Bəqai: İrəvanın zəmanətlərinə güvənmirik
Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İran Ermənistan tərəfinin Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu (TRIPP) layihəsinin həyata keçirilməsi ilə bağlı verdiyi zəmanətlərə etibar etmək niyyətində deyil və onun irəliləyişini yaxından izləməyə davam edəcək.
"Yeni Sabah" Mehr-ə istinadla xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Bəqai bildirib.
O qeyd edib: "Biz digər tərəflərin vədləri və zəmanətləri ilə də kifayətlənməyəcəyik. Əvvəla, bu məsələ təkcə Xarici İşlər Nazirliyinə aid deyil,, milli əhəmiyyət kəsb edən məsələdir və ölkədəki bütün müvafiq qurumlar vəziyyəti yaxından izləyir və lazım olduqda lazımi tədbirləri görəcəklər". Bakıda online alış-veriş
XİN sözçüsü bildirib ki, Tehranın fundamental mövqeyi dəyişməz olaraq qalır. İran Cənubi Qafqazda iqtisadi əlaqələrin inkişafını və nəqliyyat əlaqələrinin açılmasını dəstəkləyir, lakin qonşu və regional dövlətlərin maraqlarını nəzərə almağı və regionun geosiyasi konfiqurasiyasında dəyişikliklərin qarşısını almağı vacib hesab edir.
Bəqainin sözlərinə görə, mövcudluğu regional təhlükəsizliyə təhdid yarada, vəziyyəti qeyri-sabitləşdirə və İranla region dövlətləri arasında mehriban qonşuluq münasibətlərinə mənfi təsir göstərə biləcək üçüncü ölkələrin və qüvvələrin müdaxiləsinin qarşısını almaq xüsusi əhəmiyyət kəsb edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 23 Noyabr 2026 13:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















