“Əlixan Səmədovdur sizin məşhur balaban ifaçınız MÜSAHİBƏ
Icma.az, Operativmedia portalına istinadən məlumat verir.
Müsahibə üçün Əlixan bəyə yazanda, düzünü desəm, geri dönüş alacağıma çox da ümidli deyildim. Mesajımda onunla müsahibə etmək istədiyimi və nə vaxt uyğun olacağını soruşdum. O isə belə cavab verdi: “Evimdə, İstanbuldayam. Nə vaxt gəlsəniz, xəbər edin.”
Görüşlə bağlı müəyyən çətinliklər yaşansa da, sonda müsahibəni reallaşdırmağımız mümkün oldu.
Çoxları Əlixan Səmədovu "Sən gəlməz oldun" ifası ilə tanıyır. O, bu mahnını balabanda ifa edərək həm məşhurlaşdırıb, həm də dünya səviyyəsində tanınmasına böyük töhfə verib. Onun ifaları balabanın daha geniş auditoriya tərəfindən sevilməsinə və dəyərləndirilməsinə imkan yaradıb.
Operativ Media Azərbaycanın Xalq artisti, balaban ifaçısı Əlixan Səmədov ilə müsahibəni təqdim edir:
- Musiqiyə marağınız necə başladı? Neçə ildir balabanda ifa edirsiniz?
- Demək olar ki, uşaqlıq illərim musiqi ilə keçib. Hələ məktəb illərimdə o vaxtlar hər kəsin bir xatirə dəftəri olardı. Sinif yoldaşlarımız həmin dəftərlərə xatirə olaraq ürək sözlərini yazardılar. “Böyüyəndə nə olmaq istəyirsən?” sualına mən həmişə “Musiqi müəllimi” deyə cavab verərdim.
Peşəkar musiqiçi olmaq isə demək olar ki, planlı şəkildə baş vermir. Bu yol musiqiyə olan sevgi ilə başlayır. Evə gələn qonaqlar sizdən bir musiqi ifa etməyinizi istəyirsə, deməli artıq dinləyiciləriniz var. Bu maraq evdən başlayıb məktəbdə davam edirsə və zamanla mədəniyyət evlərində, konsert salonlarında və digər məkanlarda dəvətləriniz artmağa başlayırsa, artıq bu sahənin içindəsiniz deməkdir. Əsl peşəkarlıq da məhz bundan sonra başlayır.
- Balabanda ifa etməyin incəliklərini sizə kim öyrədib?
- Mənim balaban üzrə xüsusi bir müəllimim olmayıb. Deyə bilərəm ki, bu, Allah vergisidir.
- Musiqi karyeranızda sizi ən çox qürurlandıran və eyni zamanda həyatınızda dönüş nöqtəsi hesab etdiyiniz xatirələr hansılardır?
- Bir gün Türkiyədə bir sənətçinin albomunda musiqi ifa etmək üçün studiyaya getmişdim. Çantamda hər zaman olduğu kimi nəfəsli musiqi alətlərim, həmçinin nağara, qarmon və s. alətlər vardı. Sənətçi balabanı göstərərək “Aaa, bu düdükdür?” deyə soruşanda ona “Xeyr, bunun adı balabandır” cavabını verdim. O isə “Biz bilmirdik ki, bu alətin nə qədər gözəl səsi var, bəlkə bundan da istifadə edək?” deyəndə, balabanı tanımadıqlarını görüb çox məyus oldum.
Məhz həmin anda başa düşdüm ki, balabanı demək olar ki, heç kim tanımır. Öz-özümə “Balabanı bütün dünyada tanıtmaq mənim borcum olsun” deyə söz verdim. Düşünürəm ki, həyatımın əsl dönüş nöqtəsi də məhz bundan sonra başladı.
Bu məqsədlə balaban haqqında çoxlu araşdırmalar apardım, müxtəlif mənbələrdən fərqli bilgilər topladım. Həmin sənətçinin albomu artıq satışa çıxmışdı və dinləyicilər balabanın səsinə valeh olmaqla yanaşı, plak şirkətləri də mənimlə kaset buraxmaq üçün təkliflər etməyə başladılar.
Nəhayət, 2001-ci ildə “Mega Müzik” firması tərəfindən ilk kasetim işıq üzü gördü. Qısa müddətdə demək olar ki, Türkiyənin bütün şəhərlərində mənim musiqilərim səslənirdi. Küçələrdə gəzərkən addımladığım yerlərdən balabanın səsini eşitdikcə sevincimin həddi-hüdudu olmurdu.
Təsəvvür edin ki, hər kəs sizin musiqinizi dinləyir, amma heç kim sizi tanımır. Hətta elə anlar olurdu ki, tanımadığım insanların mənim haqqımda apardıqları söhbətlərin şahidi olurdum. Hamı məlumat almaq, ifaçını tanımaq istəyirdi, mən isə utandığımdan heç kimə deyə bilmirdim ki, həmin kaset mənimdir. Bunu yalnız məni yaxından tanıyan insanlar bilirdi.
- Bu günə qədər hansı ölkələrdə konsertlər vermisiniz və gələcək planlarınız nələrdir?
- Mən hələ Azərbaycanda Sovetlər Birliyi dağılmamışdan əvvəl APİ-də (Azərbaycan Pedaqoji İnstitutu – sonradan universitet oldu) təhsil aldığım dövrdə, Xoreoqrafiya Uçilişində (indiki Akademiya) fəaliyyət göstərən “İstedad” rəqs kollektivində nəfəsli musiqi alətlərində ifa edirdim. Eyni zamanda Sumqayıt şəhərində fəaliyyət göstərən bir çox ansambllarda məşqlərdə iştirak edirdim.
Xatırladığım qədərilə ilk xarici ölkə səfərim Sumqayıt şəhər Mədəniyyət Şöbəsinin təşəbbüsü ilə Gənclik Klubunun “Karvan” ansamblı ilə birlikdə 1989-cu ildə Almaniyanın Ludwigshafen şəhərinə olmuşdu. Həmin səfərdə mədəniyyətimizi təmsil edərək nəfəsli musiqi alətlərində ifa edirdim.
Şəkildə isə zurna ifa edərkən çəkilmiş bir anım əks olunub:
Daha sonra “İstedad” rəqs ansamblı ilə Fransa, Türkiyə, Gürcüstan və digər ölkələrə səfərlərimiz oldu. Sovetlər Birliyi dağıldıqdan sonra isə Türkiyədən dəvətlər almağa başladım. Demək olar ki, hər il rəqs kollektivləri ilə birlikdə 3–4 ölkədə konsert proqramları ilə çıxış edirdik.
Kasetim işıq üzü gördükdən sonra isə artıq öz ansamblımla Sinqapur, Yaponiya, Polşa, Bolqarıstan, keçmiş Yuqoslaviyanın dağılmasından sonra demək olar ki, bütün şəhərlərində - Makedoniyadan Xorvatiyaya qədər, həmçinin Yunanıstan və İspaniyanın bir çox şəhərlərində konsertlər verdik.
- Musiqiçiliklə yanaşı başqa bir işlə də məşğulsunuzmu? Bildiyim qədəri ilə toylara getmirsiniz, belə olan halda qazancınızı necə əldə edirsiniz?
- Türkiyədə bir çox mədəniyyət evlərində və rəqs kollektivlərində musiqi rəhbəri kimi fəaliyyət göstərmişəm. Eyni zamanda dövlət məktəblərində şahmat dərsləri də verirdim, lakin hazırda buna vaxtım olmur. Əsas gəlirimi isə şəxsi konsertlərimdən aldığım qonorar hesabına əldə edirəm. Toylara çox sayda dəvət alsam da, hər dəvəti qəbul edə bilmirəm.
Bununla belə, bəzi dəvətlər var ki, insanı xüsusilə duyğulandırır. Bir dəfə Qazaxıstana toy dəvəti almışdım. Gəlinin atası mənə dedi ki, qızını mənim musiqilərimlə, balaban səsi ilə böyüdüb və elə o zamandan arzu edib ki, toyunda məni ansamblımla birlikdə görsün. Bu sözləri eşidəndə çox kövrəldim və onun arzusunu gerçəkləşdirmək üçün həmin toya getdim.
Özbəkistana səfərim isə başqa bir hadisə ilə yadda qalıb. Orada çox hörmətli bir şəxsin oğlunun toyu keçiriləcəkmiş. Toya Azərbaycandan sevilən bir iş adamı da dəvətli imiş. Həmin iş adamı toy sahibinə “Sənin üçün bu toyda nə edə bilərəm, hansı hədiyyəni alım?” deyə soruşanda, toy sahibi cavab verir ki, “Əlixan Səmədovu bu toya dəvət et, başqa heç nə istəmirəm.”
“Əlixan Səmədov kimdir?” deyə soruşanda isə toy sahibi avtomobilində mənim kasetimi dinlədirək cavab verir: “Bu, Əlixan Səmədovdur — sizin məşhur balaban ifaçınız.”
Həmin iş adamı məni araşdırıb taparaq zəng etdi. Mən isə əvvəlcə “Toylara getmirəm” deyərək dəvəti qəbul etmədim. Daha sonra ən yaxın dostumu tapıb ondan xahiş etdiyi üçün, dostumun xatirinə həmin toya getdim. İnanın ki, həmin iş adamı (adını çəkmək istəmirəm) mənə bunları deyəndə çox utandığını bildirdi: “Sizi daha əvvəl tanımadığıma görə üzr istəyirəm. Musiqilərinizi çox dinləmişəm, sadəcə adınızı bilmirdim.” O gündən bu günə qədər də dostluğumuz davam edir.
Bu yaxınlarda ailəlikcə çox sevdiyim bir dostumun oğlunun toyuna da dəvətli idim, lakin gedə bilmədim və çox üzüldüm. Bəzən belə hallar da olur. Aprel ayında isə çox hörmət etdiyim bir tanışımın oğlunun toyuna Azərbaycana dəvət almışam. Xeyirlisi ilə…
- Həm də bəstəkarlıqla məşğulsunuz. Nə vaxtdan musiqi bəstələyirsiniz və indiyə qədər neçə bəstəniz var?
Mənə elə gəlir ki, musiqi ilə məşğul olan hər kəs müəyyən mənada öz musiqisini də bəstələyə bilər. Bu günə qədər ifalarımda eşitdiyiniz bir çox musiqinin müəllifi özüməm. Eyni zamanda musiqisi mənə aid olan bütün ifalarım Türkiyədə rəsmi şəkildə qeydiyyatdan keçib. Bəstələdiyim musiqilərlə daha yaxından tanış olmaq üçün bu link vasitəsilə baxa bilərsiniz.
- Müəllim kimi fəaliyyət göstərmisinizmi? Balaban ifasını öyrətmək və gənc ifaçılara dəstək vermək barədə fikirləriniz nələrdir?
- Bəli, balaban ifaçısı kimi yetişdirdiyim bir çox tələbəm var. Bu gün artıq onların da öz tələbələri mövcuddur. Hətta 2011-ci ildə İstanbulda keçirdiyim bir etnik musiqi konsertində iki tələbəm mənimlə birlikdə səhnədə çıxış etmişdi. Gənc ifaçılara bildiklərimi öyrətmək və onların yoluna işıq tutmaq mənim üçün hər zaman böyük qürur mənbəyi olub.
- Xalq çalğı alətlərinə maraq azalıbmı, yoxsa dəyişən formadadır?
- Xalq çalğı alətlərinə maraq, onları sevdirən virtuoz musiqiçilərimizlə yanaşı, televiziya, radio, qəzet və jurnallarda dərc olunan məqalələr, konsertlər, festivallar, toy şənlikləri — bir sözlə, musiqinin səsləndiyi hər məkanda düzgün şəkildə təbliğ olunarsa, heç vaxt azalmaz. Reytinq naminə hər şeyi fəda etmək doğru deyil. Mədəni irsimizi qorumaq isə hər bir azərbaycanlının vətəndaşlıq borcudur.
- Ailənizdə sizin davamçınız olmaq istəyən varmı?
- Musiqiçi olmaq bir qədər istedad və sevgi məsələsidir. Bu iki cəhət olmadıqda hər şey çətinləşir. Mənim fikrimcə, mənim davamçım mütləq ailəmdən çıxmalıdır deyə bir şərt yoxdur. Balabana könül verən, onu sevən kim olursa-olsun, yetər ki, bu sənəti yaşatsın. Əsl davamçılıq da elə budur.
- Yaxın zamanda dinləyiciləri nə ilə sevindirəcəksiniz?
- Demək olar ki, hər ay dünyanın bir çox rəqəmsal platformasında yeni musiqilərim yayımlanır. Təkcə "Spotify" platformasında aylıq 60.000-dən çox dinləyicim var və bu rəqəm hər ay artmaqdadır.
25 dekabr 2025-ci il tarixində azərbaycanlı gənc bəstəkarımız Abuzər Manafzadəyə məxsus “Xocalıya” adlı musiqimiz rəqəmsal platformalarda yayımlandı. Bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr, qazilərimizə isə şəfa diləyirəm.
- Müsahibə üçün təşəkkür edirəm.
- Mən təşəkkür edirəm. Mədəniyyətimizə xidmət edərək belə dəyərli müsahibələrə yer ayırdığınız üçün minnətdaram. Sağ olun.
- Sağ olun.

Baxış sayı:82
Bu xəbər 26 Dekabr 2025 11:36 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları