Icma.az
close
up
RU
Türk birliyini möhkəmləndirəcək vahid əlifba

Türk birliyini möhkəmləndirəcək vahid əlifba

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

“Süni intellekt sahəsində qlobal inkişafları izləyə bilmək və mədəni zənginliyimizi qorumaq üçün “Türkcə Böyük Dil Modeli”nin hazırlanmasını sürətləndirməliyik”.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan  Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə çıxışı zamanı deyib.

“Ortaq əlifba məsələsində isə Türkiyə olaraq ilk addımı atırıq. Çingiz Aytmatovu tanıdan bir əsəri və "Oğuznamə"ləri ortaq əlifba ilə nəşr edirik. Bu gün də liderlərə bunlardan bir nüsxə təqdim edirik”, - Ərdoğan bildirib.

Ortaq əlifba da dil kimi türk dövlətləri və xalqlarının  həmrəyliyində əsas strateji xətlərdən biridir. 

“Cebheinfo.az”-a açıqlamasında filologiya elmləri doktoru, professor Adil Babayev bildirib ki, Türkiyə Prezidentinin bu təşəbbüsünü çox yüksək qiymətləndirilməlidir. 

O, tarixi kontekstə toxunaraq bildirib ki, ortaq dil ideyası XX əsrin əvvəllərindən mövcuddur:

“Murat Adcı deyib ki, əgər gələcəkdə ortaq türk dili yaransa, onun 90 faizi Azərbaycan türkcəsinə əsaslanmalıdır. 1926-cı ildə çağırılan qurultaydan təxminən on üç il əvvəl Məhəmməd Fuad bəy Köprülüzadə yeni türk əlifbası yaratmaq istiqamətində fəaliyyətə başlamışdı, lakin bu, o zaman alınmamışdı.

1921-ci ildə Nəriman Nərimanov məktəblərin yenilənməsi ilə yanaşı, əlifbanın da dəyişdirilməsi məsələsini gündəmə gətirmiş və türk əlifbasına keçmək məsələsini qaldırmışdı. 1922-ci ildə isə Səməd Ağamalıoğlu Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin sədri kimi Leninlə görüşmüşdü. O, Leninə bildirmişdi ki, Azərbaycan xalqı yeni əlifbaya keçir və ərəb qrafikasından imtina edir.

Lenin bu xəbəri eşidəndə demişdi ki, bu, Şərqdə böyük bir inqilab olacaq. Amma buna elə-belə keçmək mümkün deyildi. Bunun üçün elə bir alim olmalı idi ki, səs və hərfləri düzgün uyğunlaşdıra bilsin.

Bu məqsədlə dörd nəfərdən ibarət komissiya yaradıldı: Səməd Ağamalıoğlu, Cəlil Məmmədquluzadə, Vəli Xuluflu və Xəlifə Səlim Xocayev. Onlar Özbəkistan və Türkmənistana səfər edərək bu sahəyə rəhbərlik edə biləcək mütəxəssis axtarırdılar. Nəhayət, professor Bəkir Çobanzadəni Bakıya dəvət etdilər.

1930-cu ildə Atatürk də bu məsələni qaldırdı. Yeni əlifba layihəsi qəbul ediləndə, Stalin Moskvadan məktub göndərərək bildirmişdi ki, yeni türk əlifbası heç bir türk dövləti tərəfindən qəbul edilə bilməz. Çünki Sovet rəhbərliyi istəyirdi ki, qurultay rus əlifbasını qəbul etsin. Qurultayda bütün türk xalqlarının nümayəndələri bir yerə toplaşdı və maraqlı bir vəziyyət yarandı. Turan ideyası məhz orada meydana gəldi”.

Professorun sözlərinə görə,  ottaq əlifba türk birliyi üçün əsasdır:

“Prezident Ərdoğanın təşəbbüsünü yüksək qiymətləndirirəm. Lakin bəzi məqamları nəzərə almaq laxımdır. Məsələn, türk dilində "x"-dan imtina edilib". 

Adil Babayev əlavə edib ki, türk xalqları arasında vahid dilin yaranması üçün qarşılıqlı anlaşma və ədəbi tarazlıq vacibdir:

“Dillərdə fərqlər çoxdur, bunları tamamilə aradan qaldırmaq mümkün deyil.  Gərək birlik olsun, o birlikdə vahid türk dili yaranmalıdır ki, bütün türk xalqları bir-birini daha rahat başa düşə bilsin. Mənə elə gəlir ki, bu vahid dil Azərbaycan türkcəsinə daha çox əsaslanacaq”.

Professor ortaq əlifbanın yaradılmasını da vacib hesab edib və bunu Turan birliyi üçün vacib şərtlərdən biri adlandırıb.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 Oktyabr 2025 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Torqovı”da göbək rəqsi: “Çılğın dondurmaçı” gündəm yaradır VİDEO

15 Avqust 2026 11:32see380

Oynaqlardakı ağrıya dəfnə yarpağı kömək edir? AÇIQLAMA

14 Avqust 2026 13:31see255

BİZİM TƏQVİM: 15 avqustda baş vermiş tarixi hadisələr

15 Avqust 2026 08:01see210

Gökhan Özen ikinci dəfə evləndi (Foto)

15 Avqust 2026 00:27see205

Maşında ürəkbulanma niyə yaranır?

15 Avqust 2026 01:56see199

Tarqovı da rəqs edən qızın GÖRÜNTÜLƏRİ qalmaqal yaratdı FOTO VİDEO

14 Avqust 2026 19:40see187

Cəlal Hüseynov oynadı, komandası qalib gəldi

15 Avqust 2026 01:46see174

“Komo” “Çelsi”nin hücumçusunu hədəfə alıb

15 Avqust 2026 03:06see174

Hörmüzdən 13 gəmi keçib

15 Avqust 2026 01:14see174

İndoneziya sahillərində 7,5 bal gücündə zəlzələ olub, sunami gözlənilir

15 Avqust 2026 03:36see170

Lalə Məmmədova: “Öz dərdim bəsimdir”

14 Avqust 2026 14:44see170

Bu səfirin ölkəmizdəki diplomatik fəaliyyəti başa çatdı

15 Avqust 2026 09:38see169

Masazırda bayquş ulayırdı!

16 Avqust 2026 00:07see169

Avropada Məhşər: Dəhşətli meşə yanğınları VİDEO

15 Avqust 2026 03:41see168

Qalatasaray 10 nömrə mövqeyinə onu gətirir

16 Avqust 2026 01:18see167

Gecələr güclü ürək döyüntüsünün səbəbi nədir? Kardioloqlardan açıqlama

15 Avqust 2026 08:07see167

Bakı Qazax yolunda iki yük maşını toqquşdu, ölənlər var

15 Avqust 2026 22:40see167

Bu ölkə ilə əlaqələri gücləndirəcəyik Pezeşkian

16 Avqust 2026 00:20see165

Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb

16 Avqust 2026 02:25see160

Bu qidalar prostat xərçəngi riskini artırır

15 Avqust 2026 02:03see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri