Icma.az
close
up
RU
Menu

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

Əlifba qədər vacib İlkin tibb yardım dərsləri niyə hələ də FORMALDIR...

Əlifba qədər vacib İlkin tibb yardım dərsləri niyə hələ də FORMALDIR...

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanda orta məktəblər və ali təhsil müəssisələrində ilkin tibbi yardım, ürək masajı və süni tənəffüs kimi həyati bacarıqları əhatə edən dərslər mövcud olsa da, bu sahəyə marağın kifayət qədər olmaması narahatlıq doğurur. Rəsmi proqramlarda bu mövzular nəzərdə tutulsa da, tədrisin keyfiyyəti, praktiki məşğələlərin azlığı və maarifləndirmə işlərinin zəifliyi səbəbindən şagird və tələbələr bu bilikləri effektiv şəkildə mənimsəmir.

Bəzi təhsil müəssisələrində ilkin tibbi yardım dərsləri yalnız nəzəri bilgilərlə məhdudlaşır, praktik bacarıqlar isə ya ümumiyyətlə öyrədilmir, ya da formal şəkildə keçirilir. Nəticədə, qəfil ürək dayanması, boğulma və digər təcili tibbi yardım tələb edən vəziyyətlərdə əhalinin böyük bir hissəsi necə müdaxilə etməli olduğunu bilmir.

Statistikaya əsasən, qəfil ürək dayanmasından ölüm hallarının böyük hissəsi hadisə yerində heç bir yardım göstərilmədən baş verir. Tibb mütəxəssisləri və təcili yardım xidmətləri dəfələrlə bu problemin altını cızaraq bildirirlər ki, ilkin tibbi yardım bacarığı hər bir vətəndaş üçün vacibdir və onun olmaması insan həyatına başa gələ bilər.

Modern.az mövzu ilə bağlı Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova ilə həmsöhbət olub.

Onun sözlərinə görə, Azərbaycanda orta məktəblərdə və universitetlərdə ilkin tibbi yardım, ürək masajı və süni tənəffüs ilə bağlı dərslər keçirilsə də, bu dərslərə tələbə və şagirdlərin marağının az olduğu müşahidə edilir:

“Halbuki, bu biliklər sadəcə bir dərs deyil, bir insanın həyatını xilas edə biləcək bacarıqlardır. Təsəvvür edin, küçədə huşunu itirən bir nəfərlə qarşılaşırsınız və ətrafınızdakı insanlar nə edəcəyini bilmir. Ki, açığı hazırki vəziyyətdə belə bir hal məktəb və ya universitetdə baş verdikdə açığı şagirdlərimizin və təkəbələrimizin bir çoxu nəyinki ilkin yardım göstərmək, hətta nə edəcəkləri ilə bağlı özlərini itirirlər. Ya da ailə üzvlərinizdən biri qəfil nəfəs almaqda çətinlik çəkir, həkim çağırmaq üçün vaxt lazımdır, amma həmin an nə edəcəyinizi bilmirsiniz. İlk tibbi yardım biliklərimiz olsaydı, bəlkə də həmin insanın həyatını xilas edə bilərdik. Amma bizdə bu dərslərin yetərincə əhəmiyyət kəsb etməməsinin səbəbləri nədir?

Əsas problemlərdən biri odur ki, ilkin tibbi yardım dərsləri çox vaxt nəzəri formada keçirilir və şagirdlərə real tətbiq etmə imkanı verilmir. Halbuki, Almaniya və Finlandiya kimi ölkələrdə bu dərslər interaktiv şəkildə, simulyasiyalar və real həyat situasiyaları əsasında təşkil edilir. Orada şagirdlər sadəcə kitablardan oxumurlar, manekenlər üzərində ürək masajı və süni tənəffüs tətbiq edir, qəfil yaranan fövqəladə hallarda necə reaksiya verməli olduqlarını öyrənirlər. Bizdə isə çox vaxt bu dərslər "sadəcə keçilməli olan bir mövzu" kimi qəbul edilir və tələbələrin yaddaşında qalmır.

Başqa bir səbəb isə cəmiyyət olaraq bu biliklərin əhəmiyyətini kifayət qədər dərk etməməyimizdir. Biz çox vaxt belə hadisələrin bizə təsadüf etməyəcəyini düşünürük. Amma dünyanın müxtəlif ölkələrində ilkin tibbi yardımın nə qədər vacib olduğu qəbul edilib və bu bacarıqların öyrənilməsi məcburi hala gətirilib. Məsələn, Norveçdə məktəb məzunlarının ilkin tibbi yardım sertifikatı olmadan məzun olmalarına icazə verilmir. İsveçdə isə sürücülük vəsiqəsi almaq üçün bu bacarıqları sübut etmək vacibdir. Bizdə isə insanlar bu biliklərin həyat qurtara biləcəyini yalnız real bir hadisə ilə üzləşəndə anlayırlar”.

Müsahibimizin sözlərinə görə, eyni zamanda, şagirdlər və tələbələr dərs yükünün çox olması səbəbindən bu dərsləri əlavə yük kimi görürlər:

“Onların əsas məqsədi imtahanlardan yüksək qiymət almaq olduğundan, həyat qurtaran bacarıqları öyrənməyə prioritet vermirlər. Amma bəzi ölkələrdə, məsələn, ABŞ-da bu problemi həll etmək üçün ilkin tibbi yardım dərsləri xüsusi metodlarla öyrədilir. Orada şagirdlər üçün simulyasiya proqramları keçirilir, onlara qəza və ya təcili tibbi yardım tələb edən vəziyyətlərdə necə davranacaqlarını göstərmək üçün real hadisələr üzərində praktiki məşğələlər təşkil edilir. Bu, həm maraqlıdır, həm də real həyatda tətbiq edilə bilən bilikləri öyrənməyə kömək edir.

İlkin tibbi yardım bacarıqlarının nə qədər vacib olduğunu göstərən çoxlu real hadisələr var. İngiltərədə bir məktəbli uşaq dərsdə öyrəndiyi ilkin tibbi yardım sayəsində küçədə huşunu itirən bir nəfərin həyatını xilas edib. Statistikaya görə, ürək dayanması baş verən insanlara ilk 2-3 dəqiqədə müdaxilə edildikdə, onların sağ qalma ehtimalı 2-3 dəfə artır. Bəs biz niyə bu bilikləri öyrənməyə kifayət qədər maraq göstərmirik?

Bu dərsləri daha cəlbedici etmək üçün bəzi effektiv tədbirlər görülə bilər. İlk növbədə, praktiki məşğələlər təşkil edilməli, məktəblərə və universitetlərə həkimlər, təcili tibbi yardım işçiləri və xilasedicilər dəvət olunmalıdır ki, şagirdlər və tələbələr bilikləri birbaşa mütəxəssislərdən öyrənsinlər. Məsələn, Finlandiyada bu üsul geniş yayılıb və uşaqlar real həyatda tətbiq edə biləcəkləri bacarıqları öyrənirlər. Digər bir metod isə sertifikatlaşdırmadır – şagirdlər və tələbələr bu bilikləri mənimsədikdən sonra onlara sertifikat verilsə, bu, onların gələcəkdə iş imkanlarına da müsbət təsir göstərə bilər. Bundan əlavə, bəzi ölkələrdə olduğu kimi, bizdə də simulyasiya oyunları və yarışlar təşkil edilə bilər. Məsələn, Fransada "Ən yaxşı ilkin tibbi yardımçı" adlı yarışlar keçirilir və bu, şagirdlərin həm marağını artırır, həm də onları bu bacarıqları praktik şəkildə öyrənməyə təşviq edir.

Bu məsələdə valideynlərin də rolu böyükdür. Əgər valideynlər bu biliklərin vacibliyini anlayıb övladlarına bu mövzuda dəstək versələr, uşaqların da marağı artar.

Valideynlər məktəblərlə əməkdaşlıq edərək, uşaqlarının bu bacarıqları mənimsəməsini təşviq etməlidirlər.

Unutmayaq ki, bu dərslər sadəcə bir fənn deyil – onlar bir insanın həyatını xilas edə biləcək biliklərdir. Əgər Azərbaycanda bu istiqamətdə ciddi addımlar atılsa, gələcək nəsil daha təhlükəsiz və sağlam bir cəmiyyətin formalaşmasına töhfə verə bilər. Bəlkə də bu bilikləri öyrənməklə bir gün bir insanın həyatını xilas edəcəyik”…

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 Aprel 2025 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see316

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see313

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see291

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see288

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see271

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see264

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see259

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see258

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see246

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see245

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see239

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see228

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see223

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see218

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see217

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see205

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see198

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see194

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see193

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri