Icma.az
close
up
RU
Heydər Əliyev fenomeni dünyanı dolaşır

Heydər Əliyev fenomeni dünyanı dolaşır

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Adını hər zaman sevgi və qürurla çəkdiyimiz, əziz xatirəsini ehtiramla andığımız ən böyük azərbaycanlı Heydər Əliyev Azərbaycanı dünyada tanıtdığı kimi, dünya da dahi şəxsiyyətin tarix və zaman qarşısında danılmaz xidmətlərindən xəbərdardır. Bu gün Azərbaycanda olduğu kimi, dünyanın bir çox ölkələrində müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş anım mərasimləri keçirilir. Vəfat etməsinin 21-ci ildönümü ilə bağlı təşkil edilən tədbirlərdə Heydər Əliyevin xalqının layiqli övladı olduğu qeyd olunur, onun millət və dövlət qarşısında ölçüyəgəlməz xidmətləri yada salınır, xatirəsi dərin hüzn və ehtiramla anılır.

Ankara

Türkiyənin paytaxtı Ankarada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsi ehtiamla anılıb. Bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib. Qeyd olunur ki, səfirliyin əməkdaşları Heydər Əliyev Parkında Ulu öndərin abidəsi önünə gül dəstələri qoymuşlar. Onlara TANAP və “SOCAR Türkiye”nin əməkdaşları, Ankaradakı Heydər Əliyev adına orta məktəbin müəllim və şagirdləri, eləcə də Türkiyədə yaşayan azərbaycanlılar qoşulublar. Anım mərasimində çıxış edənlər Ümummilli liderin Türk dünyasının dahi şəxsiyyətlərindən biri olduğu, onun iki dövlətin və bir millətin yan-yana addımlaması üçün göstərdiyi xidmətləri yada salınmış, ruhuna dualar oxunmuşdur.    

İqdır

“Heydər Əliyev Türk dünyası tarixində ən görkəmli şəxsiyyətlərdən biridir. Azərbaycan xalqının dahi oğlu təkcə doğma Azərbaycanın deyil, dünyanın bir çox xalqlarının yaddaşında dərin iz qoyub. Mən fəxr edirəm ki, belə bir görkəmli şəxsiyyətlə şəxsən tanış olmuşam”. Bunu Türkiyə–Azərbaycan Dostluq Cəmiyyətləri Federasiyasının rəhbəri, İqdırdakı “Azərbaycan Evi”nin rəhbəri Serdar Ünsal bildirib. O, ümummilli lider Heydər Əliyevlə hələ ermənilərin Naxçıvana silahlı basqınlarının qarşısının alındığı dövrdə dəfələrlə görüşdüyünü qeyd edib. “Heydər Əliyev müasir Azərbaycanın sarsılmaz bünövrəsini yaradan liderdir. Onun siyasi kursu sayəsində Azərbaycan sabit və uğurla inkişaf edən dövlətə, regionun parlaq ulduzuna çevrilib”, – deyə federasiya rəhbəri vurğulayıb.

Serdar Ünsal çıxışında onu da nəzərə çatdırıb ki, Ulu öndərin siyasi kursu onun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. “Prezident İlham Əliyev Azərbaycan dövlətçiliyinin memarının ən böyük arzusunu həyata keçirib – Qarabağı Ermənistan işğalından azad edib. Dahi dövlət xadiminin vəfatının 21-ci ildönümündə Azərbaycan dövlətçiliyinin xilaskarının xatirəsini dərin ehtiram və məhəbbətlə yad edirəm” – deyə S.Ünsal bildirib.

Təbriz

Azərbaycanın İranın Təbriz şəhərindəki Baş konsulluğunda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş mərasim keçirilib. Əvvəlcə tədbir iştirakçıları dünyamiqyaslı dahi siyasətçinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra çıxış edən baş konsul Əliyənnağı Hüseynov qeyd edib ki, Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları Ulu öndər, görkəmli siyasi xadim Heydər Əliyevin xatirəsini daim əziz tuturlar. Çünki o, xalqın ən çətin günlərində qüdrətli lider olaraq ortaya çıxıb və özünün xilaskarlıq missiyası ilə insanları birləşdirdi. Azərbaycan xalqı məhz belə bir güclü şəxsiyyət, dahi siyasətçi və görkəmli dövlət xadimi olan Heydər Əliyevin ətrafında sıx birləşdi, mürəkkəb şəraitdə nicat yolunu tapa bildi.

Diplomat çıxışında onu da qeyd edib ki, Ulu öndərin müdrik siyasətini bu gün Prezident İlham Əliyev uğurla davam etdirir. Azərbaycanla İran arasında həyata keçirilən kommunikasiya layihələri təkcə iki qonşu ölkənin deyil, bütün Avrasiya məkanının maraqlarına uyğundur. Mərasimin sonunda “Tarixin izi ilə” sənədli filmi nümayiş etdirilib və fotoşəkillərdən ibarət sərgi açılıb.

Kiyev

Ukraynanın paytaxtı Kiyev şəhərində Heydər Əliyevin adını daşıyan parkda yerləşən abidənin önündə Azərbaycanın Ümummilli liderinin vəfatının 21-ci ildönümü münasibətilə anım mərasimi keçirilib. Mərasimdə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev, səfirliyin əməkdaşları, eləcə də Demokratiya və İqtisadi İnkişaf uğrunda Təşkilat (GUAM), “SOCAR Energy Ukraine” şirkətinin kollektivi, Türkiyənin Ukraynadakı səfirliyinin diplomatları iştirak ediblər.

Səfirliyin Heydər Əliyev zalında davam edən anım mərasimində səfir S.Mərdəliyev Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişaf etdirilməsində göstərdiyi misilsiz xidmətlərindən danışıb.

Bildirib ki, Ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi illər Azərbaycanın taleyinin və gələcəyinin təyin olunmasında olduqca önəmli və həlledici rol oynayıb. “Heydər Əliyevin bizə qoyub getdiyi güclü Azərbaycan bu gün onun layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu, düşünülmüş siyasəti nəticəsində daha da güclənir, dünyada söz sahibinə çevrilir. Məhz ona görə də, müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu ərazilərimizi işğaldan azad edib”, – deyə S.Mərdəliyev vurğulayıb.

Mərasimdə çıxış edən GUAM-ın Baş katibi Altay Əfəndiyev, “SOCAR Energy Ukraine” şirkətinin baş direktoru Elçin Məmmədov Ulu öndərin Azərbaycan xalqı qarşısında xidmətlərindən, dövlətçilik ənənələrinin formalaşmasında rolundan danışıblar.

Saloniki

Yunanıstanın Saloniki şəhərində Heydər Əliyevin xatirəsinə həsr olunmuş sərginin açılışı olub. Bu barədə Azərbaycanın Afinadakı səfirliyinin sosial şəbəkə hesabında bildirilib.

Məlumatda qeyd olunur ki, səfirlik Saloniki şəhərində “Qala” Yunanıstan – Azərbaycan Dostluq Cəmiyyəti ilə birgə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ərsəyə gələn ümummilli lider Heydər Əliyevin anım mərasimini keçirib, Ulu öndərə həsr olunan fotosərginin açılışını edib”.

Açılışda itirak edənlər Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin Vətən və dövlət qarşısında xidmətlərindən danışıb, dahi şəxsiyyətin xatirəsinə ehtiramlarını ifadə ediblər.  

Zaqreb

Azərbaycanın Xorvatiyadakı səfirliyi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini yad etmək məqsədilə tədbir keçirib. Bu barədə səfir Anar İmanov sosial şəbəkədə bildirib. Onun sözlərinə görə, mərasim iştirakçılarına Azərbaycanın ümummilli lideri Heydər Əliyevin inkişaf edən, firavan və müstəqil Azərbaycanın yaradılmasında həlledici rolu barədə ətraflı məlumat verilib.

Səfir A.İmanov paylaşımında daha sonra qeyd edib ki, anım mərasimində istedadlı Azərbaycan musiqiçiləri Fərid Feyzullayev və Jalə Feyzullayevanın tanınmış Azərbaycan və xarici bəstəkarların əsərlərindən ibarət ifaları tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.

Hazırladı:  
İmran BƏDİRXANLI 
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Dekabr 2024 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ramil Şeydayev Rusiya klubunda

23 Avqust 2026 01:44see295

İran ABŞ ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb

23 Avqust 2026 01:52see282

Beyləqan sakini bank əməkdaşı tərəfindən dələduzluğa məruz qaldığını iddia edir VİDEO

22 Avqust 2026 23:59see264

Zelenski Azərbaycan əsilli hərbçiləri təltif etdi

23 Avqust 2026 01:51see263

Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: Əgər...

23 Avqust 2026 03:07see246

Olduqca gərgin və maraqlı oyunun şahidi olduq Rəşad Sadıqov

23 Avqust 2026 01:08see207

Tramp administrasından Kanadaya gözlənilməz tələb Karni AÇIQLADI

23 Avqust 2026 02:53see205

Çelsi nin futbolçusu Premyer Liqa klubunun hədəfində

23 Avqust 2026 18:45see202

Bərdədə zəncirvari qəza 4 nəfər xəsarət aldı+Fotolar

22 Avqust 2026 22:11see197

“Trampın İrana hücum etməklə nümayiş etdirdiyi axmaqlıq bütün ölkələrin nüvə silahına sahib olmaq həvəsini artırdı...“

23 Avqust 2026 08:19see178

Dam örtükləri seçərkən ən çox edilən 6 səhv

24 Avqust 2026 13:10see171

Efiopiyanın Baş naziri Sahibə Qafarova ilə ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə edib

23 Avqust 2026 01:59see170

La Liqa klubunda yeni bombardir

23 Avqust 2026 00:51see168

A Seriyası: Milan səfərdən 3 xalla dönür

24 Avqust 2026 01:58see167

Tramp HƏMAS ın tam tərksilahına dair razılaşmanın əldə olunduğunu bəyan etdi

23 Avqust 2026 16:15see164

Trabzonspor Fabinyonu istəyir

23 Avqust 2026 16:17see159

Bu Avropa şəhərində günəş iki ay batmır: Harada yerləşir? (FOTO/VİDEO)

23 Avqust 2026 21:15see156

Biz Türkiyə ilə eskalasiyada maraqlı deyilik İsrailli nazirdən AÇIQLAMA

23 Avqust 2026 01:04see156

İrandan Hörmüzlə bağlı YENİ QƏRAR gəmilərdən rüsum tutulacaq

24 Avqust 2026 01:20see152

A Seriyası: Nəhənglər səfərdə sevindi

24 Avqust 2026 00:48see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri