Icma.az
close
up
RU
Elin vəfa borcu

Elin vəfa borcu

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dünən eşitdim ki, kəndimizin daha bir dəyərli oğlu dünyasını dəyişib. El-obada kimliyindən asılı olmayaraq, adamların amansız və zamansız ölümlərinə təəssüfənirik.

Onun böyük ürəyi vardı. Böyük ürəkli adamların yaşamaq eşqi də böyük olur. O, xaraktercə iradəli və diribaş adam idi. Qamsaxurdiya dövründə gürcü millətçilərinin tənəsi və təzyiqi ilə üzləşsə də, böyük inam, böyük əqidə və böyük iradə onu heç vaxt tərk etmədi.

Həmin dövrlərdə Borçalıda müxtəlif vəzifələrdə işləmiş imkan sahibləri kənddən çıxıb Azərbaycana üz tutur və paytaxt Bakıda məskunlaşırdılar. O, el-obasının dar günündə kəndinin qədir-qiymətini daha yaxşı bilir və öz yerini doğma kəndində daha uzaqgörənliklə müəyyənləşdirir, öz məsuliyyətini dərindən dərk edirdi. Ona görə də dünyaya göz açdığı, qucağında böyüdüyü yurd-yuvadan, el-obadan – Faxralı kəndindən ömrünün sonunadək ayrılmadı.

...Mən onu uşaqlıq illərimdən tanıyırdım. Hələ orta məktəb şagirdi olduğum illərdə rayonda çıxan “Qələbə bayrağı” qəzetində gələcəyin jurnalisti kimi məqalələrim dərc olunurdu. O zaman Bayram müəllim də rayonda məsul vəzifədə işləyirdi. Rayon mərkəzində təsadüfən onunla rastlaşanda qabağında dili topuq çalan uşaq kimi olurdum. Görüşüb salamlaşanda da həyəcandan səsim titrəyirdi, nəfəsim təntiyirdi. Yaxşı ki, onun xoş təbəssümü və isti ürəklə hal-əhval tutması məni vəziyyətdən çıxardırdı. Mənə ürək-dirək verirdi. Deyirdi ki, məqalələrini oxuyuram, yaxşı yazırsan. Belə də davam et, yaz. Sanki demək istəyirdi ki, yad millətin, yad adamların içində özünü adamsız hiss eləmə, yaz, yarat... 

Böyük ürəkli insanlar böyüklə böyük, kiçiklə kiçik olduqları üçün uca məqama çatırlar. Ona görə də insanların yaddaşında yaşamaq haqqı qazanırlar. İllər ötdü. O, mənim yaddaşımda böyük ürəkli adam kimi qaldı. Bayram Əliyev kəndimizin sayılıb-seçilən, nüfuz sahibi olan oğullarından idi. O, çox xoşrəftarlı idi, hamıya hörmətlə, ləyaqətlə yanaşırdı. Bu da təsadüfi deyildi. Bayram müəllim kəndimizdə yurd salan, çıraq yandıran, el dolandıran və uzun illər rayonun rəhbər işçilərindən, eyni zamanda, ağsaqqallarından biri olmuş Əli Əliyevin ailəsində dünyaya göz açmışdı. Atasının yolunu ləyaqətlə davam etdirən Bayram Əliyev yüksək təhsil almışdı. Bir neçə dil bilirdi. Dil içində dil, din içində din bəsləyib yaşadığımız Gürcüstanda Bayram Əliyev kimi elmli, savadlı, yüksək təhsilli kadrlara soydaşlarımızın böyük ehtiyacı vardı. Bayram müəllim harada, hansı vəzifədə işləyirdisə, soydaşlarımızın etimadını səylə, bacarıqla doğruldurdu. 

Atasının vəfatından sonra Bayram müəllim də vəzifə pillələrində irəlilədi və Bolnisi Rayon Partiya Komitəsinin katibi kimi rəhbər vəzifəyə yüksəldi. Rayonda təhsil, səhiyyə və ideoloji iş sahəsində fəaliyyətini doğru-düzgün məcraya yönəltdi. 

Bayram Əliyevin xalqına, el-obasına mehri-məhəbbəti böyük idi. Onun xeyirxahlığı qonşu İmirhəsən kəndinin və doğma Faxralı sovxozunun direktoru işlədiyi illərdə daha qabarıq görünürdü. Ana kəndi üçün gördüyü xeyirxah işlər zaman-zaman xatırlanacaq.

İndi doğma elimiz öz oğlu ilə vidalaşır. Bu kiçik yazım da elimiz üçün vəfa borcu, Bayram Əliyevin doğmaları üçün isə kiçik bir təsəllidir. Gözəl dağına söykənmiş Faxralı kəndini – öz elini canı qədər sevən bir gözəl insan elimizi cismən tərk etsə də, ruhən həmişə doğmaları ilə olacaqdır. Məkanı behişt, ruhu şad olsun!

Həzi HƏSƏNLİ

Şair-publisist

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Yanvar 2026 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see309

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see309

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see306

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see302

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see299

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see280

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see279

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see277

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see276

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see260

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see252

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see250

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see238

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see236

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see234

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see224

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see216

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see216

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see210

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri