Əli Vəliyev təhqirə görə cəzalandırıldı QƏRAR VERİLDİ
Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.
Bakı şəhəri Xətai Rayon Məhkəməsində Əli Vəliyev barəsində məhkəmə prosesi başa çatıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə vəkil Səbinə Əliyeva məlumat verib.
O bildirib ki, hakim Fuad Axundovun sədrliyi ilə keçirilən iclasda Əli Vəliyevin əməkdar jurnalist, Teleqraf Media Qrupunun rəhbəri Aynur Camalqızını (Quliyeva) təhqir etdiyi və ona böhtan atdığı sübuta yetirilib. pizza hut
Məhkəmənin hökmü ilə Ə.Vəliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci (Böhtan) və 148-ci (Təhqir) maddələri ilə təqsirli bilinib. O, qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 9 ay müddətinə islah işləri cəzasına məhkum edilib.
Bundan əlavə, məhkəmə tərəfindən təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilib./Axar.az
Baxış sayı:139
Bu xəbər 03 Sentyabr 2026 20:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















