Icma.az
close
up
RU
Həbsdən çıxan kişidən arvadına qarşı zorakılıq: “Əlimlə ağzını tutdum...” TƏFƏRRÜAT

Həbsdən çıxan kişidən arvadına qarşı zorakılıq: “Əlimlə ağzını tutdum...” TƏFƏRRÜAT

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakının Yasamal rayonunda 1987-ci il təvəllüdlü Vahid ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı keçmiş həyat yoldaşı Zümrüdə (adlar şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az
-ın əldə etdiyi xəbərə görə, hadisəni törədən Vahidin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Vahid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 
O, ifadəsində göstərib ki, Zümrüd ilə 2015-ci ildə ailə həyatı quraraq atasının Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən evində yaşayıblar: 
“Həmin nikahdan 2 azyaşlı övladımız var. İlk aylarda münasibətlərimiz yaxşı olsa da, daha sonra aramızda mübahisə yaranmağa başladı. Bəzən işləmədiyim üçün, eyni zamanda taksi fəaliyyəti ilə məşğul olduğum üçün ara sıra evə gec gəlidiyimdən, həmçinin maddi vəziyyətlərimiz aşağı olması səbəbi ilə aramızda tez-tez mübahisələr yaranıb. Həyat yoldaşımın gözəllik salonunda işləməyə başlaması mənə xoş olmadığı üçün, habelə məndə qısqanclıq hissi yaratdığı üçün onun işləməsinə qarşı olduğumu bildirdim. Onu işdən çıxardım”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, 2022-ci ildə Zümrüdlə aralarında tez-tez mübahisə düşməsi səbəbi ilə nikaha xitam verilməsi üçün məhkəməyə müraciət ediblər: 
“Yasamal Rayon Məhkəməsinin 2022-ci il tarixli qərarına əsasən nikaha xitam verilməsi və iki azyaşlı övladlarımın Zümrüdlə birlikdə yaşaması barədə qərar qəbul edildi. Zümrüd məndən ayrıldıqdan sonra başqa bir ünvanda yaşamağa başladı. Həmin ərəfələrdə Zümrüdün uşaqlarla maraqlanmadığını bildim və uşaqları apararaq özüm ilə saxladım, Daha sonra Zümrüd atasının yaşadığı ev ünvanından çıxaraq İnşaatçılar prospektində kirayə ev tutdu və həmin evdə tək yaşamağa başladı”.
Vahidin ifadəsinə görə, 2024-cü ilin dekabr ayın sonlarında atasının xahişi ilə, həmçinin barışığın olması səbəbi ilə uşaqları Zümrüdə geri qaytarıb: 
“Həmin ərəfədə baş verən mübahisələrin səbəbini müəyyən etmək, eləcə də, ümumi bir razılığa gəlmək məqsədilə Zümrüdün yaşadığı ünvana dəfələrlə getdim. 2025-ci ilin fevral ayında Zümrüdün evə gec gəlməsi və uşaqları təkbaşına nəzarətsiz qoyması səbəbi ilə onu təhqir etdim. Zümrüd də Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsinə barəmdə şikayət etdi. Həmin şikayət üzrə İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə araşdırma başlanıldıqdan sonra iş Yasamal Rayon Məhkəməsinə göndərildi. 
Məhkəmə barəmdə 8 sutka müddətinə inzibati qaydada həbs tədbiri seçdi. Həmin ilin fevralın 14-də inzibati həbsdən azad olunduqdan sonra yenidən Zümrüdün yaşadığı ev ünvanına gedərək uşaqları görmək istədiyimi bildirdim. Uşaqlarım ilə görüşdükdən sonra Zümrüdlə söhbət etmək istədiyim zaman aramızda mübahisə yarandı. O, səs-küy salmağa başladı. Buna əhəmiyyət vermədən onun yaşadığı evi tərk etdim”.
Vahid qeyd edib ki, 2025-ci ilin martın 17-də, saat 23 radələrində Zümrüdün yaşadığı evə gələrək qapını döyüb və onu çağırıb: 
“Zümrüd qapını açdıqdan sonra uşaqları görmək istədiyimi bildirdim. Qapının kənarından içəri daxil olmadan uşaqlarla söhbət etdim. Daha sonra uşaqların telefonundan nömrəmi niyə blok etdiyini soruşdum. Bu zaman aramızda söz mübahisəsi yarandı. Mübahisə zamanı Zümrüd səsini yüksəltdiyi üçün evə girdin. Əlim ilə onun ağzını tutdum. Daha sonra oradan uzaqlaşaraq yaşadığım mənzilə qayıtdım”.
İş üzrə zərərçəkmiş Zümrüdün sözlərinə görə, evliliklərinin ilkin dövrlərdə Vahid normal davranış göstərsə də, sonradan tez-tez əsassız mübahisələr yaratmağa başlayıb: 
“Evə gəldikdə səbəbsiz yerə dava-dalaş salaraq məni bir neçə dəfə döyüeb. Ondan dava-dalaşın səbəbini soruşduqda isə cavab verməyib və yenidən məni döyməyə davam edib. Maddi vəziyyətlərimizin aşağı olması ilə əlaqədar olaraq 2017-ci ildən gözəllik salonunda işləməyə başladım. Vahid mənim işləyib evə pul gətirməyimi gördü və bir qədər rahatlıq tapdı. Buna baxmayaraq mənə qarşı münasibətlərini daha da sərtləşdirdi. Məni incitməyə davam etdi”.
Zərərçəkmiş şəxs bildirib ki, 2022-ci ildə Vahidin hərəkətlərinə dözməyib və ondan ayrılmaq qərarı verib: 
“Yasamal Eayon Məhkəməsinin 2022-ci il tarixli qərarı ilə nikahımıza xitam verildi. Həmin qərarda azyaşlı övladlarım ananın himayəsində qalması barədə qərar qəbul edildi. Ayrıldıqdan sonra atama məxsus evdə yaşadım. Lakin Vahid məhkəmənin qərarına əməl etməyərək uşaqları özü ilə apardı. Mən bir müddət atamın evindən çıxaraq İnşaatçılar prospektində kirayə mənzil tutdum, orada tək yaşadım. Təxminən 6 ay sonra Vahid uşaqları geri qaytardı. 
Həmçinin, tez-tez uşaqları görmək bəhanəsi ilə yaşadığım ünvana gəldi. Lakin uşaqları bir kənara qoyaraq əsassız qısqanclıq zəminində məni döydü. Bundan başqa, məhkəmənin uşaqlar üçün təyin etdiyi alimenti ödəməkdən yayındı. İl ərzində yalnız bir dəfə 50 manat göndərdi. Həmin vaxt da məndən alimentdən imtina etməyim barədə ərizə yazmağımı tələb etdi. Daha sonra həmin 50 manat puluna görə də məni döydü və pulu geri tələb etdi”. 
Zərərçəkmiş şəxs deyib ki, bir neçə dəfə zorakılığa məruz qaldığı üçün Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsinə müraciət edib: 
“Lakin Vahidin xahişi ilə barışdığımızı bildirərək ərizəmi geri götürdüm.2025-ci ilin fevral ayında Vahid tərəfindən təhdid edildiyim üçün 28-ci Polis Şöbəsinə müraciət etdim. Həmin müraciət əsasında İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə araşdırma başlanıldı. İş Yasamal Rayon Məhkəməsinə göndərildi. Məhkəmənin qərarı ilə 8 sutka müddətinə inzibati həbs tədbiri seçildi. Fevralın 14-də həbsdən çıxdıqdan sonra yaşadığım evə əlində gül ilə gələrək barışmaq istədiyini bildirdi. Mən isə artıq onun əməllərindən yorulduğum üçün danışmaq istəmədiyimi bildirdim. Vahid uşaqlarla görüşdükdən sonra həmin yeri tərk etdi”. 
Zümrüdün sözlərinə görə, martın 17-də, saat 23 radələrində Vahid onun yaşadığı evin qapısını bərkdən döyərək onu səsləyib: 
“Qonşuların narahat olmaması üçün qapını açaraq ondan nə istədiyini soruşduğum zaman heç bir səbəb olmadan sözlü mübahisə yaratdı. Nalayiq ifadələr işlədərək məni təhqir etdi və geri itələdi. Mən isə onu irəliyə itələyərək evdən çıxmasını istədim. Anidən Vahid üzümə zərbə endirdi, əli ilə ağzımı sıxdı. Sonra ayağıma təpiklə güclü zərbə vuraraq məni yerə yıxdı. Aldığım zərbədən huşumu itirdim, yerə yıxıldım. Təxminən 2-3 dəqiqə sonra ayıldıqda uşaqların başımın yanında ağladığını gördüm. Bundan sonra Vahid su ilə üzünü yuyaraq hadisə yerindən qaçdı”. 
Yasamal Rayon Məhkəməsinin hökmü ilə Vahid 5 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası alıb. 
Təqsirləndirilən şəxsin Abşeron rayonunun, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarını tərk etməsi, cəzaçəkmə müəddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməsi qadağan olunub. 
Bundan başqa, ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək,  habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri tapşırılıb. 
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:80
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 07 Yanvar 2026 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see646

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see230

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see188

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see182

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see173

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see170

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see159

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see157

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see157

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see154

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see143

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see140

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see139

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see135

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see134

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri