Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

İsrail bu aviabazadan personalı təxliyə edir

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Sumqayıt ın Antalya toplanışı

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

Əlimlə sağ salamat xəstəxanaya apardığım adamın gecə saat 23 də mənə meyitini verdilər”

Əlimlə sağ salamat xəstəxanaya apardığım adamın gecə saat 23 də mənə meyitini verdilər”

Icma.az xəbər verir, Mia.az saytına əsaslanaraq.

"Biz lap əvvəldən təklif etdik ki, qeysəriyyə əməliyyatı ilə uşağı götürün. Amma həkimlər razılaşmadılar. Bildirdilər ki, təbii doğuş olacaq. Bunun üçün də yoldaşıma nəsə dərman veriblər. Axırı da belə”.

Mia.az xəbər verir ki, bunu “Teleqraf”a Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nəznində olan Perinatal Mərkəzdə doğuş zamanı ölən 33 yaşlı Şəbnəm Kərimovanın həyat yoldaşı İsmayıl Kazımov deyib.

O, hadisəyə görə həkimləri günahlandırıb: “Yoldaşımı apardım xəstəxanaya. Günorta saat 12-də əlimlə ötürdüm içəri. İki saat sonra gəldilər ki, övladınız sağ-salamat doğulub, təbrik elədilər, gözaydınlığı verdilər, muştuluq alıb getdilər. Mən də sevinc içində oturub gözlədim.

Bu arada gəlib dedilər ki, gedin, uşağı, ananı sonra görərsiniz. Razılaşmadıq, oturub gözlədik. Dedik, icazə verin, görək sonra gedək. Başladı vaxt uzanmağa, beş dəqiqə sonra, 10 dəqiqədə gözləyin, indi içəri keçəcəksiniz və sair. Bir də gördük qan gətizdirirlər. Mən də elə bildim başqasına lazımdır. Sən demə mənim yoldaşıma görə gətirirlərmiş qanı. Qanaxmanı kəsə bilməyiblər, yoldaşım da dünyasını dəyişib. Əlimlə sağ-salamat xəstəxanaya apardığım adamın gecə saat 23-də mənə meyitini verdilər”.

İ.Kazımov həyat yoldaşının ölümündə Perinatal Mərkəzin həkimləri Gültac Vidadi və ginekologiya şöbəsinin baş “mamaça”nı və xəstəxananın baş tibb bacısını əvəz edən Sevinc Hüseynovanı ittiham edir: “Onlar bizi bu günə qoydu, başımıza oyun açdılar, qaldıq əsir-yesir. Həkimlərdən şikayətçiyəm. Yazılı olaraq hələ heç bir yerə müraciət etməmişəm. Dünən hüquq-mühafizə orqanlarının nümayəndələri orada olub. Orada iki həkimi olub - Sevinc və Gültac, ikisindən də şikayətim var. Bu gün yoldaşımı aparıb dəfn edib gəlmişəm. Gözüm görə-görə mənim yoldaşımı öldürdülər, buna durub baxacam mən?”

Ailə başçısının ittihamları ilə bağlı Sabirabad Rayon Mərkəzi Xəstəxanasının, həkimlər Gültac Vidadi və Sevinc Hüseynovanın mövqeyini öyrənmək isə mümkün olmayıb. Belə ki, adıçəkilən şəxslər agentliyin telefon zənglərinə cavab verməyiblər.

TƏBİB-in rəsmi məlumatına görə, 1992-ci il təvəllüdlü hamilə qadın 07.07.2025-ci il tarixində saat 18:00 radələrində İmişli Rayon Mərkəzi Xəstəxanasından Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Perinatal Mərkəzə təxliyə olunub: “Hamiləliyin patologiyası şöbəsinə yerləşdirilən pasiyentə 39-40 həftə hamiləlik, baş gəlişi diaqnozları təyin edilib və zəruri tibbi xidmətlər göstərilib.

08.07.2025-ci il tarixində saat 13:50 radələrində doğuşa alınan şəxsin boyu 52 sm., çəkisi 4 kq. 200 qr., cinsi oğlan olan körpəsi dünyaya gəlib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir.

Zahı qadında profuz qanaxma başlaması qeydə alınıb və aparılan bütün reanimasiya tədbirlərinə baxmayaraq, saat 18:00 radələrində onun ölüm faktı qeydə alınıb”.

Xatırladaq ki, 2024-cü ildə də Sabirabad Rayon Mərkəzi Xəstəxanasının doğum evində ana ölümü qeydə alınmışdı. Rayonun Qalağayın kənd sakini, 2000-ci il təvəllüdlü Zəhra Qara qızı Zamanova oktyabrın 26-da uşaq dünyaya gətirmək üçün doğum evinə gətirilib. Zəhra Zamanova reanimasiya şöbəsinə yerləşdirilib, lakin uşaq dünyaya gətirən ananın həyatını xilas etmək mümkün olmayıb. O, ertəsi gün xəstəxanada vəfat edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:130
embedMənbə:https://mia.az
archiveBu xəbər 09 İyul 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see274

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see253

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see251

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see249

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see216

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see206

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see184

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see180

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see174

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see170

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see169

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see169

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see158

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see155

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see142

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see141

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see139

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see138

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri