Icma.az
close
up
RU
Menu

Azərbaycanın kosmik ailədə mövqeyi güclənir

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Dərman əvəzinə ZƏHƏR: Öskürək siropundan onlarla uşaq həyatını itirdi

Zelenski ABŞ nin 28 bəndlik sülh planını ləyaqətsiz adlandırdı Xalqa çağırış

Hilton Baku Hotelində GLC FAIR 2025 Beynəlxalq Təhsil Sərgisi baş tutacaq FOTO

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

Qarabağ Kadini ÇL in iştirak ərizəsindən çıxardı Dəyişiklik

İdeyalar müstəvisində strateji dərinlik

Əlilliklə bağlı yeni qanun: qaydalar dəyişdi Baş nazirdən qərar + DETALLAR

“Dövlət büdcəsində sosialyönümlü xərclər gələn il 17 milyard 146 milyon manata çatacaq”

Yol nəqliyyat hadisələrin sayı

Sosial ev almaq istəyənlər dələduzluğa məruz qaldı

Pezeşkianın komandasında fikir ayrılığı: Vitse prezident istefa ərizəsi yazıb

Ermənistana silah satan Hindistan ABŞ dan silah alır

Paşinyandan rəqiblərinə SARSIDICI ZƏRBƏ Erməni revanşizminin SON AKKORDLARI

Ukraynalı deputat Trampın sülh planını açıqladı

Avstriyalı rəssamın tablosu rekord qiymətə satıldı

Əli Təbrizlinin Türkçülük və ictimai siyasi görüşləri

Əli Təbrizlinin Türkçülük və ictimai siyasi görüşləri

Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun

Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir

fəlsəfəsi şöbəsinin müdiri, dos., dr. Faiq Ələkbərli

I I yazı

Əli Təbrizliyə görə, artıq Türk müdrikləri bundan bir nəticə çıxarmalı Türkün milli tarix şüurunu formalaşdırmağa çalışmalıdır. Bunun üçün də, türklərin farslar, ermənilər və başqa millətlər kimi uydurma tarix, mədəniyyət yaratmağa ehtiyacı yoxdur. Sadəcə, türklər milli tarix şüurunu formalaşdırmağa və irançıların, aryançıların uydurudğu yalançı tarixi darmadağın etməlidir. Bunun üçün isə ilk növbədə, Türkün qədim zamanlardan günümüzə qədər olan tarixi yenidən və milli şüur çərçivəsində araşdırılmalı, öyrədilməlidir. Burada onun əsas məqsədi mövcud “İran tarix­şunas­lığı”nın uydurma tarixçilik nəzəriyyələrini darma­dağın etmək, bunun əvəzində türkün əsil tarixini ortaya qoymaq idi. Özü də, Türk tarixi, Türk mədəniy­yəti, Türk fəlsəfəsi başqa bir mədəniy­yətin (“İran”, Çin, Yunan və b.) heç vaxt bir parçası olmayıb, hər daim özünəməxsusluğu və müstəqil inkişafı ilə seçilmişdir.

N.Nəsibli və P.Məmmədli hesab edirlər ki, “Türk kimdir?” sualına cavab verərkən Əli Təbrizlinin özü də bir çox həqiqətlərlə yanaşı, bəzən şişirtmələrə də yol vermişdir. Onlar yazırlar: ““Türk kimdir?” başlıqlı bölümdə yazar insanlığın yaranma arealının Orta Asiya, Quzey Çin, Altay dağları, Aral gölü sahilləri olduğunu iddia edir. Oddan və çaxmaqdan ilk dəfə məhz buralarda istifadə edildiyi fikrini irəli sürür. Dünya elminin onillərlə müzakirə və münaqişə etdiyi bu məsələdən sonra indiki türklərin və onların əcdadlarının yaşayış arealı, onların sayı məsələlərinə keçir. Bizim fikrimizcə, müəllif bu məsələlərə hissi yanaşır, bir sıra inanılmaz şişirtmə­lərə yol verir. Bununla belə, Türk törəyiş əfsanəsinin, əski Türk tarixinin izahı türkologiya elminə dayanır. Bu, İran şərtlərində cürət tələb edən iş olmaqdan başqa, həm də soydaşlarına gərəkli akademik bilgi çatdırmaq baxımından diqqəti çəkir. Əski Türk tarixinin Hunlar, Teoman, Mete, Attila kimi mövzularının incələn­məsi, aşağılıq komp­leksi keçirən soydaşlarının bilgi əskikliyini qapamaq baxımından çox önəmlidir. Burada diqqəti çəkən özəllik­lərdən birisi də yazarın moğol mövzusundan yan keçməməsidir. Bəllidir ki, rəsmi İran tarixşünaslığında ən çox nifrət təlqin edilən moğollar İrana bədbəxtliklər gətirən əsas amil hesab edilməkdədirlər. Əli Təbrizli türk-tatar və moğolları eyni qövm hesab edir və onların qəhrəman­lıqlarla dolu keçmişini, etnoqrafik özəlliklərini qürurla təsvir edir. Yazarın oxucusuna və soydaşına verdiyi məsaj budur: rəsmi İran tarixşünaslığının iddialarının əksinə, sənin iftixar edəcəyin bir milli tarixin vardır; bu tarix İranşünaslığın bir hissəsi deyil, ümum Türk tarixinin bir bölümüdür”.[1]

Bizcə, Təbrizli əsasən heç bir şişirtməyə yol verməmiş, Türk xalqlarının ən qədim məskənlərini və yayılma areallarını əsasən doğru göstərmişdir. Eyni zamanda, o, doğru olaraq da Türk-Tatarlarla moğolların ortaq yaxınlığını görə bilmişdir.

Vaxtilə onun türkçülüyünü tənqid edən Əlirza Nabdil Oxtaya görə isə, bütün İran türklərinin birləşməsindən yana olan Əli Təbrizlinin sinfi zülmə, aryançılığa, dini mövhumata qarşı mübarizəsi yalnız bir qrup adam tərəfindən yaxşı qarşılanmışdır. Oxtay yazırdı: “Əli Təbrizli tamamilə pantürkizm mövqeyinə keçərək marksistlər və azərbaycançılarla mübarizəyə başladı və bütün İran türklərinin birləşdirlməsi ideyasını özünün şüarı elan etdi. Onun bu əks-inqilabçı şeirləri yalnız onun təsirində olan bir qrup adam tərəfindən yaxşı qarşılandı. Bu şeirlərin əks-inqilabçı xüsusiyyəti ondadır ki, o türkdilli kütlələri sinfi mübarizədən çəkinməyə, irticaçı və kapitalist yerliləri ilə birləşməyə çağırırdı. Əli Təbrizli pantürkist kimi İran tarixinin Türk soyu ilə Fars soyu arasında mübarizədən ibarət olduğuna inanırdı”. [2]

Bizcə, Oxtayın dediklərindən fərqli olaraq doğru yol tutan Təbrizli sübut etməyə çalışırdı ki, türklər ariyanların, o cümlədən farsların gelişindən bir neçə min il öncə indi İran adlanan ölkədə yaşamış və bu ərazidə bütün dövrlərdə öz damğasını ortaya qoymuşdur. Hətta, parslar Kir dövründə hakimiy­yəti türksoylu madların-midyalıların əlindən alsalar da, ancaq çox keçmədən Parfiyanın dövründə türklər yenidən bu bölgədə hakimiyyətlərini bərpa ediblər.Əli Təbrizli onu da doğru göstərirdi ki, buna səbəb Türk soyunun daha güclü və böyük tarixə malik olması idi.

Ə.Təbrizliyə görə, Pəhləvilərin türkün güc və əsl-nəsəbinin göstəricisi olan Qacarların yerinə hakimiyyətə gəlməsi, əslində hakimiyyətin farslar tərəfindən zəbt edilməsi idi: “Onlar hakimiy­yətə gəldikdən sonra türk-fars arası mübarizəni kəskinləş­dirdilər və hərtərfli olaraq türklərin milli və mədəni mövcudluğuna son qoymağa çalışdılar. Buna görə də biz azərbaycanlı və qeyri-azərbaycanlı bütün türkləri nasionalizm bayrağı altında birləşdir­ərək, əvvəlcə milli zülmü aradan qaldırıb, sobra sinfi məsələni həll edəcəyik. Bizim üçün milli haqlar məsələsi ölüm-dirim məsləsidir. Bunun həllinə nail olmağın yolu isə sinfi mübarizə şüarını verən farsların siyasi təşkilatlarında (Tudə Partiyasında və b.) iştirak etmək deyil. Çıxış yolu sinif, şəhər və diyar­dan asılı olmayaraq bütün türklərin birləşməsidir. Hətta, Türk kapitalistləri ilə istismarçı olsa da, bir təhər yola getmək olar, onlar fars kapitalist­lərdən daha yaxşıdır və hər nə olsa yenə də millidir”.[3]

Ə.N.Oxtaya görə, Təbrizlinin sayı şox da olmayan tərəfdarları və İranda pərakəndə olan başqa türkçü irqçilər anti-hakimiyyət xüsusiyyətinə malik deyil: “Onlar siyasi və sinfi şüar­lardan uzaqdırlar, çünki hazırkı şəraitdə ideyalarının gerçəkləş­məsinə zərbə dəyə bilər. Rejimi yumşaltmağa məcbur etmək arzusuyla onlar əxlaqi, mədəni təzyiqlər etmək yolu ilə rejimdən milli haqlarını dilənmək istəyirlər. Buna görə də rejim yarım­müstəm­ləkəçi təlim və tərbiyəni azərbaycanlıların yaşadığı ərazidə Azərbaycan dilinə çevirsə və bir neçə Azərbaycan dilli qəzet və jurnalın nəşrinə icazə versə, onlar arzularına çatmış olarlar”.[4]

Şübhəsiz, Oxtayın Əli Təbrizli və onun tərəfdarları, yəni türkçülərlə bağlı burada ifadə etdiyi fikirləri qəbul etmək mümkün deyil. Çünki Təbrizli və digər türkçülərin əsas məqsədi Pəhləvilər hakimiyyətindən nə isə dilənmək və bununla razılaşıb yerlərində sakit oturmaq ola bilməzdi. Xüsusilə də, Təbrizli kimi türkçülərin əsas məqsədi Türk varlığını yenidən oyandırmaq və milli dirilişə nail olmaq idi. Təbrizli yazırdı: “Bir millət gərək niyə və nədən özünü unudub qonşu ümidinə yaşasın və ya öz dili ola-ola özgə dilini özünə qablaşdırsın. Bunlardan başqa, bu qədər təcrübə, bu qədər acı-acı sınaqlar, bu qədər tarixlər boyu ədavət ilə yaşamaqlar bu zatıqırığı tanımaq üçün bəs deyilmiş. Bunlar qoyun kimi bizi əldən ələ keçiriblər. Fars şahı bizi təhvil verib fars vəzirinə, fars vəziri qaçıb bizi təhvil verib fars mollasına və fars axundu da ola bilər ki, bizi təhvil versin fars çerikinə və habelə o buna, bu ona. Çünki bunları ayrı Allah yaradıbdır”.[5]

Ümumiyyətlə, millət məsələsi ilə bağlı Təbrizli belə bir qənaətə gəlirdi ki, dünyada hər bir xalqın millət kimi formalaş­ması onun tarixi və mədəni şüuru ilə bağlıdır. Bu anlamda Türk xalqları­nın milliyyətdən millətə keçidi özünəməxsus şəkildə baş vermişdir. Əlinin fikrincə, milli dil, ədəbiyyat, folklor, ədəb, milli hisslər, milli vicdan və bunların başında milli kültür hamısı milləti təşkil edir. Bu kimi xüsusiyyətlər də imkan vermir ki, bir millət digər millətin içində tamamilə əriyib yox olsun. Təbrizli Əli yazır: “Turklər ilə farsların din birliyi, rejim birliyi, coğrafi birliyi, iqtisad birliyi icbarən olursa da, hərgiz milli huviyyat [kimlik] və milli fərhəng birliyi, milli xüsusiyyat, və milli vicdan birliyi olamaz, cunki topraq (coğrafi) və iqtisad və rejim bir ola ola milli psixoloji, milli fərhəng və dil və ruhiyyat bir deyil və ola da bilməz. Cünki hərəsinin özünəməxsus xasiyyət, dəb, ruhiyyat, əxlaq, əsəb və hətta geni vardır. Budur ki, bütün qövmi xüsusiyyatı ayrı-ayrı olan iki millətin toprağı, iqtisadi, rejimi, ictiması bir olsa da, ancaq bu iki ayrı-ayrı olan millətləri bir millət edə bilməz və son mərhələdə hər ünsür oz əslinə qayıdar”.[6]

[1] Məmmədli Pərvanə, Nəsib Nəsibli. Fikir və əməl böyüklərimiz./Təbrizli Əli/. Bakı, Nurlar NPM, 2014, s.431-432

[2] Oxtay, Əlirza Nabdil. Əsərləri. Bakı, “Qoliot Qkup”, 2009, s.129

[3] Oxtay, Əlirza Nabdil. Əsərləri. Bakı, “Qoliot Qkup”, 2009, s.130

[4]Yenə orada, s.130

[5] Onullahi S. İranda milli məsələnin qoyuluşu// Güney Azərbaycan: Tarixi, siyasi və kulturoloji müstəvidə (Məqalələr toplusu). Bakı, Azərnəşr, 2010, s.10

[6] Təbrizli Əli. Ədəbiyyat və miliyyət. Tehran, Atropat kitab evi, 1360, s.89


OXŞAR XƏBƏRLƏR

Qacar-Rus Savaşları - Gülüstan və Türkmənçay müqavilələri

09:12

Oxuyur Mənsum İbrahimov!

1 Oktyabr 12:53

Rəfail Tağızadə - VƏTƏN ŞƏHİDLƏRİ

30 Sentyabr 11:28

Bir daha Himnimiz haqqında

30 Sentyabr 11:06

Mülkədar oğlunun “Qorxulu nağıllar” kimi ömrü… - Süleyman Sani Axundov -150

30 Sentyabr 10:52

Zamandan üstün ömür: İnam Ata (Asif Ata) – 90

30 Sentyabr 10:35

Qacar-Rus Savaşları - Gülüstan və Türkmənçay müqavilələri

30 Sentyabr 09:35

Əli Təbrizlinin Türkçülük və ictimai-siyasi görüşləri

30 Sentyabr 09:21

Tarix kimin yanında idi? - Səttarxan, Xiyabani, yoxsa Pişəvəri?

30 Sentyabr 09:19

CON QAFFARİ - 85: Hollivudda bir İÇƏRİŞƏHƏRLİ

23 Sentyabr 10:11

Bir daha Himnimiz haqqında

23 Sentyabr 10:07

Zamandan üstün ömür: İnam Ata (Asif Ata) – 90

23 Sentyabr 09:52

Qacar-Rus Savaşları - Gülüstan və Türkmənçay müqavilələri

23 Sentyabr 09:38

Qulamrza Səbri Təbrizinin fəlsəfi və ictimai-siyasi görüşləri

23 Sentyabr 09:25

Türk dastanının qəhrəmanlarından biri-Azər Turan

19 Sentyabr 14:20

Andı Vətən olanlar… - Onlar sabitlik adasının keşikçiləridir

16 Sentyabr 11:06

Cəngavər kəşfiyyatçı

16 Sentyabr 10:43

Dildə, Fikirdə, İşdə birlik carçısı - İsmayıl Bəy Qaspıralı

16 Sentyabr 10:36

REKLAM SAHƏSİ

MANŞET XƏBƏRLƏRİ

Qarabağa qayıdan köçkünlərin Bakıdakı evləri kimlərə verilir? - Rəsmi CAVAB

10:02

Su ödənişində yeni tarif – “Qiymət dəyişəcək”

09:09

“Faiz gəliri” adı ilə vəsait çıxılır – Banklar kələk gəlir?

09:02

Naxçıvana gediş-gəliş 99 il belə olacaq - Atanesyan

6 Oktyabr 18:03

Ətlə bağlı XƏBƏRDARLIQ: yeni təhlükə VAR

6 Oktyabr 15:45

Maşınlara etibarnamə verilməsi qüvvədən düşür?

6 Oktyabr 14:24

SON XƏBƏRLƏR

Tramp: Ərdoğan güclü liderdir, HƏMAS ona hörmət edir"

10:29

Qarabağa qayıdan köçkünlərin Bakıdakı evləri kimlərə verilir? - Rəsmi CAVAB

10:02

Azərbaycanda da çoxarvadlıları HƏBS GÖZLƏYİR?

09:42

ABŞ bu sistemləri Kiyevə versə, nüvə ssenarisi işə düşəcək

09:29

Türk dünyasının gözü Azərbaycanda - Türk Dövlətləri Təşkilatı strateji birliyə çevrilir

09:24

“Birkart”larla bağlı mühüm dəyişiklik - Oktyabrın 1-dən qüvvəyə minib

09:21

Qacar-Rus Savaşları - Gülüstan və Türkmənçay müqavilələri

09:12

Su ödənişində yeni tarif – “Qiymət dəyişəcək”

09:09

“Faiz gəliri” adı ilə vəsait çıxılır – Banklar kələk gəlir?

09:02

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:36
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 07 Oktyabr 2025 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın kosmik ailədə mövqeyi güclənir

21 Noyabr 2025 00:48see223

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

21 Noyabr 2025 16:22see219

Dərman əvəzinə ZƏHƏR: Öskürək siropundan onlarla uşaq həyatını itirdi

21 Noyabr 2025 15:01see213

Zelenski ABŞ nin 28 bəndlik sülh planını ləyaqətsiz adlandırdı Xalqa çağırış

22 Noyabr 2025 00:03see195

Hilton Baku Hotelində GLC FAIR 2025 Beynəlxalq Təhsil Sərgisi baş tutacaq FOTO

21 Noyabr 2025 13:38see184

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

21 Noyabr 2025 09:52see161

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

20 Noyabr 2025 13:51see152

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

20 Noyabr 2025 16:11see151

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see151

Qarabağ Kadini ÇL in iştirak ərizəsindən çıxardı Dəyişiklik

21 Noyabr 2025 11:00see142

İdeyalar müstəvisində strateji dərinlik

21 Noyabr 2025 00:20see139

Əlilliklə bağlı yeni qanun: qaydalar dəyişdi Baş nazirdən qərar + DETALLAR

20 Noyabr 2025 15:56see136

“Dövlət büdcəsində sosialyönümlü xərclər gələn il 17 milyard 146 milyon manata çatacaq”

20 Noyabr 2025 16:09see135

Yol nəqliyyat hadisələrin sayı

20 Noyabr 2025 16:09see133

Sosial ev almaq istəyənlər dələduzluğa məruz qaldı

20 Noyabr 2025 16:09see133

Pezeşkianın komandasında fikir ayrılığı: Vitse prezident istefa ərizəsi yazıb

20 Noyabr 2025 16:09see132

Ermənistana silah satan Hindistan ABŞ dan silah alır

20 Noyabr 2025 16:13see128

Paşinyandan rəqiblərinə SARSIDICI ZƏRBƏ Erməni revanşizminin SON AKKORDLARI

20 Noyabr 2025 16:03see126

Ukraynalı deputat Trampın sülh planını açıqladı

21 Noyabr 2025 01:17see124

Avstriyalı rəssamın tablosu rekord qiymətə satıldı

20 Noyabr 2025 16:08see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri