Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Ronaldo dönəmi başa çatır

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

ML: 3 cü tur başlayır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Evin sonbeşiyi elin qürur ünvanı

Evin sonbeşiyi elin qürur ünvanı

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Vətən müharibəsi şəhidi, tank komandiri, gizir Telman Həsənlinin atası Rafiqlə görüşümüz bir bazar gününə təsadüf etdi. Aramızda o qədər də yaş fərqi olmasa da, Rafiqin bu beş ildə oğul dərdindən əyilmiş qamətində sanki kədər, qürur birləşib. Baxışlarında həm oğul itkisinin ağrısı, həm də Vətən sevgisinin böyüklüyü var. Şəhid atalarının əyilmiş qamətini düzəldə bilməsək də, önündə baş əyməyi bacarmalıyıq. Çünki o qamət, ağrı, o fədakarlıq sayəsində bu torpaqlar azaddır.

Danışıb vədləşdiyimiz kimi, Rafiqlə kəndin girəcəyində görüşürük. “Bəlkə əvvəlcə Telmanın məzarını ziyarət edək. Axşam yuxuma girib”, - deyə Rafiq söyləyir. Özümdən biixtiyar olaraq “Rafiq, söz ver ki, məzar önündə kövrəlməyəcəksən”. Sən də mənim xahişimə əməl edəcəksən. Ziyarət edib, söhbətimizi evimizdə–şəhidimizin xoşladığı heyva mürəbbəsi ilə çay süfrəsi arxasında davam etdirəcəyik. Necə də razılaşmayasan? Bir halda ki, bununla şəhidimizin ruhu, atanın da sınıq qəlbi şad olacaqsa niyə də etməyəsən?

Rafiqin solmuş gözlərində, baxışlarında torpaq qoxusu, övlad nisgili duyulur. O gözlər çox hallara görənlik edib–bayrağa bükülmüş tabutu, diz çökməyən bir millətin iradəsini. Baxışların dərinliyində də bir işıq var–oğlunun adı kimi, əbədi parlayan bir işıq.

Nəhayət, Telmanın məzarı önündəyik. Diqqətim Rafiqə yönəlir. Dərindən ötürdüyü köksün acısı başadüşüləndir. Amma atanın bir təsəllisi var: oğlu Vətənin azadlığı, bütövlüyü uğrunda şəhid olub.

Ziyarətdən sonra Rafiq oğlunun şəkillərini bəzəyən otağında söhbətə başlayır:

– Telman sonuncu dəfə evə 2020-ci il sentyabrın 20-də üçgünlük gəlmişdi. O vaxt təlimlər gedirdi. Evdə hər kəsin üzünə diqqətlə baxırdı. Çox fikirli idi, amma heç nə demirdi. Son gedişində – sentyabrın 22-də hamımızı bərk qucaqlayaraq öpdü. Sonradan başa düşdük ki bu, vida imiş. Sentyabrın 27-si müharibə başlayanda isə səhər zəng edib dedi ki, narahat olmayın, dua edin, hər şey yaxşı olacaq. Döyüş yoldaşları ilə birlikdə düşmənin iki tankını qənimət kimi götürə bilib. Onlardan birini özü idarə edib. Həmin tanklar düşmənin özünə qarşı istifadə olunub. Qardaşlarından biri ilə telefon danışığında mətnaltı olaraq “Öz maşınımdan ikisini götürmüşəm, işlək vəziyyətdədir”, - deyib. Telman Vətən müharibəsi zamanı iki tank kolonuna rəhbərlik edirmiş. Qubadlıya ilk tank kolonu onun rəhbərliyi ilə daxil olub. O, qızğın döyüşlər zamanı rayonun Balasoltanlı kəndində şəhid olub”.

Son dəfə ailə üzvləri ilə oktyabrın 16-da danışan Telman adəti üzrə hər şeyin qaydasında olduğunu, ondan narahat olmamalarını tapşırır və iki gündən sonra şad xəbər verəcəyini bildirir. Telmandan şad xəbər gözləyən ailəsi onun şəhidlik xəbərinə sarsılır. Evin sonbeşiyi əbədiyyət zirvəsinə yüksəlmişdi...

Rafiq göz yaşlarına qərq olaraq qeyd edir ki, Telman uşaqlıqdan çox fərqli idi. Hər zaman hərb sahəsinə böyük maraq göstərirdi. Hələ balaca vaxtlarından əlinə oyuncaq silah alar, “mən böyüyəndə əsgər olacağam, Vətəni qoruyacağam”, - deyərdi. Biz o zaman bunu sadəcə uşaq arzusu kimi qəbul edirdik. Sən demə, Vətən sevgisi də onunla bərabər böyüyürmüş. Ordu sıralarına qoşuldu, xidmətini böyük məsuliyyət və fəxarətlə yerinə yetirdi. “Bu torpaqlar bizimdir, biz azad etməliyik”, - deyərək, son damla qanına qədər vuruşdu.

Şəhid atası ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərin ailələrinə göstərilən qayğıdan söz açır: Dövlət başçımızın və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman şəhid ailələrinə göstərdiyi diqqəti bu beş ildə hər zaman hiss edirik. Dövlətimiz hər zaman yanımızdadır. Prezident İlham Əliyevin sərəncamları ilə oğluma verilən “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə”, “Cəbrayılın azad olunmasına” və “Füzulinin azad olunmasına görə” medalları ilə bir ata kimi qürur duyuram.

Şəhid olduğu günə qədər Telman mənim oğlum idi. 5 ildir ki, Azərbaycan xalqının oğludur. Hər zaman bir valideyn kimi mənim başımı necə uca etmişdisə, döyüş meydanında da Vətənimizin başını uca etdi.

Telman 1998-ci il martın 3-də Biləsuvar rayonunun Bağbanlar kəndində anadan olub. 2016-cı ildə həqiqi hərbi xidmətə, Vətənə xidmət borcunu ödədikdən sonra 2018-ci ildə “Gizir hazırlığı kursu”na yazılıb. Kursu tank komandiri kimi bitirərək Azərbaycan Ordusunun giziri təyinatla Ağstafa rayonunda yerləşən “N” saylı hərbi hissədə fəaliyyətə başlayıb. 2019-cu ildə Beyləqanda yerləşən “N” saylı hərbi hissəyə təyinat alıb.

Əsgərlikdə snayper olduğuna görə, tankla hədəfi dəqiq vurmaq qabiliyyətinə malik imiş. Hətta müharibədən əvvəl keçirilən təlim vaxtı qoyulan hədəfi tankda dəqiq vurduğu üçün Milli Qəhrəman, Vətən müharibəsi şəhidi, polkovnik Şükür Həmidov tərəfindən mükafatlandırılmışdı. Xidmət etdiyi hərbi hissədən valideynlərinə göndərilən təşəkkür məktubları isə onun gələcək uğurlarından xəbər verirdi.

44 günlük Vətən savaşı 30 illik işğala son qoymaqla tarixə Böyük Zəfər kimi yazıldı. Bu Zəfərin qazanılmasında yüzlərlə Vətən oğlu qəhrəmanlıq, igidlik nümunələri göstərdi. Vətən qarşısında borclarını ləyaqətlə yerinə yetirən şəhidlərimizin xatirəsi xalqımız tərəfindən daim əziz tutulur.

Müşfiq CƏFƏROV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Noyabr 2025 10:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see583

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see309

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see308

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see219

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see219

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see218

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see218

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see210

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see206

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see205

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see205

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see205

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see203

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see201

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see201

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see199

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see198

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see198

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see197

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri