Icma.az
close
up
RU
Əliyevin Almaniya səfərinə Rusiyadan ağlasığmaz reaksiya

Əliyevin Almaniya səfərinə Rusiyadan ağlasığmaz reaksiya

Icma.az bildirir, Axar.az portalına istinadən.

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfərinə Rusiya mediasında inanılmayacaq səviyyədə qəribə, öz adı ilə desək, qeyri-siyasi, qeyri-diplomatik və primitiv reaksiya verilib.

Axar.az xəbər verir ki, Kremlə bağlı olan və Kremldən gələn siyasi direktivlərlə fəaliyyət göstərən “Lenta.ru” portalı Dövlət Dumasının hakim Vahid Rusiya Partiyasından olan deputatı Aleksandr Tolmaçevin fikirlərini işıqlandırıb.

Gənc deputat Tolmaçev isə öz düşüncəsinə uyğun davranıb, Azərbaycanın “Ermənistanın yolunu tutmaq niyyətində olduğunu” uydurub:

“Bakı İrəvanın yolunu tutmaq niyyətindədir. Qeyd etmək istərdim ki, Rusiyadan uzaqlaşmaq və Avropaya yaxınlaşmaq heç vaxt heç kimə uğur gətirməyib. Əksinə, təcrübənin göstərdiyi kimi, belə bir qərar iqtisadi və siyasi problemlərə səbəb olur. Ermənistan artıq Rusiya ilə etibarlı, güclü və perspektivli əlaqələrin kəsilməsindən yaranan çətinliklərlə üzləşir”.

Qəribədir ki, Vahid Rusiyanın 33 yaşlı deputatlıq verilən gənci bununla kifayətlənməyib, Azərbaycanı hədələməyə davam edib, “Təəssüf ki, Azərbaycan Ukrayna və Ermənistanın səhvlərindən dərs çıxarmır” sözləri ilə normal siyasətçiyə utanc gətirən açıqlamalarına davam edib:

“Avropa ölkələri ilə tərəfdaşlıq pis bir şey deyil, lakin problem ondadır ki, "yeni dostlar" Rusiya ilə əlaqələri kəsməyi əsas şərt kimi qəbul edirlər. Və bu, təkcə iqtisadi aspektlə deyil, həm də mədəni, mənəvi və tarixi aspektlə bağlıdır. Ölkə ortaq keçmişindən və Rusiya ilə məhsuldar gələcəkdən imtina etməyə məcbur edilir. Bunun müqabilində onlar qısa müddətə "Avropa ağası"ndan lütf və başlarına sığal alırlar. Və sonra əsl oyun başlayır: qonşu ölkəni Moskva ilə əməkdaşlıqdan məhrum edərək, onu müdafiəsiz və dəstəksiz qoyan avropalılar onu şahmat fiquru kimi yeyirlər”.

Bu gəncin, deyəsən, ümumiyyətlə, şahmat haqda təsəvvürü yoxdur və siyasətdə şahmat terminlərindən istifadə anlayışına da malik deyil. Məsələ ondadır ki, normal, səviyyəli, ən azı, 2 kitab vərəqləmiş siyasətçi şahmatla müqayisədə hansısa fiquru “qurban verirlər” ifadəsini işlədir. Ancaq Kremlin irəli verdiyi və “Lenta.ru”nun fikrinə istinad etdiyi bu gənc şahmat fiqurunun yeməli olduğu düşüncəsinə malikdir və belə görünür ki, onun beynində ancaq yeməkdir.

Tolmaçev ola bilsin ki, Azərbaycan müstəqil siyasət yürütdüyünü, heç bir ölkədən ianə almadığını, əksinə, yardımedən olduğunu təsəvvür etmir, zatən “şahmat fiquru yeyən” beyindən fərqli nəsə gözləmək mümkün deyil. Ancaq “Lenta.ru” və kuratorları ən azı bilirlər ki:

1. Azərbaycan öz dövlət maraqlarına uyğun siyasət yeridir və “başına sığal çəkilən” yox, “başa sığal çəkməyi” və yeri gələndə kimlərəsə yal atmağı bacaran ölkədir;

2. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov elə dünən Moskvada idi və yüksəksəviyyəli görüşlər keçirdi;

3. Prezident İlham Əliyev Almaniya və Rusiya nümayəndələrinin Bakıda gizli görüş keçirdiyini Berlində ifadə etməklə, Azərbaycanın netrallığına, tərəfsizliyinə və həm də təhlükəsiz ölkə olmasına məxsusi bir diqqət çəkdi. Azərbaycan elə bir təhlükəsiz ölkədir ki, Rusiya və Almaniya nümayəndələri rəhbərliyə xəbər etmədən, təhlükəsizlik tədbirlərinin görülməsini istəmədən rahat şəkildə Bakıya gəlib, burda görüşə və danışıqlar apara bilirlər. İlham Əliyev isə bu danışıqların sülh yaradacağı təqdirdə onları alqışlamağa hazır olduğunu bildirir;

Azərbaycanın bu dürüst, səmimi, açıq, müstəqil siyasəti qarşısına Tolmaçevi çıxaran Kremldə, deyəsən, doğrudan “panik-atak” düşüncəsi hakimdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://axar.az
archiveBu xəbər 21 İyul 2026 20:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri