Əliyar Ağayev Küveytdən qayıda bilmədi, AFFA XİN ə məlumat verdi RƏSMİ
Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Hakimlər Əliyar Ağayevlə Nicat İsmayıllının çətin vəziyyətlə üzləşməsindən xəbərdarsız.
Küveyt kubokunun bir neçə oyununu idarə etmək üçün Azərbaycanı tərk edən ədalət təmsilçiləri Yaxın Şərqdə yaranmış hərbi gərginlik səbəbindən ölkəyə qayıda bilmir. Çünki ABŞ, İsrail və İran arasında yaşanan qarşıdurma bölgədə hava məkanının bağlanmasına səbəb olub. Onlar hazırda Küveytdədi.
Bəs, AFFA bu məsələ ilə bağlı hansısa addım atıbmı? Ədalət təmsilçislərinin ölkəyə gətirilməsi üçün hansı işlər görülür?
Bu suallarla AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Murad Axundova müraciət etdik. Onun “Football-plus.az”a cavabı:
“Əliyar Ağayev baş hakim, Nicat İsmayıllı isə VAR hakimi kimi Küveyt kubokunun oyunlarına təyinat almışdı. Təəssüf ki, hazırda ölkəyə qayıda bilmirlər. AFFA Hakimlər Komitəsi həm Əliyar, həm də Nicat bəylə əlaqədədi. Hakimlər də öz növbəsində ölkəmizin Küveytdəki səfirliyiylə danışır. Bu barədə Xarici İşlər Nazirliyinə də məlumat verilib. Çalışırıq ki, hakimlər sağ-salamat Azərbaycana qayıda bilsinlər”.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:180
Bu xəbər 05 Mart 2026 00:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















