Icma.az
close
up
RU
Əliyevin addımı Trampı sevindirdi, yeni təklif verildi Azərbaycanın taleyini dəyişən QƏRAR

Əliyevin addımı Trampı sevindirdi, yeni təklif verildi Azərbaycanın taleyini dəyişən QƏRAR

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Prezident İlham Əliyev yanvarın 22-də ABŞ Prezidenti Donald Trampla görüşüb. Davosta belə bir görüşün baş tutması gözlənilən idi.

Məsələ ondadır ki, Azərbaycanla ABŞ arasında gözlə görünən bir yaxınlıq var. Ən önəmlisi isə Vaşinqtonun bəzi regional və qlobal maraqlarında Bakını etibarlı tərəfdaş hesab etməsidir. Hər şeydən öncə bu görüş Cənubi Qafqazda sülhün davamlılığının təmin olunması və Azərbaycanın beynəlxalq prestijinin artırılması baxımından strateji əhəmiyyət kəsb edir. Trampın görüş zamanı ötən ilin avqustunda Vaşinqtonda əldə edilmiş razılaşmaları vurğulaması da təsadüfi xarakter daşımır.

Heç kəsə sirr deyil ki, Vaşinqton görüşü, eyni zamanda burada əldə edilən razılıqlar Cənubi Qafqazın təhlükəsizliyi və Ermənistan-Azərbaycan münasibətlərinin həllində mühüm yenilik oldu. Sülh sazişinin paraflanması, o cümlədən TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsi kimi regional infrastruktur təşəbbüslərinə dair razılığın əldə edilməsi tarixi hadisələr idi. Azərbaycan Prezidenti də qeyd edib ki, artıq regionda sülhün mövcud olması təkcə siyasi deyil, həm də iqtisadi təsirlərlə özünü göstərir. Azərbaycanın Ermənistanla neft məhsullarının ixracı və taxılın daşınması kimi konkret ticarət əlaqələrinin formalaşması, sülhün praktik nəticələrinə işarədir. Bu, həm də Zəngəzur dəhlizinin nə qədər strateji olduğunu göstərir.

Bütün bunlar Donald Trampın həm şəxsi karyerasında, həm də ABŞ-ın xarici siyasətində mühüm dividendlər gətirdi. Xüsusilə Azərbaycanın sülhə meyilliliyi, qalib tərəf olmasına baxmayaraq konstruktiv və praqmatik mövqedən uzaqlaşmaması, Trampın nəzdində Bakını məqbul tərəfdaş edir. Prezident İlham Əliyevin sərgilədiyi mövqe də şəxsi müstəvidə Ağ Ev rəhbəri ilə münasibətləri çərçivəsində xüsusi əhəmiyyətə malikdir.

Söhbət əsnasında Sülh Şurasının önəminin vurğulanması, Azərbaycanın bu quruma təsisçi üzv kimi dəvət olunması isə həm prestij, həm də strateji baxımdan əhəmiyyətlidir. Azərbaycan ABŞ Prezidenti Donald Trampın Qəzzanın yenidən bərpası və idarə olunması ilə bağlı təsis etdiyi Sülh Şurasına təsisçi üzv olmaq təklifini qəbul edib. Bakı üçün əsas məqam prosesin mahiyyətidir. Azərbaycan bu təşəbbüsü hərbi və ya blok xarakterli qurum kimi deyil, məhz Qəzzanın yenidən bərpası və idarə olunmasına yönəlmiş mexanizm kimi dəyərləndirərək qəbul edib. Lakin Bakı Vaşinqtonla strateji tərəfdaşlığın dərinləşməsində də maraqlıdır.

Liderlərin ikitərəfli əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi, qarşılıqlı səfərlərin və diplomatik təmasların davamlılığının vacibliyinin vurğulanması Vaşinqtonun da Bakı ilə əməkdaşlıqda maraqlı olduğunu deməyə əsas verir.

Ümumilikdə, görüş Azərbaycanın beynəlxalq səhnədəki statusunu artırmaqla yanaşı, regiondakı sülh proseslərinin daha dayanıqlı və institusional əsaslarla aparılması üçün əlverişli şərait yaradır. Bu, həm də ABŞ-la strateji tərəfdaşlıq çərçivəsində gələcək layihələrin və təşəbbüslərin reallaşdırılmasına zəmin hazırlayır.


Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:58
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 23 Yanvar 2026 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see234

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see220

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see211

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see202

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see195

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see188

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see186

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see174

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see172

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see169

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see159

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see157

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see151

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see148

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri