Icma.az
close
up
RU
ƏLİYEVİN RUSİYADAN 3 TƏLƏBİ: üzrxahlıq, günahkarların cəzalandırılması və təzminat ŞƏRH AzPolitika onlayn siyasiictimai qəzet

ƏLİYEVİN RUSİYADAN 3 TƏLƏBİ: üzrxahlıq, günahkarların cəzalandırılması və təzminat ŞƏRH AzPolitika onlayn siyasiictimai qəzet

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Prezident İlham Əliyev dekabrın 29-da Azərbaycan Televiziyasına müsahibəsində Bakı-Qroznı istiqaməti üzrə reysi yerinə yetirməyə çalışan AZAL-a məxsus təyyarənin qəzaya uğraması, səbəbləri və bu faciəvi hadisədən irəli gələn məsələlərlə bağlı fikirlərini bölüşdü.

Şübhəsiz ki, bu müsahibə onun "Mən hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm" fikrinin daha bir təsdiqidir.

Dövlət başçısı Aktauda Azərbaycan təyyarəsinin düşməsi xəbəri alınan ilk saatlardan məsələni diqqət mərkəzində saxladığını və bununla bağlı bütün zəruri addımları atdığını bildirib. Azərbaycan lideri qəza xəbərini Sankt-Peterburqa MDB Zirvə görüşünə uçarkən aldığını və dərhal müvafiq göstərişlər verdiyini deyib.

“Dərhal göstəriş verdim və təyyarə geri - Bakıya döndü. Bakıya gələn kimi burada hava limanında operativ müşavirə keçirdim”, - deyə Prezident qeyd etdi.

Təbii ki, hadisə ilə bağlı sürətli və operativ şəkildə verilən qərarlar təqdirəlayiq idi. İlk olaraq Dövlət Komissiyası yaradıldı, müvafiq qurumların nümayəndələrindən ibarət heyət Aktau şəhərinə ezam edildi. Atılan addımlar İlham Əliyevin liderlik xüsusiyyətlərinin ən yüksək səviyyədə göstəricisi idi. Bu qətiyyətin, prinsipial mövqenin nəticəsi idi ki, insidentdən bir müddət sonra Rusiya Prezidenti Vladimir Putin Azərbaycan liderinə üzrxahlıq zəngi etdi və təyyarə qəzasının raket hücumuna məruz qaldığı etiraf olundu.

Təbii ki, xeyli insan ölümü ilə nəticələnən bu irimiqyaslı qəza üçün bir üzrxahlıq mesajı kifayət edə bilməz. Dövlət başçısının Azərbaycan Televiziyasına müsahibəsində səsləndirilən fikirlər də bunu təsdiq edir.“Təbii olaraq ilkin versiyalar üzərində iş başladı. Əlbəttə, son versiya “qara qutu”lar açılandan sonra bəlli olacaq. Ancaq ilkin versiyalar da kifayət qədər əsaslıdır və faktlara söykənir. Faktlar isə ondan ibarətdir ki, Azərbaycanın mülki təyyarəsi Rusiya ərazisində, Qroznı şəhərinin yaxınlığında xaricdən zədə almış və idarəetməni demək olar ki, itirmişdir. Onu da bilirik ki, təyyarəmiz radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınmışdır”, - deyə İlham Əliyev vurğuladı.Bu fikirlər Prezidentin qətiyyətini, hər zaman dövlətin, xalqın maraqlarına önəm verməsini göstərir.Dövlət başçısının rusiyalı həmkarı ilə telefon danışığından bir gün əvvəl mediada yayılan xəbərlərdə də bəyan edildi ki, rəsmi Bakı təyyarə qəzasının səbəblərinin ört-basdır edilməsinə heç bir halda yol verməyəcək. Prezident müsahibəsində bu məsələdə nə qədər prinsipial olduğunu da nümayiş etdirdi.Müsahibədə Rusiya tərəfinin, bəzi rəsmilərin qəza ilə bağlı ortaya atdıqları cəfəngiyyatlar da sərt tənqid olundu.“Təəssüflər olsun ki, Rusiyanın bəzi dairələri bu versiya üzərində dayanmağa üstünlük vermişdilər. Bizi təəssüfləndirən və təəccübləndirən məqamlardan biri də o idi ki, Rusiyanın rəsmi qurumları hansısa qaz balonunun partlaması ilə bağlı versiyalar irəli sürmüşdü. Yəni, bu, açıq-aydın göstərirdi ki, Rusiya tərəfi məsələni ört-basdır etmək istəyir və əlbəttə, bu, heç kimə başucalığı gətirmir. Təbiidir ki, təyyarəmiz təsadüfən vuruldu”, - Prezident bildirdi.Təbii ki, burada hər hansı bir qəsdən terror aktı törətməkdən söhbət gedə bilməz. Prezident də bunu açıq şəkildə söylədi: “Ona görə öz günahını etiraf etmək, dost ölkə sayılan Azərbaycandan vaxtında üzr istəmək və bunu ictimaiyyətə bildirmək - bütün bunlar görüləsi tədbirlər və addımlar idi. Əfsuslar olsun ki, birinci üç gün ərzində biz Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitməmişik”.Bu arada qeyd edək ki, İlham Əliyevin qətiyyətini həm 44 günlük Qarabağ müharibəsi zamanı, həm də sonrakı dönəmdə bütün dünya gördü. Bu qətiyyət sayəsində Qərbin Azərbaycana maksimal təzyiqləri nəticəsiz qaldı. Sevindirici haldır ki, Azərbaycan xalqı təyyarə qəzası zamanı da eyni qətiyyət və prinsipiallığa şahidlik etdi.Azərbaycan Prezidenti müsahibəsində açıq şəkildə bəyan etdi ki, qəzanın istintaqı müstəqil ekspertlərin iştirakı ilə aparılacaq: “Azərbaycan ilk gündən beynəlxalq ekspertlərdən ibarət qrupun bu işlə məşğul olmasının tərəfdarı idi. Rusiya tərəfi rəsmi qaydada bizə təklif etmişdi ki, Dövlətlərarası Aviasiya Komitəsi bu işi araşdırsın. Biz isə qəti şəkildə bundan imtina etdik. Səbəb də aydındır. Çünki sirr deyil ki, bu qurum daha çox Rusiya məmurlarından ibarətdir və qurumun başında Rusiya vətəndaşları dayanır. Burada obyektivlik amilləri tam təmin edilməyə bilərdi. Əgər qəza baş verəndən dərhal sonra biz Rusiya tərəfindən ədalətli və adekvat addımlar görsəydik, bəlkə də buna etiraz etməzdik. Amma biz gördük ki, burada məsələni ört-basdır etmək cəhdləri göz qabağındadır”.Budur əsl mövqe! Dövlət başçısı bir daha əmin etdi ki, qəza ilə bağlı bütün araşdırmalar aparılacaq, məsuliyyət daşıyanlar cəzalandırılacaq.“Yenə də deyirəm, “qara qutu”lar açılandan sonra və daha detallı məlumat əldə etdiyimiz halda məsələnin tam təfərrüatları üzə çıxacaq və bu gün hələ ki sual kimi qalan bir çox məsələlərə aydınlıq gətiriləcək”, - Prezident əminliklə vurğuladı.Müsahibədə o da bəyan edildi ki, təyyarə qəzasının təfərrüatları tam və açıq şəkildə hər bir Azərbaycan vətəndaşına çatdırılacaq və hər şeyə aydınlıq gətiriləcək.

Prezident müsahibəsində Rusiya tərəfindən bir çox suallara cavab verilməsini də istədi. Dövlət başçısı ortaya xeyli sual qoydu. Əminik ki, bu suallara çox yaxında cavab veriləcək.

Yekunda İlham Əliyevin müsahibədə səsləndirdiyi son fikirlərə diqqət çəkmək istərdik. Çünki bu fikirlərdə Azərbaycan dövlətinin əsas tələbləri yer alır: “Tələblər açıq şəkildə Rusiya tərəfinə rəsmi qaydada çatdırıldı. Rusiya tərəfi Azərbaycandan üzr istəməli, günahını etiraf etməlidir. Digər əsas tələb isə günahkarların cəzalandırması, cinayət məsuliyyətinə cəlb etməlidir. Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir. Bu, bizim şərtlərimizdir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 29 Dekabr 2024 20:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri