Icma.az
close
up
RU
Əlilliyə görə pensiyaya çıxmaq üçün sığorta stajına aydınlıq gətirildi

Əlilliyə görə pensiyaya çıxmaq üçün sığorta stajına aydınlıq gətirildi

Əlilliyə görə pensiyaya çıxmaq üçün sığorta stajı yalnız həmin şəxsin əmək qabiliyyəti dövrü üçün tələb olunur, əlil olduqdan sonrakı dövr üçün belə bir tələb yoxdur.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

“Vətəndaş heç vaxt işləməyib sonradan əlil olursa, əlbəttə sosial sığorta ödəmədiyinə görə pensiya sisteminə girə bilməyəcək, o, müavinət sisteminə girəcək. Amma əgər vətəndaş işləyib sonradan əlillik qazanıbsa, əmək qabiliyyətli hər ilinə görə cəmi 4 ay sığorta stajı tələb olunur. Düşünürük ki, bu, kifayət qədər böyük güzəştli yanaşmadır”, - deyə nazir bildirib.

APA

seeBaxış sayı:30
embedMənbə:https://pravda.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri