Xanımı və 4 aylıq körpəsi qəzaya düşdü
Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
Türkiyəli tanınmış aktyor Feyyaz Şerifoğlunun həyat yoldaşı, xəbər aparıcısı Merve Dinçkol Şerifoğlu, 4 aylıq qızı Defne Yaz və dayəsinin olduğu avtomobil qəzaya düşüb.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, onların içərisində olduğu minik avtomobilinə arxadan gələn yük maşını çırpılıb.
Zərbənin təsirindən avtomobilə ciddi ziyan dəysə də, təhlükəsizlik kəmərlərinin taxılı olması mümkün faciənin qarşısını alıb. Hər 3 şəxs yüngül xəsarət alıb. Onlar xəstəxanada müayinə olunduqdan sonra evə buraxılıblar.
Hadisə zamanı Rizedə olan F. Şerifoğlu isə xəbəri eşidən kimi dərhal İstanbula qayıdıb.
Qeyd edək ki, Feyyaz Şerifoğlu və Merve Dinçkol ötən ilin iyununda ailə qurublar. Cütlüyün ilk övladı Defne Yaz isə bu ilin iyul ayında dünyaya gəlib.


Baxış sayı:81
Bu xəbər 23 Noyabr 2026 13:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















