Icma.az
close
up
RU
Əliyevin sözü qonşuda rezonans doğurdu: İki ölkə ilə bağlı mühüm mesaj

Əliyevin sözü qonşuda rezonans doğurdu: İki ölkə ilə bağlı mühüm mesaj

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Azərbaycan Prezidenti İlham Əliyevin IV Antalya Diplomatik Forumu çərçivəsində keçirdiyi görüşlər diqqət çəkdi.

Dövlət başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ərsin Tatar və başqa rəsmi şəxslərlə bir araya gəldi. Şübhəsiz, onlardan ən çox diqqət çəkəni Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əş-Şara ilə aparılan müzakirə oldu.

Bu görüşlərin yaxın perspektivdə nə kimi faydaları olacaq?

Globalinfo.az-a danışan deputat Elçin Mirzəbəyli deyib ki, Antalya Diplomatik Forumu hazırda dünyada mövcud olan önəmli dialoq və müzakirə platformalarından biridir:

“Azərbaycan bir qayda olaraq, forum çərçivəsində gerçəkləşən müzakirələrə böyük önəm verir. Cənab Prezidentin rəhbərliyi ilə Foruma qatılan nümayəndə heyətinin tərkibi də ölkəmizin qardaş Türkiyənin liderliyi və ev sahibliyi ilə reallaşan tədbirlərə nə qədər həssas və diqqətlə yanaşdığını təsdiqləyir. Azərbaycan Prezidentinin qardaş ölkənin dövlət başçısı ilə ilk təmasından başlamış, aparılan müzakirələrə və həmçinin Forum çərçivəsində keçirilən görüşlərədək bütün detallar Bakı-Ankara ittifaqının, strateji müttəfiqliyin, dostluğun, qardaşlığın nümunəsidir.

Prezident İlham Əliyevin Suriyanın keçid hökumətinin Prezidenti Əhməd əş-Şaraa ilə görüşünə və bu çərçivəsində verilən bəyanatlara da, ilk növbədə Bakı-Ankara münasibətləri müstəvisində yanaşıram. Türkiyənin, bölgədə uzun illərdən bəri sülhün, təhlükəsizliyin təmin edilməsi, xalqların azad və rifah içində yaşaması uğrunda apardığı mübarizə Azərbaycan üçün prioritet təşkil edir. Çünki Türkiyə və Azərbaycan bölgənin təhlükəsiz gələcəyini birlikdə qururlar.

Prezident İlham Əliyevin Suriyanın dövlət başçısını Azərbaycana səfərə dəvət etməsi qanbir, dilbir qardaşlarımızın da yaşadığı bir ölkədə aparılan quruculuq işlərinə, Suriya dövlətinin yenidən formalaşması prosesinə verilən böyük dəstək kimi qiymətləndirilməlidir. Əhməd əş-Şaraanın türkmən əsilli Suriya vətəndaşlarına ölkə üçün hazırda həyati önəm daşıyan dövlət təsisatlarında vəzifə verməsi də, qənaətimə görə, dövlətlərarası münasibətlərdə ortaq dəyərlərin, eləcə də regionun təhlükəsizliyində qardaş Türkiyənin və onun ən yaxın strateji müttəfiqi olan Azərbaycanın tarixi missiyasının doğru dəyərləndirilməsi kimi də qəbul oluna bilər”.

Deputat Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin İlham Əliyevlə görüşündə səsləndirdiyi fikirlərə diqqət çəkib:

“Baş nazir Azərbaycan Prezidentinin ADA Universitetində keçirilən beynəlxalq forumdakı çıxışı zamanı söylədiyi fikirlərin Gürcüstanda çox böyük maraqla qarşılandığını bildirdi. Düşünürəm ki, Prezident İlham Əliyevin ADA Universitetindəki çıxışının Gürcüstanla bağlı hissələrinin birindən iqtibas gətirmədən Antalyada baş nazir İrakli Kobaxidzenin dediklərinə tam aydınlıq gətirmək mümkün deyil. Sitat: “Avropa Komissiyasının Gürcüstanın daxil işləri ilə bağlı proseslərə münasibəti isə qətiyyən qəbuledilməzdir. Bu, müstəmləkəçilərin davranışıdır. Onlar gürcü xalqının iradəsinə özlərinin müstəmləkəçi keçmişinin prizmasından yanaşırlar. Gürcü xalqı bilir ki, biz onlarla birlikdəyik və Gürcüstan hökuməti də bunu bilir. Gürcüstanın bütün daxili işləri Brüsseldəki bürokratlar deyil, gürcü xalqı tərəfindən həll edilməlidir. Beləliklə, biz Azərbaycan ilə Gürcüstan arasında tərəfdaşlığı gücləndirməliyik”.


Elçin Mirzəbəyli

Qənaətimə görə, dövlət başçısının bu fikirlərinin Gürcüstanda maraqla qarşılanması və qonşu ölkənin baş nazirinin bunu xüsusi olaraq vurğulaması, Azərbaycan Prezidentinin qətiyyətli liderlik missiyasına verilən dəyərin göstəricisidir. İlham Əliyevin liderlik missiyası müstəqil siyasət yürütmək istəyən suveren ölkələr üçün bir nümunədir”.

E.Mirzəbəyli Prezidentin Şimali Kipr Türk Cümhuriyyətinin rəhbərini qəbul etməsindən danışıb:

“İlham Əliyevin qardaş ölkənin xalqına dəstəyini ifadə etməsi yenə də Azərbaycanın prinsipial, qətiyyətli mövqeyindən, səmimi müttəfiqlik münasibətlərindən xəbər verir. Rəsmi Bakı Şimali Kiprə açıq və birmənalı dəstəyini ifadə etməklə də nümunə yaradır. Bu örnək davranış, zənnimcə, Türk Dövlətləri Təşkilatındakı münasibətlərin də əsasını təşkil etməlidir. Cənab Prezidentin, “Bizim ailəmiz türk ailəsidir”, – şüarı, özünü bütün münasibətlərdə büruzə verməlidir.

Azərbaycan türklərində çox dəyərli bir atalar sözü var: “Əvvəl evin içi, sonra isə çölü”. Şimali Kipr Türk Cümhuriyyəti evimizin içidir, ailəmizin üzvüdür və ona münasibətdə də Prezident İlham Əliyevin sərgilədiyi qətiyyətli mövqe türk ailəsinin üzvünə, qardaşa münasibətdə nümayiş etdirilən davranışdır”.

Turan Rzayev
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 14 Aprel 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri