Əlilliyi olan şəxslərin məşğulluğa cəlbinin sosial xidmətin növü kimi göstərilməsi təklif edilib
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ödənişli və ödənişsiz sosial xidmət üçün imzalanacaq müqavilələrin fərqinin nədən ibarət olacağına aydınlıq gətirilməsinə ehtiyac var .
APA xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Soltan Məmmədov deyib.
Deputat bildirib ki, əlilliyi olan insanların məşğulluğunun artırılması çox sevindirici haldır: “Bu yaxınlarda qəbul edilmiş qanunlarda əlilliyi olan şəxslərin əmək qabiliyyətinin dəstəklənməsi, bunun təkmilləşdirilməsi çox yaxşıdır. Bu baxımdan sosial xidmət növlərində təsnifatın genişləndirilməsi yaxşı haldır. Sosial iqtisadi xidmətlərlə bağlı mütləq qaydada əlilliyi olan şəxslərin məşğulluğun artırılması məsələsinin də qeyd olunması yaxşı olar. Bu, bir daha onu göstərər ki, doğrudan da qanunvericiliyimiz bu gün davamlı olaraq, əlilliyi olan şəxslərin məşğulluğunun artırılmasına dəstək olur. Əlilliyi olan şəxslərin məşğulluğa cəlb edilməsi də sosial xidmətin bir növü kimi göstərilməsi yaxşı olardı”.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov cavabında bildirib ki, nazirlik ödənişli sosial xidmət həyata keçirmir: "Müvafiq qaydalarla ödənişli xidmətin göstərilməsi qaydası və tarifləri olsa da, 2011-ci ildən bu günə kimi ödənişli sosial xidmət üçün müraciət edən olmayıb".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 25 Fevral 2025 12:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















