Icma.az
close
up
RU
Əliyevin mesajı: Trampın haqq hesabı…

Əliyevin mesajı: Trampın haqq hesabı…

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Trampın ABŞ-də yenidən hakimiyyətə dönüşü ilə Qərb ölkələrinin liderlərində ciddi narahatlıq hər ötən gün artmaqdadır. Avropa liderləri Trampın siyasi, iqtisadi və müdafiə-təhlükəsizlik sahəsində yürütdüyü siyasətlə bağlı narahatlıqlarını və narazılıqlarını da açıq şəkildə dilə gətirməkdədirlər.  

Avropa ölkələri özləri də Rusiya-Ukrayna müharibəsində atəşkəsin əldə olunmasının tərəfdarı olsa da, Trampın Putinlə danışığınıdan narahat və narazıdırlar. Çünki Rusiya-Ukrayna münaqişəsinin tənzimlənməsində Ağ Evin yeni administrasiyası ilə Avropa İttifaqının (Aİ) fərqli yanaşması mövcuddur.  Bu narahatlıq təkcə, Ukrayna məsələsi ilə bağlı deyil, həm də avropalı liderlərin Trampla olan münasibətindədir. 

Bunun səbəblərini isə Azərbaycan Prezidenti İlham Əliyev hələ bir müddət əvvəl Davosda Çinin CGTN telekanalına verdiyi müsahibəsində detallı şəkildə açıqlayıb. 

İlk növbədə Prezident İlham Əliyev Trampın yürüdəcəyi siyasətdən narahat olmadığını və Azərbaycanın özünü rahat hiss etdiyini bəyan edib: “Azərbaycana gəlincə, bizdə heç bir qeyri-müəyyənlik yoxdur”.

Əksinə, ölkə başçısı qeyd edib ki, son 4 ildə Bayden administrasiyasının Azərbaycana ədalətsiz və qərəzli yanaşması əlaqələrin korlanmasına xidmət edib. 

Tramp hakimiyyəti dövründə ABŞ-Azərbaycan münasibətlərinə gəldikdə Prezident İlham Əliyev deyib ki,  Trampla birgə işləmək üçün müsbət təcrübəmiz mövcuddur: “Biz gözləyirik ki, ABŞ-Azərbaycan münasibətlərində itirilmiş illər hesab etdiyimiz bu 4 il artıq tarixə qovuşacaq və biz yenidən başlayacağıq. Biz əminik və nikbin fikirdəyik”.

Azərbaycan Prezidenti əlavə edib ki, bu fikirləri Avropa lideri haqqında demək mümkün deyil və bunun da əsaslı səbəbləri var. Bu səbəbdən də Avropa liderləri arasında ciddi qeyri-müəyyənlik və ciddi narahatlıq var. “Səbəbi isə çox sadədir. Biz hamımız onların bəzilərinin son 4 ildə cənab Tramp prezident olmadığı dövrdə ona necə münasibət göstərdiyini bilirik. Hamımız onların əksəriyyətinin budəfəki prezident seçkilərində kimi dəstəklədiyini bilirik. Əgər biz bunu biliriksə, sözsüz ki, Prezident Tramp bunu daha yaxşı bilir. Artıq mən deyərdim, ilk diskvalifikasiya var. 

Bu, ona görə baş verdi ki, bəzi Qərb liderləri Prezident Trampa qarşı çox ədalətsiz idilər və sözsüz ki, onlar narahatdırlar, indi onların buna görə cavabdeh olmasının vaxtı gəlib çatıb. Bu, mənim fikrimdir”, - Prezident İlham Əliyev qeyd edib. 

Bu isə o deməkdir ki, Tramp Avropa liderlərindən ABŞ-dəki seçkilər zamanı sərgilədiyi mövqeyə görə, haqq-hesab soracaq. Haqq-hesab zamanı isə artıq gəlib çatıb.

Trampın müttəfiqləri ilə Ukrayna məsələsini müzakirə etmədən və müharibənin həlli ilə bağlı ortaya aydın konsepsiya qoymadan Putinlə danışığa getməsini bu qəbildən hesab etmək olar. 

Trampın bu addımı Avropa liderləri arasında təlaşa səbəb olub.  

Narahatlıq doğuran digər məqam isə Avropa İttifaqının (Aİ) Rusiya-Ukrayna müharibəsinin tənzimləməsi istiqamətində aparılan danışıqlarda hansı statusda çıxış etməsi ilə bağlıdır. Ona görə də Brüssel Moskva ilə danışıqlarda bərabərhüquqlu statusda çıxış etməkdə israr edir. Brüssel danışıqlarda ikinci dərəcəli çıxış etməsini Moskvanın Ukrayna üzərində qələbəsi və növbəti mərhələdə Avropa üçün ciddi təhlükə mənbəyi kimi dəyərləndirir. Belə hesab edirlər ki, münaqişə atəşkəs adı altında uzun müddətə dondurulacaq və bu da Avropa üzərində bir “Domokl qılıncı” rolunu oynayacaq.    

Növbəti bir məqam isə Qərbin təhlükəsizlik sisteminə ciddi təhdid mənbəyi olan Rusiya ilə konkret tədbirlər planı olmadan Putinlə danışığa gedilməsidir. Brüssel hesab edir ki, bu cür danışıqlar daha çox Kremlin xeyrinədir.

Tramp Avropa liderləri ilə kəskin münasibət fonunda üzərinə götürdüyü missiyanı nə qədər effektiv irəli apara biləcək ya yox, demək çətindir. Amma görünən odur ki, Avropa liderləri ilə təmasdan bacardıqca yayınmaqdadır.

Mürtəza
Ölkə.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://olke.az
archiveBu xəbər 13 Fevral 2025 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see463

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see368

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see357

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see356

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see332

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see327

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see284

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see266

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see262

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see248

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see242

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see238

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see236

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see234

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see226

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see221

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see217

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see209

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see197

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri