Icma.az
close
up
RU
Əliyevin Qazaxıstana səfəri: diqqət çəkən məqamlar və bölgənin gələcəyinə hesablanmış addımlar TƏHLİL

Əliyevin Qazaxıstana səfəri: diqqət çəkən məqamlar və bölgənin gələcəyinə hesablanmış addımlar TƏHLİL

Icma.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.

Prezident İlham Əliyevin Qazaxıstana səfəri bir çox baxımdan diqqət çəkdi.

Burada əsas məqam dövlət başçısının Qazaxıstanda xüsusi hörmət və ehtiramla qarşılanmasıdır. Səfərin rəsmi və qeyri-rəsmi məqamlarında Qazaxıstan tərəfinin nümayiş etdirdiyi diqqət əslində, regionda Azərbaycanın mövqeyinin hansı mərhələyə çatdığını göstərən əlamətdar siqnallar idi.

Məsələ təkcə rəsmi protokol çərçivəsi ilə yekunlaşmır. Beynəlxalq hava limanında fəxri qarovulun düzülməsi və Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin Azərbaycan liderini şəxsən qarşılaması sadəcə diplomatik nəzakət deyil, eyni zamanda tərəfdaşlıq münasibətlərinin səmimiliyini göstərən mühüm detallardır.

Tokayevin Azərbaycan Prezidentinə qazax milli geyimi təqdim etməsi isə mədəni diplomatiyanın bir parçası kimi qəbul olunmalıdır. Bu addım rəsmi münasibətlərdən kənara çıxaraq, xalqlar arasında mənəvi bağların gücləndirilməsinə yönəlmiş jest kimi şərh edilə bilər. Geyim kimi simvolik bir hədiyyə vasitəsilə edilən hörmət, əslində, İlham Əliyevin Qazaxıstan tərəfindən təkcə siyasi lider deyil, həm də dost ölkənin nümayəndəsi kimi qəbul edildiyini göstərir.

Səfər zamanı ifa olunan musiqi parçaları da digər mühüm detal idi. “Tut ağacı” və xüsusilə Ümummilli Lider Heydər Əliyevin sevdiyi “Alagöz” mahnısının səsləndirilməsi, Azərbaycan siyasi tarixinin və lider ənənəsinin Qazaxıstanda necə yüksək səviyyədə dəyərləndirildiyini nümayiş etdirir. Burada bir tərəfdən İlham Əliyevə şəxsən hörmət göstərilir, digər tərəfdən isə Heydər Əliyev irsinə ehtiram ifadə edilir. Bu isə münasibətlərin təkcə indiki dövrə deyil, köklərə əsaslandığına işarədir.

Qazaxıstanın göstərdiyi bu ehtiramın arxasında, şübhəsiz, geosiyasi reallıqlar da dayanır. Yeri gəlmişkən, səfərin Qazaxıstan və Azərbaycan arasında strateji tərəfdaşlıq və müttəfiqlik haqqında müqavilənin 20 illiyinə təsadüf etməsi də xüsusi bir məqam idi. Bu zamanlamanın özü diplomatik olaraq iki ölkənin əlaqələrinin sabit və planlı inkişafının simvolikasıdır. Birgə mətbuat konfransında da bu aktın dəfələrlə vurğulanması onun nə qədər mühüm qəbul edildiyini göstərir. Bundan əlavə, Prezident Əliyevin səfəri Azərbaycan-Ermənistan münasibətlərində yeni mərhələnin başlandığı bir dövrə təsadüf edir. Əliyev Ermənistanla əldə olunan razılaşmaları artıq real addımlarla təqdim edir. Məsələn, Qazaxıstandan Ermənistana gedən taxıl yükünün Azərbaycanın ərazisindən tranzitlə keçməsinə icazə verilməsi praktik sülhün göstəricisidir. Bu, həm də ölkəmizin bölgədə etibarlı oyunçu və regional əməkdaşlıq təşəbbüskarlarından biri olduğunu göstərir.

Tokayev və Əliyevin bəyanatlarında iqtisadi əməkdaşlıq məsələləri geniş yer tutdu. Burada sadəcə ticarət dövriyyəsinin artırılması yox, iqtisadi əlaqələrin yeni keyfiyyət mərhələsinə keçməsi də ön plana çıxır. Gəmiqayırmadan tutmuş transformatorların birgə istehsalına, konteyner hablarının inkişafından tutmuş Trans-Xəzər dəhlizinə qədər konkret layihələrin qeyd olunması, əməkdaşlığın nə qədər planlı və strukturlaşdırılmış olduğunu sübut edir.

Xüsusilə Trans-Xəzər Nəqliyyat Marşrutu və onun inkişaf perspektivləri Qazaxıstan və Azərbaycanın geoiqtisadi strateji əhəmiyyətini daha da artırır. Burada diqqətçəkən cəhət liderlərin infrastruktur problemlərini sinxron şəkildə aradan qaldırmaq üçün koordinasiyalı fəaliyyətə verdikləri önəmdir. Bu isə iki ölkənin regional nəqliyyat arteriyalarında yalnız iştirakçı yox, istiqamətverici aktor olmaq istəklərinin sübutudur.

Tokayevin Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan marşrutu ilə nəqlindən razılıqla danışması və bu həcmlərin artırılacağına dair mesaj verməsi, həm energetik sinxronluğun, həm də Azərbaycanın infrastruktur imkanlarına inamın göstəricisidir. Digər tərəfdən, dərin sualtı elektrik kabeli layihəsi və Xəzər dənizinin dibindən keçəcək fiber-optik rabitə xətləri kimi texnoloji təşəbbüslər, əməkdaşlığın ənənəvi sahələrdən kənara çıxaraq rəqəmsal və yaşıl iqtisadiyyatla bağlı sektorlara da yayılmağa başladığını göstərir.

Fikrimcə, Prezident İlham Əliyevin Qazaxıstana səfəri, təkcə rəsmi bir hadisə deyil, Türk dünyasında yeni mərhələyə qədəm qoyan tərəfdaşlığın real göstəricisidir.

Turan Rzayev

MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://mia.az
archiveBu xəbər 22 Oktyabr 2025 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see249

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see198

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri