünü “İran millət”inə daxil etməklə, bu yanlışdan yan qaça bilməmişdir. Şübhəsiz, buna əsas səbəb də, “İran” anlayışının həm coğrafi, həm də dövlət adı altında şüurlara yeridilməsi idi. Yəni irançıların apardığı siyasət nətisəcində istər-istəməz bu dövlətdə və coğrafiya­da yaşayan bütün xalqlar (ərəblər, turklər, bəluclar, kurdlər, turkmənlər, farslar və b.) “İran milləti” və “İran dovləti” anlayış­larına yerləşdirlir.[1]

Bütün bunlarla yanaşı, Təbrizli hesab edirdi ki, Azərbaycan xalqı Türkdür və onu “Azərbaycanlı”, ya da “Azəri” adlandırmaq doğru deyil. O, yazırdı: “İran türklərini yalnız Azərbaycan adındakı qəfəsdə tutanların hiyləsini indilik bütün İranda olan Türk qardaşlarımız açıqca gözə almamışlar və bu gün də Rusiyada, Avropada, İranda bizə Türk yerinə azərbaycanlı adını zorla və israrla təlqin edənlərin hədəfi budur, bizə təlqin etsinlər ki, Türk sadəcə Azərbaycanda ola bilər, yaınız o yerdə olduğu zamanda Türk deyil, bəlkə Azəri adını ala bilər”.[2]

Onun fikrincə, ümumiyyətlə, “İran” coğrafiyasındakı türkləri ancaq Azərbaycan çərçvəsində görmək, üstəlik də onlara “Azərbaycanlı”, ya da “Azəri” demək, türklərin coğrafiyasını və sayını azaltmaqla bağlıdır. O, yazırdı: “Özgələri bizə Türk deməkdən cəkinmirlər, vəli özümüzünkülər cin bismillahdan qorxan kimi üşünürlər, cünki ya özlərinə etimad nəfsləri yoxdur və ya başqa yerlərdən dəstur və ya əmr almaqdadırlar”.[3]

Ümumiyyətlə, Əli Təbrizlinin əsas məqsədi bütün türklərin, o cümlədən Azərbaycan türklərinin milli tarix şüurunun və mədəni şüurunun yenidən bərpasıdır ki, müəyyən nöqsanları nəzərə almasaq əsasən doğru təsbitlər ortaya qoya bilmişdir. Burada vacib olan Türkün öz keçmişini öz şüuru ilə dəyərləndirə bilməsi, tarixdə buraxdığı səhvləri bir daha təkralamamasıdır. Eyni zamanda, türk öz dilini və kimliyini bir an olsun belə, unutmamalı və daima assimilyasiya qarşı mübarizə aparmalıdır.

Əli Təbrizli çox haqlı olaraq qeyd edirdi ki, Azərbaycan türkləri hansı dinə, partiyaya etiqad edib etməməsindən asılı olmayaraq milli məsələlərdə ortaq yol tutmalıdır. Onun fikrincə, vaxtilə başımıza gələn məğlubiyyətlərin səbəbi də məşrutiyyəti, demoktratiyanı, sosial-demokratizmi və digər məsələləri doğru təhlil edə bilməməyimizdir. O, yazırdı:Məşrutə dövründə oz əlimizlə Türk törəsi olan Qacarı yıxdıq, habelə firqədə milli adla üzərimizə rus qiyafəsində Kommunistlər cıxdı və sonra ruslar bizim üstümüzdə Amerikalılarla müamilə edib, bizi köhnə düşmənimizin əlinə tapşırdılar”.[4]Eyni zamanda, o, yazırdı ki, indi də ingilis və rusların əlaltıları Azərbaycanda köhnə oyunlarına davam edirlər: “İngilisin köhnə framasonları, rusların təzə framasonları, milli maska altında məzlumlar sırasında, bugün “Varlıq” adı altında darlıq törətmək­dədirlər. Və indi bu hiylələri və bu fürsətçi qəhrəmanları göz evinə alaraq baxalım ki, bugünkü nəsil, dünənki nəslin saymazlığından və duymazlığından nə cürə təcrübələr almalıdır”.[5]

Təbrizlinin dediklərində həqiqət payı çoxdur, ancaq Qacarların yıxılmasında yanlız günahkar başda Səttarxan olmaqla Türk məşrutəçiləri deyil, eyni zamanda Türk törəsindən çox uzaqlamış Qacarlar da suçlu idilər. Ümumilikdə, Türk törəsindən uzaqlaşma bütün sahələrdə özünü ortaya qoymuşdu və bunun acı sonluğu olaraq yalnız Türk dövlətləri çökmədi, eyni zamanda Türk xalqları da ağır bir vəziyyətlə üz-üzə qalası oldular. Artıq Əli Təbrizlinin timsalında yenidən toparlanaraq Türk törəsinə dönüşün əsil mahiyyəti daxili tələbatdan irəli gəlirdi.

Eldar Qaradağlı hesab edir ki, Əli Təbrizlinin şillə kimi bu sözləri, iddialı dostlarının düşüncə ölçüsündən daha geniş idi. O, yazırdı: “Milli iradə aydınlıq iradəsi deməkdir. Aydınlıq iradəsi isə iç çirkabını, köləlik qorxusunu, özgəlik əxlaqını öldürməklə şərtlənir. Ə.Təbrizli və M.T.Zehtabi kimi düşünür­lərimiz bunu bacardılar. Onlar düşmən tələsinin ipucunu yiyəsiz qafalarda buldular. Onlar “Nə mutlu, Türkəm” deyənə, (Atatürk) fəlsəfəsinin öz malları olduğunu bildilər. Bu isə fars qardaşlığına, İran xalqları dostluğuna qarşı yaramazlıq hesab olundu! Çünki belə dostluğun ən gərəklisi rus ayısına, fars dayısına ufanmaqdır. Başqa deyimlə, bu dostluğun başlıca şərti, beyin çalarlarının irançılıq bataqlığına cummasıdır. Zehtabilər, Təbrizlilər Fars faşizminin gözlərinə baxa-baxa “göy yerə gəlsədə, mən mənəm, sən də sənsən!” sözünü deyib, millətin ürəyində yaşamağı bacardılar. Onlar milləti sadə bir toplum kimi deyil, bir sevgi kimi, bir varlığın anlamı kimi, bir sönməz ruh kimi sevdilər. Onlar bizim yerlərdə olan qutsallığı torpağa və ulusa aşırmağı bacardılar. Milləti özlərinə deyil, özlərini millətə həsr edən bu ədiblərimizin ruhu ulusumuzun beyninə yeridi”.[6]

Təbrizlinin şeirlərində də Azərbaycan türklüyünün yeni­dən dirilişi və toparlanması məsələləri xüsusi yer tutmuşdur. Məsələn, o, “Ərdəbil” şeirində Səfəvilər dönəmində milli-mənəvi əhəmiyyət kəsb etmiş Ərdəbilin yenidən o ruha dönməsinə, eyni zamanda bütün Türk xalqlarının birliyinə çağırış etmişdir:

Ey olan tarixlərə zinət, gülüstan, Ərdəbil,

İftixar olsun ol canım da qurban, Ərdəbil

Tarixi tutmus ayaqdan-başa şanü söhrətin,

Sən ilə məşhur idi dünyada İran, Ərdəbil.

İndi bilməm nə oldu ki, gözdən, nəzərdən düsmüsən,

Olmusan itgin bu İran içrə viran, Ərdəbil.

Sən idin çesmi-çırağı ölkənin, ey şəhrimiz,

Fəxr edərdi sən ilə Azərbaycan, Ərdəbil!

Birləşə Türkiyə və dünyada hər nə Türk var:

Qırğızıstanü bu türkü Özbəkistan, Ərdəbil!

Ölmərəm görsəm ki, olmuş cümlə bu millətləri

Bir-birinə mehribanü canü canan, Ərdəbil!.[7]

Şübhəsiz, Əli Təbrizlinin türkçülük və turançılıq ruhu yeni nəsil Azərbaycan türklərinin milli ruhunun dirçəlişində və şəkillənməsində mühüm rol oynamışdır. Xüsusilə də, onun Türk dünyagörüşündən çıxış etməsi və görüşlərini Türklük nüvəsi əsasında formalaşdırması çox önəmli idi. Başqa sözlə, onun digər çağdaşlarından əsas üstünlüyü milli fəlsəfədən, Türk fəlsəfəsindən və dünyagörüşündən çıxış etməsi idi. Təbrizlinin Türk dünya­görüşünü daha dərindən mənimsəməklə yanaşı, onu ifadə etməkdə doğru yol seçməsi, milli fəlsəfənin yenidən dərki baxımdan çox önəmli olmuşdur.

Ədəbiyyat:

Ağcaköylü Abdullah. Bilinmeyen Büyük Bir Türkçü ve Türkçeci Tabrizli Ali. – “Türk kültürü”, sayı 1, yıl 1, Kasım 1962

Ağcaköylü Abdullah. Tebrizli Aliden seçme şiirler. - “Türk kültürü”, sayı 2, yıl 1, Aralık 1962

Ələkbərli Faiq. Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər). III cild. Bakı, “Elm və təhsil”, 2024, 800 s. (Tamamlanmış və əlavələrlə yenidən işlənilmiş ikinci nəşri)

Qaradağlı E. Azərbaycan mərkəzli türkçü düşüncə. İstanbul, ÇAV, 2012

Məmmədli Pərvanə, Nəsib Nəsibli. Fikir və əməl böyüklərimiz./Təbrizli Əli/. Bakı, Nurlar NPM, 2014

Təbrizli Əli. Ədəbiyyat və miliyyət. Tehran, Atropat kitab evi, 1360

Oxtay, Əlirza Nabdil. Əsərləri. Bakı, “Qoliot Qkup”, 2009

Onullahi S. İranda milli məsələnin qoyuluşu// Güney Azərbaycan: Tarixi, siyasi və kulturoloji müstəvidə (Məqalələr toplusu). Bakı, Azərnəşr, 2010

https://ali-shamil.tr.gg/%26%23399%3Bli-T%26%23601%3Bbrizi.htm

[1] Yenə orada, s.91-92

[2] Yenə orada, s.88

[3] Yenə orada, s.130

[4] Təbrizli Əli. Ədəbiyyat və miliyyət. Tehran, Atropat kitab evi, 1360, s.104

[5] Yenə orada, s.102

[6] Qaradağlı E. Azərbaycan mərkəzli türkçü düşüncə. İstanbul, ÇAV, 2012, s.21

[7] Ağcaköylü Abdullah. Tebrizli Aliden seçme şiirler. - “Türk kültürü”, sayı 2, yıl 1, Aralık 1962, s.32


OXŞAR XƏBƏRLƏR

ŞƏMS TƏBRİZİ - 840 - Bir qeybin anatomiyası

09:06

Krasnodardan gələn məktub

12 Oktyabr 16:00

Hun-Quz-Sak/Saxa diyarı - Türk coğrafiyasının ulusları

7 Oktyabr 11:49

​​​​​​​Cavid Fərzəli - Minotavr

7 Oktyabr 11:40

Bir romanın yüz illik əfsanəsi

7 Oktyabr 11:38

Bir daha Himnimiz haqqında

7 Oktyabr 11:25

İnsanlığa uyğun yaşam olmayanda... - Murad Köhnəqalanın  "İfritə bacı" hekayəsi haqqında

7 Oktyabr 11:18

Turan Uğurun “Gecikmiş yazı” adlı araşdırması haqqında

7 Oktyabr 10:58

Sarı Aşığın doğma kədəri - Sarı Aşığın «Gül dəftəri» kitabı üstə

7 Oktyabr 10:46

Rəfail Tağızadə - VƏTƏN ŞƏHİDLƏRİ

7 Oktyabr 10:43

Qacar-Rus Savaşları - Gülüstan və Türkmənçay müqavilələri

7 Oktyabr 09:12

Əli Təbrizlinin Türkçülük və ictimai-siyasi görüşləri

7 Oktyabr 09:02

Oxuyur Mənsum İbrahimov!

1 Oktyabr 12:53

Rəfail Tağızadə - VƏTƏN ŞƏHİDLƏRİ

30 Sentyabr 11:28

Bir daha Himnimiz haqqında

30 Sentyabr 11:06

Mülkədar oğlunun “Qorxulu nağıllar” kimi ömrü… - Süleyman Sani Axundov -150

30 Sentyabr 10:52

Zamandan üstün ömür: İnam Ata (Asif Ata) – 90

30 Sentyabr 10:35

Qacar-Rus Savaşları - Gülüstan və Türkmənçay müqavilələri

30 Sentyabr 09:35

REKLAM SAHƏSİ

MANŞET XƏBƏRLƏRİ

Abramyan 44 günlük müharibə və Paşinyanla bağlı SİRLƏRİ AÇDI - İLK DƏFƏ

10:50

Şad xəbər: faizsiz kreditlər veriləcək - Yeni sistem

09:19

Ordumuzun zabiti vəfat etdi - FOTO

00:47

“33 illik müharibə bitdi” - VİDEO

13 Oktyabr 21:45

Moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq - Azərbaycanda

13 Oktyabr 12:45

Bakıya gətirilən ətlər təhlükəlidir?

11 Oktyabr 17:37

SON XƏBƏRLƏR

Abramyan 44 günlük müharibə və Paşinyanla bağlı SİRLƏRİ AÇDI - İLK DƏFƏ

10:50

Ərdoğandan İtaliyanın baş naziri Meloniyə: Siqareti tərgitməlisən - VİDEO

10:42

Zəngəzurda müharibə başlatmaq üçün hərəkətə keçdilər – Akopyan

10:24

Meloni: “Qəzza üçün üzərimizə düşəni etməyə hazırıq”

10:21

Bakıda həbsdə olan erməni arvadına zəng etdi, bu iki şeyi istədi

10:03

Xəzərdə balıqlar yoxa çıxır? - Böyük araşdırma başladı

09:50

Qızılın qiyməti tarixdə ən yüksək həddə çatdı

09:35

Bakıda bu binalarda mənzillər bahalaşacaq - VİDEO

09:22

Şad xəbər: faizsiz kreditlər veriləcək - Yeni sistem

09:19

Əli Təbrizlinin Türkçülük və ictimai-siyasi görüşləri

09:14

ŞƏMS TƏBRİZİ - 840 - Bir qeybin anatomiyası

09:06

Ordumuzun zabiti vəfat etdi - FOTO

00:47

Dünya üçün fəlakət senarisi: 230 milyon insan təhlükə altında

00:38

Əməkdar artist oğlunun videosuna yazdığı şərhlə hər kəsi güldürdü - VİDEO

00:13

Rəsmi Ankara: Bundan sonra da fələstinli qardaşlarımızın yanında olacağıq

13 Oktyabr 23:36

Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan çoxvektorlu siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirib

13 Oktyabr 23:11

Bəşəriyyət tarixində ağrılı səhifə bağlanır - Sisi

13 Oktyabr 22:47

Donald Tramp Prezident İlham Əliyevi çox güclü lider adlandırıb

13 Oktyabr 21:58

“33 illik müharibə bitdi” - VİDEO

13 Oktyabr 21:45

Tramp İlham Əliyevi belə salamladı - VİDEO

13 Oktyabr 21:39

Tehrandan “Hazırıq” siqnalı – İran-İsrail-ABŞ gərginliyi yenidən alovlanır? - ŞƏRH

13 Oktyabr 20:40

Ərdoğanın havadan "Netanyahu" təlimatı: Sammitdə iştirakını ləğv etdirdi

13 Oktyabr 19:53

Trampdan Uitkoffa: Gəlin diqqəti Rusiyaya yönəldək!

13 Oktyabr 18:14

Tramp: ABŞ Qəzza zolağının yenidən qurulmasında iştirak edəcək

13 Oktyabr 17:35

Zelenskidən NATO-ya çağırış: “Rusiya ilə əməkdaşlıq edən ölkələrə qarşı tədbir görün!”

13 Oktyabr 17:20

Trampın çıxışı zamanı “Fələstini tanıyın” pankartı tutan millət vəkilləri zorla çıxarıldı

13 Oktyabr 16:48

Əhali 9 ayda içki və siqaretə 2 mlrd. manata yaxın xərcləyib

13 Oktyabr 16:46

İrandan ŞOK AÇIQLAMA: İstənilən hücuma qarşı tam hazır vəziyyətdəyik!

13 Oktyabr 16:37

Hikmət Hacıyev: “Azərbaycan Yaxın Şərqdə arzuolunan tərəfdaşdır” – VİDEO

13 Oktyabr 16:31

Rusiya: Trampın Qəzza planı həyata keçərsə, Fələstin dövləti qurulmalıdır

13 Oktyabr 16:26

İlham Əliyev Mahmud Abbasla görüşdü

13 Oktyabr 16:18

Tramp: ABŞ ordusunda heç kimin xəyalına belə gəlməyən silahlar var

13 Oktyabr 16:16

Qohumla evlənmək üçün: Övlad valideyndən imtina edə bilər?

13 Oktyabr 16:03

Əliyevdən regionu həyəcanlandıran təklif: ABŞ da dəstəkləyir – Xocalı və Ankara siyahıda

13 Oktyabr 15:57

Ərdoğandan azərbaycanlılarla bağlı - Mühüm qərar

13 Oktyabr 15:50

Bu, böyük səhv idi, Şuşa alınarkən İranda...

13 Oktyabr 15:45

"Qiymətlər qalxacaq, lakin..." - AÇIQLAMA

13 Oktyabr 15:37

Ərdoğan Misirdə! Təyyarə əvvəlcə uçuş zolağından çıxıb, sonra yerə enib

13 Oktyabr 15:37

“Bakcell” media nümayəndələri üçün Qarabağa səfər təşkil etdi

13 Oktyabr 15:34

İrandan Azərbaycan istiqamətində PUA göndərildi - Dərhal hərəkətə keçildi

13 Oktyabr 15:21

Daha çox xəbər Bütün xəbərlər

ÇOX OXUNANLAR

Cabir İmanovun əleyhinə statuslar - Öldüyü gündə nə baş verir?

29 Sentyabr 22:55

Adnan Əhmədzadə işi: yeni və sensasion həbslər var - vəzifəli şəxslər və qohumları...

21 Sentyabr 09:31

İqbal Ağazadə Cabir İmanovla bağlı çıxışına aydınlıq gətirdi

30 Sentyabr 00:30

Pokrovskda rus ordusu məhv edildi - 2500 itki, 100-dən çox əsir

18 Sentyabr 22:57

“Nəcməddin Mais Bərxudarovun mühasirəyə düşdüyünü biləndə dedi ki…” – ŞOK FAKTLAR

5 Oktyabr 11:03

“Qarabağ münaqişəsi bitdi, Bakıya qayıdırsız?” sualına Kasparovdan ağrı içində CAVAB

23 Sentyabr 16:01

Dahi bəstəkarın 140 illiyi möhtəşəm konsert proqramı ilə qeyd olunub

18 Sentyabr 17:45

SON XƏBƏR: Xankəndidə erməni polis əməkdaşına avtomatdan atəş açdı - YARALI VAR

14 Sentyabr 17:10

Qarabağ müharibəsində Ermənistana silah, pul göndərən Məhərrəmov kimdir? – ŞOK/FOTOLAR

22 Sentyabr 14:51

Türkiyədən Azərbaycanla bağlı hərbi addım – Rusiyaya mesajdır?

16 Sentyabr 17:08

Azərbaycandan Rusiyaya jest - Bakı Moskvanı dəstəklədi

17 Sentyabr 15:01

Rus təyyarəsini kim vuracaq? Türkiyə isə 15 saniyəyə... - Rişu

21 Sentyabr 10:28

Qaranlıq işlərə görə həbs olunan Adnan Əhmədzadə KİMDİR... - FOTOLAR

20 Sentyabr 14:13

Ay nazir, sənə yazmışam, niyə cavab vermirsən? – Səyyad Aran

17 Sentyabr 11:57



Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:22
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 14 Oktyabr 2025 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyədə tarixi qərar: Türk soylular artıq vətəndaş kimi işləyə biləcək ŞƏRH

12 Oktyabr 2025 21:27see258

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

13 Oktyabr 2025 21:05see242

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

13 Oktyabr 2025 02:05see208

Rusiya pensiyaların maaşlara həqiqi nisbətini açıqlayıb...

12 Oktyabr 2025 21:16see202

Gürcüstan DTX “İmedi“ televiziyası ətrafında təxribatla bağlı araşdırmalara başlayıb YENİLƏNİB

13 Oktyabr 2025 20:18see178

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

13 Oktyabr 2025 09:32see163

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

12 Oktyabr 2025 19:48see159

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

12 Oktyabr 2025 17:28see147

Dünyadakı aviaşirkətlər sərnişinlər üçün qaydaları dəyişdirdi ekspertlər nədən qorxurlar?

13 Oktyabr 2025 12:50see139

Təkcə gənclər yox: Yaşlılar da ölümcül dozadan ÖLÜR

12 Oktyabr 2025 17:00see138

“Ədalət yalnız qanunun tələbi deyil, müstəqilliyimizin də əsasını təşkil edir”

12 Oktyabr 2025 19:16see138

Ukrayna yeni raketlərlə hansı əraziləri vuracaq?

13 Oktyabr 2025 00:17see135

Günün qoroskopu: daxili alovunuz kənardan sakit görünsə də

13 Oktyabr 2025 00:03see134

Səhər yeməyində yeyənin zehni açılır: Alzheymer və demans riskini azaldır

13 Oktyabr 2025 08:09see131

Kiyev və London İran “Şaxed”lərinə qarşı qüvvələrini birləşdirir...

12 Oktyabr 2025 19:34see128

Əxlaqsızlıq edənlər ailədən kiminsə davamçısıdır

12 Oktyabr 2025 16:34see128

20 dəqiqə belə kifayətdir Təbiətdə olmağın 4 FAYDASI

14 Oktyabr 2025 05:06see127

Peskov: “Ukraynalılar bir növ “çirkli bomba” yarada bilər”...

12 Oktyabr 2025 19:54see127

Şamaxı yolundakı qəzanın ANBAAAN GÖRÜNTÜLƏRİ

12 Oktyabr 2025 21:13see127

Ağrıları bir anda azaltmağın qorxulu üsulu açıqlandı

13 Oktyabr 2025 19:02see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri