Icma.az
close
up
RU
Əliyev Makron görüşündə ilginc detal: Bakı əsas silah ından imtina edir?

Əliyev Makron görüşündə ilginc detal: Bakı əsas silah ından imtina edir?

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Prezident İlham Əliyevin Misirin Şarm əl-Şeyx şəhərində Qəzza ilə bağlı keçirilən Sülh Sammiti çərçivəsində fransalı həmkarı Emmanuel Makronla ayaqüstü görüşü beynəlxalq siyasi arenada maraqla izlənildi.

Makronun İlham Əliyevə yaxınlaşması və liderlərin səmimi dialoqu xüsusi diqqət çəkdi. Həmçinin son zamanlarda Fransa və Azərbaycan arasında gərginliyin səngidiyi müşahidə edilir. Analitiklərin fikrincə, Rusiya ilə problemlərin həlli və münasibətlərin normallaşmasından sonra Paris-Bakı əlaqələri də yoluna düşəcək.

Maraqlıdır, bu, baş verərsə, Bakı Təşəbbüs Qrupunun fəaliyyətində dəyişiklik ola bilərmi? Beləliklə paytaxtdakı Fransız Liseyinin təkrar fəaliyyətə başlaması mümkündürmü?

Globalinfo.az-a danışan politoloq Fərhad Məmmədov deyib ki, Azərbaycan–Fransa münasibətləri vaxtilə pisləşmişdi və bu, rəsmi Parisin təşəbbüsü ilə baş vermişdi:

“Azərbaycan isə sadəcə cavab addımları atdı. Məsələ təkcə Ermənistanla bağlı deyildi, artıq ikitərəfli münasibətlərdə yaranan neqativliklə əlaqəli idi. Görünən odur ki, ABŞ-da Bakı və İrəvan arasında razılaşma əldə edildikdən sonra Qərbdə Vaşinqtonun müttəfiqləri Azərbaycanla münasibətlərə yenidən baxmalı olublar. Bakı ilə münasibətləri gərgin olan ölkələr vəziyyəti normallaşdırmaq istəyirlər. Məsələn,  Niderlandla da əlaqələr pis idi. Lakin Kopenhagendə Niderlandın baş naziri ilə Azərbaycan Prezidenti görüşdü. Yeri gəlmişkən, Şarm əl-Şeyxdə tərəflər yenidən bir araya gəldi.

Sırada Belçika və Lüksemburq var. Bununla belə, Bakı ilə ən çox münasibəti korlanan ölkə Belçika idi.

Makron artıq hər sammitdə Azərbaycan Prezidentinə yaxınlaşır. Kopenhagendə keçirilən görüşdə də belə olmuşdu. Fransa həm Avropa İttifaqının (Aİ), həm də dövlət maraqlarını Cənubi Qafqazda təmin etmək üçün bu addımları atır. Azərbaycan da münasibətlərin normallaşmasında maraqlıdır. Yəni bu, birtərəfli proses deyil”.


Fərhad Məmmədov

Politoloq Bakı Təşəbbüs Qrupunun fəaliyyətinə də toxunub:

“Bakı Təşəbbüs Qrupu və bu kimi institutların fəaliyyətinin dayanacağına inanmıram. Çünki Fransada da Azərbaycana qarşı institusional fəaliyyət aparılmışdı.

Məsələn, Fransa parlamenti Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan qətnamələr qəbul etmişdi. Hansı ki, onların bir çoxu hələ də ləğv edilməyib.

Bunu etmək çox çətindir. Çünki sözügedən qətnamələr böyük səs çoxluğu ilə qəbul edilib. Belə olan halda, elə bir ölkəyə qarşı əldə olan vasitələr qorunub saxlanılacaq. Ümumiyyətlə, bu məsələ Fransanın təşəbbüsü ilə başlayıb”.

Turan Rzayev
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 14 Oktyabr 2025 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see367

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see281

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see279

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see275

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see275

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see269

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see267

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see249

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see245

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see240

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see240

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see237

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see232

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see218

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see212

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see212

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see209

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see191

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see182

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri