Icma.az
close
up
RU
“Əlimdə səs yazıları, mesajlar var” Səidə Haqverdiyeva ilə ŞOK MÜSAHİBƏ

“Əlimdə səs yazıları, mesajlar var” Səidə Haqverdiyeva ilə ŞOK MÜSAHİBƏ

Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İki gündür sosial şəbəkələrdə Azərbaycan Dövlət Kukla Teatrının rejissoru Səidə Haqverdiyevanın paylaşımları diqqət çəkir. Buna əslində diqqət çəkmək demək olmaz. Səidə xanımı və onun həyat yoldaşı, teatrın direktoru Rəşad Əhmədzadəni tanıyanlar üçün bu açıqlamalar şok effekti yaratdı. Çünki bu cütlük bir-birini çox sevməsi ilə də tanınır, Səidə xanım Rəşad bəyi az qala ilahlaşdırıb. Birdən-birə gözlənilmədən ondan “boşanıram, bunun üçün də mənə yüksək səviyyədə təzyiqlər var” deməsi məsələnin heç də ucuz gündəm, şou xarakterli olmamasından xəbər verir. Dedik söhbəti elə onun öz dilindən eşidib diqqətinizə çatdıraq.

Lent.az-ın müsahibi Səidə Haqverdiyevadır:

- Səidə xanım, siz həqiqətən boşanırsınız? Sizi buna vadar edən səbəb nədir? İstərdim izləyicilərimizə məlumat verəsiniz. 

Səbəb teatrda qoçuluq edən bir aktrisadır. O aktrisa ki, vəzifəli ərinə, vəzifəli tanışlarına arxayın olub, bizi çox şeylərlə hədələyir. Mən təhdid olunuram. Əlimdə səs yazıları, mesajlar var. “Ya Səidə, ya da sən işdən çıxmalısınız” tələbini edən, “Səidə işdən çıxmasa onun ictimai nüfuzuna ləkə vurarıq” kimi iyrənc ultimatumlar alıram. Mən Rəşadı o qədər sevirəm ki, onun üçün hər şeyə hazıram. Rəşadın da məni çox sevdiyini bilirəm. Mənim, ailəmzin  sağlığı, şərəfi Rəşad üçün hər vəzifədən, kreslodan önəmlidir.  Mən bu teatrdan gedəcəm. Getməkdə də bir məqsədim var. Bilmək istəyirəm Mədəniyyət Nazirliyinin bəzi məmurları qoçuluq edən aktrisanı niyə dəstəkləyirlər? Onun arxasında dayanan o qərəzli qüvvə kimdir? Mənə maraqlıdır, görüm, başqalarının əmək hüquqlarını ciddi şəkildə pozaraq sırf bir aktrisanın nazını çəkən Mədəniyyət Nazirliyinin bəzi məmurları bu ağlasığmaz cəsarəti haradan alırlar? Konkret kimdən söhbət gedir? Aktrisa Nərmin Əhmədovadan. Bu aktrisa teatrda ancaq qalmaqalları ilə tanınır. Nə bir yaxşı rolu var, nə fəaliyyəti. Nazirliyə yazdığı hər məktuba dərhal cavab gəlir, onun bircə məktubu əsasında yoxlamalar başlanılır, əmrlər verilir. Bir haşiyə çıxım. Vətənprəvər mövzuda öz hesabıma çəkdiyim bir filmi Türkiyədə nümayiş etdirmək üçün dəvət almışdım. Bu filmin iştirakçılarını da Türkiyəyə aparmaq üçün nazirliyə məktub yazdım. Nə “hə” dedilər,  nə “yox”. Amma bu xanım nə deyirsə, dərhal nazirlik əməl edirlər. Niyə? Birinci dərəcəli keçmiş hakim qohumu, külli miqdarda rüşvətə görə, hazırda həbsdə olan qaynının əlaqələrini, üstəlik ərinin qanuni və qeyri-qanuni “dost”luğunu rəhbər tutaraq?

- Nədir onun istəyi sizdən?

- Nərmin xanım girib Rəşad müəllimin otağına, deyir mənə Prezident təqaüdü verilmir. Rəşad müəllim də deyib bunun öz qaydaları var. Onun bir ildə oynadığı rolların sayı başqalarının ayda oynadığı rolların sayı qədər deyil.

- Nə üçün? Rol verilmir o xanıma?

- Verilir. Sadəcə bu xanım rejissorlarla dava salır, heç kimlə yola getmir və çox sərt şəkildə təhqir edir. 2012-ci ildə mən teatrda inzibatçı işləyirdim, o aktrisa idi. Qeyd edim ki, hələ onda Rəşad müəllimlə ailəli deyildim. Tanışlarını biletsiz teatra buraxdığına görə irad bildirdim və mənə təhqiramiz şəkildə “səni qapıya kim bağlayıb, qapı tulası “ kimi ağır ifadələr işlətdi şəxsimə qarşı. Burda o sənəti ilə yox, qalmaqalları ilə tanınır. Özünü teatrda ağa kimi aparan, bəzi həmkarlarını nalayiq küçə sözləri ilə təhqir edən, yaradıcılıq anlayışını dava-dalaş kimi anlayan mürəkkəb xarakterə malik idarəolunmaz şəxsdir.

Bəs kimə arxayındır o belə? Çünki arxasında dağ kimi dayanan əri var. Nəqliyyat şirkəti rəhbəri əri Əfsun Əhmədov və onun iş birliyində olduğu məmur dostları var. Nərmin xanım  Mədəniyyət Nazirliyində havadarlıq edən bir neçə məmurun dəstəyi sayəsində teatr rəhbərliyinə və birbaşa şəxsimə təzyiqlər və təhriklər edir. Konkret olaraq nazirlikdən kim sizə soyuq münasibət göstərir? Nazirlikdə, ümumiyyətlə, Kukla Teatrına qarşı soyuq münasibət var. Qazandığımız heç bir uğur barədə nazirliyin saytında məlumat verilmir, veriləndə də səthi. Bu ögey münasibətə səbəb nədir anlamırıq. Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin Teatr sektorunun müdiri Bəyimxanım Talıbova (Bella xanım) zəng edib Rəşad müəllimə deyir ki, Səidənin əmrini yaz. Bella xanım ömründə bir gün belə hansısa teatrda çalışmadığı halda birbaşa Teatr sektoruna müdir təyin olunub. Bildiyimə görə, heç dövlət qulluqçusu da deyil. Böyükxanım Talıbova Rəşad Əhmədzadəyə zəng edərək işdən çıxmağımla bağlı ərizəmin alınmasını tələb edib. Mədəniyyət naziri Adil Kərimli vicdanlı insandır. Mən əminəm ki, onun bu olanlardan ya xəbəri yoxdur, ya da ona məsələni fərqli çatdırırlar. Nərmin nazirlikdəki hansısa havadarlarına arxayın olub Rəşad müəllimin üzünə deyir ki, səni tezliklə işdən çıxaracaqlar, ərim mənə ad günü hədiyyəsi olaraq teatrın direktoru vəzifəsini verəcək. Ərin vəzifə verəndir? Artıq bu xanım teatrda vəzifə bölgüsünə də başlayıb. Birinə müavinlik təklif edir, digərinə baş rejissorluq. Hansı hünərlə? Mədəniyyət nazirliyi strukturundakı hər hansı dəyişiklik Kukla Teatrının aktrisası ilə məsləhətləşilir, yoxsa nazirin təyinat əmrlərinə öncə Nərmin Əhmədova baxır? Lazım gələrsə biz gedərik. Teatr bizim atamızdan qalmayıb, dövlətindir. Bu dövlət müəssisəsində dəfələrlə yoxlamalar aparıb, bir qüsur tapa bilməyiblər. Rəşad müəllimi çağırıb deyirlər qanuna görə siz ər-arvad eyni müəssisədə işləyə bilməzsiniz. Birincisi belə qanun yoxdur, ikincisi mən teatrda rəhbər deyiləm, yaradıcı insanam. Bəs sizi nədə ittiham edirlər konkret olaraq?

- Əvvəlcə ali təhsil sənədi kimi diplomumun olmaması, sonra isə ixtisasım üzrə işləmədiyimi (bu arada ixtisasım pedaqoq və musiqi sənəti üzrə menecmentdir) əsas gətirilib.

Bu ittihamların da əsassız olduğunu gördükdən sonra diplomumu nostrifikasiyadan keçirmədiyimi xüsusi vurğuladılar. Bu məsələdə haqlı idilər. Amma mən onsuz da Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (TİKA) bununla bağlı müraciət etmişdim.

Ali təhsiliniz həqiqətən yoxdur? Sankt-Peterburq Dövlət Mədəniyyət İnstitutunda 2015-2020-ci illərdə bakalavr, 2020-22-ci illərdə isə ixtisasım üzrə magistraturada təhsil almışam. Magistraturamın son 6 ayında səhhətimlə əlaqədar təhsilimi dondurmalı oldum. Sonrakı gərgin iş qrafiki – tamaşalar, filmlər, tədbirlər səbəbindən düşündüm ki, hər iki diplomumu eyni vaxtda nostrifikasiya etdirim. Diplomun tanınması üçün müraciətə cavab 1-3 ay, bəzən də 6 ay çəkə bilir.

Mən öncəliklə onu deyim ki, burda təkrar ssenari oynayır. Ondan öncə teatrda işləmiş bir aktrisa da eyni ittihamlarla nazirliyə müraciət edirdi, bu xanım da.

Bu baş verənlər, stress yəqin səhhətinizə təsirsiz ötüşməyib...

- Mədəniyyət Nazirliyində havadarlıq edən bir neçə məmurun dəstəyi sayəsində teatr rəhbərliyinə və birbaşa şəxsimə təzyiqlər var. Onun bizim haqqımızda yazdığı şikayət məktublarından sonra Mədəniyyət Nazirliyi tərəfindən dəfələrlə izahatım alınıb. “Ya Səidə, ya da sən işdən çıxmalısınız” tələbini edən, “Səidə işdən çıxmasa onun ictimai nüfuzuna ləkə vurarıq” kimi iyrənc ultimatumlar nazirlikdə işləyən insana yaraşarmı? Son dəfə nazirliyə çağırıldıqdan sonra həyatımın ən dəhşətli itkisini verdim. Uzun illərdir övlad həsrəti çəkirdim. Süni mayalanma ilə bu arzumu reallaşdırmağa qərar vermişdim, müalicələr nəticəsini vermişdi. 12 həftəlik hamiləliyim Nərmin Əhmədovanın yaratdığı problemə görə pozuldu. Övladımı itirdim.

Rəşad müəllim sizin boşanmaq istəyinizə necə reaksiya verir? Çox pis. Şəkər xəstəsidir. Şəkərini, qan təzyiqini sala bilmirik neçə gündür. Üstəlik də mənim sosial mediada yaydığım açıqlamama da əsəbiləşdi, dava etdik və mən evdən ayrılıb ailəmin yanına getdim. Mənim üçün bu artıq prinsip məsələsinə çevrilib. İlk dəfə burda deyirəm, teatrdan gedəcəm. Amma elə belə yox. Mənim də deyəcək sözlərim var və həm də çox əsaslı sözlər. Gedəcəm dediniz. Bu Nərminə məğlub olmaq deməkdir? Yenə deyirəm, Nərmin xanım bu addımları özbaşına atmır. Arxasında dayanan güclər var. Nərmin Əhmədova dəfələrlə əsassız bəhanələrlə direktorun iş otağına gələrək onu qalmaqala təhrik edib.

Sonuncu dəfə həddini bir az da aşaraq  bəzi işçilərimizin gözüqabağında yumruğunu masaya vuraraq Rəşad  Əhmədzadəni işdən çıxartdıracağı ilə hədələyib. Bununla da ürəyi soyumayıb, məhkəməyə verib, məsələ ilə bağlı məhkəmə də məlum şəxsin xeyrinə qərar qəbul edib. Oradakı şahid ifadələrini dinləmədən. Baş verənlərin hamısını bütün çılpaqlığıyla, sübutlarla mütləq yazacağam. Bu dediklərim baş verənlərin kiçik bir hissəsidir.

Bu məqamda otağa teatrın direktoru Rəşad Əhmədzadə daxil olur. Həmişəki kimi qürurlu və sakitdir. Bir neçə kəlmə onunla da danışmaq istəyirəm.

 “Söz verirəm, ən sonda mən də danışacam və yalnız sizə danışacam. Teatr mənim şəxsi mülküm deyil, təqaüdə çıxmağıma iki il qalıb və vaxtım çatan kimi mütləq gedəcəm. Kişi ilə mübarizəni də kişi kimi aparmalıdırlar. Belə çirkin şəkildə, ailə məsələlərini qataraq yox” deyir və gedir.

QEYD:

Lent.az olaraq qeyd edirik ki, müsahibədə adı çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. Onu da vurğulayaq ki, mövzu ilə bağlı Mədəniyyət Nazirliyinə və müsahibədə adları çəkilən bir neçə şəxsə rəsmi sorğu göndərsək də cavab əldə edə bilmədik.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:45
embedMənbə:https://lent.az
archiveBu xəbər 13 Noyabr 2025 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see273

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see181

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see172

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see165

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see153

Netanyahunun ən yaxın adamlarından biri istefa verdi

12 Noyabr 2025 01:04see144

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see140

Kremldə Putin Tokayev görüşü başlayır

12 Noyabr 2025 07:51see138

Çay sağlamlıq üçün təbii dost

12 Noyabr 2025 01:03see138

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see137

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

12 Noyabr 2025 17:11see137

Putini gözləyən qorxulu ssenari: tarix bilindi Region yenə qarışacaq

12 Noyabr 2025 07:34see136

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see136

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see133

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see131

Rusiya nefti rekord endirimlərlə satmağa başladı: yeni sanksiyalar Kremlə ağır zərbə vurdu

12 Noyabr 2025 17:10see131

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see129

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see129

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see126

Elnarə Akimova: “Milli Ədəbiyyat Mükafatı təsis olunmalıdır”

12 Noyabr 2025 17:10see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri