Əlilliyi olan 36 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin uşaq reabilitasiya mərkəzləri tərəfindən bu ilin yanvar-noyabr aylarında əlilliyi olan 36,6 min uşağa reabilitasiya xidmətləri göstərilib".
Bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, onlardan 1,9 min nəfəri stasionar, 24,7 min nəfəri ambulator, digərləri icma əsaslı, onlayn, ippoterapiya, səyyar reabilitasiya xidmətlərinə cəlb olunub.
"Bu kateqoriyadan olan uşaqlar Agentliyin paytaxtda yerləşən 1 və 2 saylı Uşaq Reabilitasiya Mərkəzlərində, eləcə də Qəbələ və Şəmkir rayonlarındakı Uşaq Reabilitasiya Mərkəzlərində reabilitasiya xidmətləri ilə təmin edilirlər", - deyə məlumatda deyilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 24 Dekabr 2024 11:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















