Icma.az
close
up
RU
Əliyev dünyanı xəbərdar etdi Daha böyük müharibə başlaya bilər

Əliyev dünyanı xəbərdar etdi Daha böyük müharibə başlaya bilər

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Ukrayna müharibəsinin necə nəticələnəcəyi hər kəsi düşündürür. ABŞ-Rusiya danışıqları, Vaşinqtonun mövqeyi, Trampın açıqlamaları atəşkəs ehtimalını gündəmə gətirir. Rusiya ilə Ukrayna arasında bu və ya başqa formada atəşkəs əldə olunsa da, daimi olacağı bəlli deyil. Açıq suallar, müəmmalı situasiyalar var.

Təsadüfi deyil ki, Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı məhz bu məsələyə toxunub. Ölkə başçısı açıq sual səsləndirib: Atəşkəs, daha doğrusu, potensial atəşkəs və əgər belə demək olarsa, müvəqqəti atəşkəs dayanıqlı olacaqmı?

Əslində Prezidentin bu sualı acı təcrübə əsasında verilir. Özünün də dediyi kimi, “İki açıq müharibədən keçmiş və onların arasında olan dövrü görmüş ölkə kimi deyə bilərəm ki, atəşkəs heç zaman müharibəni dayandırmır”. Azərbaycanın Rusiya-Ukrayna müharibəsinə yanaşması açıq və dəyişməzdir. Ölkə başçısının da ifadə etdiyi kimi, Azərbaycan hər zaman Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyib. Hətta bir çox ölkədən fərqli olaraq rəsmi Bakı Kiyevə humanitar yardım belə edib.

Prezidentin çıxışından bu qənaətə gəlmək olar ki, o, Ukrayna üçün, geniş mənada isə dünya üçün narahatdır. Təbii ki, Rusiya-Ukrayna müharibəsinin atəşkəs adı altında uzanacağından, perspektivdə yenidən daha şiddətli formada başlaması ehtimalından və bunun regiona mümkün təsirindən xəbərdardır. Bunu çıxışı ilə də təsdiqləyir:

“İki açıq müharibədən keçmiş və onların arasında olan dövrü görmüş ölkə kimi deyə bilərəm ki, atəşkəs heç zaman müharibəni dayandırmır. Heç vaxt. Bizim məsələdə də bu, baş vermədi. Bu, ölkələrə, sadəcə, yenidən qruplaşmaq, səfərbər olunmaq və yenidən başlamaq üçün müvəqqəti fürsətdir”. 

Ukraynada atəşkəs əldə edilsə də, böyük ehtimalla Ermənistan-Azərbaycan atəşkəsində olduğu kimi, tez-tez pozulma halları olacaq. Başlıca səbəbi isə Rusiya və Ukrayna ordularındakı nizam-intizamsızlıqdır.

Aydın məsələdir ki, Rusiya-Ukrayna arasında atəşkəs əldə edilsə də, bu, indiki məqamda müharibənin dayanmasında maraqlı olan qüvvələrə (Aİ  və ABŞ) uyğundur. Yəni ABŞ bugünkü reallıqlara uyğun maraqlarını təmin etdikdən sonra yenidən üzünü Ukraynaya çevirəcək. Bu zaman isə daha dəhşətli müharibənin şahidi ola bilərik.

Prezident İlham Əliyev uzaqgörən, ağıllı lider və siyasətçidir. O, Ukrayna-Rusiya müharibəsinin gələcəyini görür və haqlı olaraq bunu Qarabağ münaqişəsi ilə əsaslandırır. Necə ki Qarabağ müharibəsi 30 ildən artıq atəşkəslə donduruldu və sonda savaşla yekunlaşdı, Rusiya-Ukrayna müharibəsi də belə olacaq. Bunu Prezidentin sözləri də təsdiq edir:

“Əfsuslar olsun ki, müharibələr yekun kapitulyasiya aktı olanda bitir. Bizim Xorvatiyadan olan dostumuz qeyd etdiyi kimi, onlar öz ərazisini azad etdi, sərhədə çıxdı və dayandı. Biz də eyni addımı atdıq. Öz sərhədimizə çıxıb dayandıq. Real dünyada müharibə bu cür bitir”.

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:168
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 10 Aprel 2025 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see407

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see321

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see316

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see232

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see225

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see223

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see222

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see219

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see204

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see198

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see193

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see187

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see187

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see186

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see185

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see181

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see179

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see171

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri