Icma.az
close
up
RU
Əliyevlə Ərdoğan razılaşdı Suriyanın yenidən qurulması...

Əliyevlə Ərdoğan razılaşdı Suriyanın yenidən qurulması...

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. İki lider Suriyadakı son hadisələri, regional və qlobal məsələləri müzakirə ediblər. Bu danışıq bir məsələyə də aydınlıq gətirdi: Əliyevlə Ərdoğanın arasında soyuqluq olduğu haqda yayılan məlumatlar bir qədər şişirdilib.

Əliyevlə Ərdoğanın telefon danışığında hansı bilinməyən detallar, məqamlar ola bilər?

Globalinfo.az-a danışan siyasi təhlilçi Füzuli Qurbanov deyib ki, iki liderin telefon danışığı geosiyasi baxımdan mühüm hadisədir:

“Bu onu göstərir ki, Azərbaycan regional mühüm geosiyasi proseslərdə əsas aktorlardan biridir. Rəsmi Bakının mövqeyi məlumdur. Türkiyə də bunu qəbul edir, ölkəmizlə əməkdaşlığı geniş formada davam etdirir.

Prezidentin köməkçisi Hikmət Hacıyevin İsrailə səfəri də diqqətçəkən məqamdır. Görünür, Azərbaycan siyasi-diplomatik müstəvidə konkret fəaliyyət göstərir. Bu, konstruktiv, birləşdirici əməkdaşlığa və təhlükəsizliyə xidmət edən məsələdir.

Füzuli Qurbanov

Prezidentlər arasında baş tutan görüşdə hansı məsələlər barəsində danışıqların getdiyi haqda ümumi məlumatlar var. Əlavə məqamların da olduğunu düşünmürəm. Geniş geosiyasi məkanda müstəqil dövlətlər kimi müzakirələr, məsləhətləşmələr aparırlar. Həm də məsələyə Türk Dövlətləri Təşkilatı kontekstindən baxmaq lazımdır. Hər iki ölkə TDT-nin üzvü kimi də geniş geosiyasi məkanda əməkdaşlığın və təhlükəsizliyin qarantı olmağa başlayıblar”.

Füzuli Qurbanovun sözlərinə görə, Azərbaycan dünyanın hər hansı yerindən öz müttəfiqinə təhlükə görürsə, dərhal onun yanında olur:

“Şuşa Bəyannaməsinə əsas bu proses qarşılıqlıdır. Mediada yayıldığı kimi radikal ikinci bir dövlətin yaranması tamamilə yanlışdır. Digər dövlətlər kimi Suriyanın da bütövlüyünün təmin olunması mühümdür. Bakı və Ankara sözügedən prosesi eyni səviyyədə dəstəkləyirlər. Çox güman ki, proses bu formada davam edəcək. Suriyanın bölünməsinə, ərazisində yeni dövlətlərin yaranmasına imkan verilməyəcək.

Türkiyə və Azərbaycan arasında hər hansı soyuqluğun olduğuna dair verilən xəbərlər də həqiqəti əks etdirmir”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 11 Dekabr 2024 20:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see348

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see346

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see337

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see336

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see320

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see315

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see303

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see301

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see300

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see297

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see287

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see286

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see269

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see267

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see259

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see254

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see239

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see234

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri