Icma.az
close
up
RU
Elit Star Cəmilə qəzəbləndi: Kim mənə qadağa qoya bilər

Elit Star Cəmilə qəzəbləndi: Kim mənə qadağa qoya bilər

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda televiziya məkanında aparılan islahatlar davam edir.

Son günlər bir sıra verilişlərin bağlanması və bəzi ifaçılara tətbiq olunan məhdudiyyətlərdən sonra efir siyasətində yeni mərhələnin başlandığı müşahidə olunur. Artıq proqramlara daha çox sənəti, peşəkarlığı, səsi və efir etikası ilə seçilən sənətçilər dəvət edilir. Bu dəyişikliklər həm teleməkanın estetik səviyyəsinin yüksəlməsinə, həm də tamaşaçı zövqünün qorunmasına xidmət edir və cəmiyyət tərəfindən müsbət qarşılanır.
Məlumata görə, baş verən yeniliklər çərçivəsində ciddi musiqinin təbliğinə yetərincə önəm vermədikləri və efir məsuliyyətinə diqqətsiz yanaşdıqları iddia edilən daha bir qrup müğənni və sənət adamına efir qadağası tətbiq olunub. 

Qadağa siyahısında Vəfa Şərifova, Təranə Qumral, Musa Musayev, Pərvin Abıyeva, Əli Mirəliyev, Aytac Vidadi qızı, Samirə Yusifqızı (Meyxanaçı Samirə), Fərəh Samirəqızı, Ayan Babakişiyeva, Müjgan Ayxan, Aşıq Mübariz, Türkan Vəlizadə, Aytac Tovuzlu, Yaşar Qafanlı, Afaq Aslan, Sevil İsgəndərli, Elşən Xəzər, Cəmilə Elit Star, Rəqqasə Aygün, Luna, Arzu Abdulova, İsrail Məmmədov, Günel Ələkbərova (“Pişik Günel”), Səma Abdullayeva, Səbinə Abdullayeva, Firuzə Babayeva, Arzuxanım Həsənova, Aygül Səfərova, Niqa Yılmaz, Meydan Əsgərov yer alıb. 

“Cebheinfo.az”- a açıqlamasında müğənni Elit Star Cəmilə bildirib ki, bunların hamısı boş söhbətlərdir:

“Cəhənnəmə gedən özünə yoldaş axtarar. Bunu yayanlar hamısı verilişi bağlananlardır. Mənə bununla bağlı heç bir məlumat verilməyib. Mən Azərbaycan Dövlət Televiziyasının solistiyəm. Kim mənə qadağa qoya bilər? Ümumiyyətlə, heç kanallara çıxmağa vaxt var ki? Nəyə çıxaq, dedi-qoduya? Hələ gözləyirik, görək vəziyyət düzəlsin. Onsuz da efirə çox nadir hallarda çıxırdıq. O qədər söz-söhbətlər və mənfi xəbərlər edirdilər ki, adam efirə çıxmağa qorxurdu. Buna görə də demək olar ki, çox az, nadir hallarda efirdə görünürdüm”.

Müğənni qeyd edib ki, onsuz da hazırda efir əvvəlki qədər aktual deyil:

“Elə məsələlərə fikir verməyin. Qıcıq yaratmaq üçün bu məsələni çıxaranlar aparıcılardır. Otururlar, deyirlər görən nə edək, necə edək ki, başqalarına da bais olaq, problem yaradaq?

İkincisi, hazırda efir o qədər də aktual deyil. Müğənnilərin hamısı öz səhifələri ilə işləyib pulunu qazanırlar. Əksəriyyəti artıq öz sosial şəbəkə hesabları - “Instagram”, “TikTok” və s. digər platformalar vasitəsilə işləyir. Hər kəs də öz yerini tutub, toy-biznesi, banketi, tədbirləri, işi-gücü var. Yəni bu, daha çox aparıcıların mövzusudur ki, götürüb yazıb-pozurlar. Boş verin”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 Mart 2026 18:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri