Icma.az
close
up
RU
Menu

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

Yuxuya getməyi asanlaşdıran 7 qida

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

Elm adamları “İlandağ” kitabəsini müzakirə ediblər

Elm adamları “İlandağ” kitabəsini müzakirə ediblər

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

AMEA Naxçıvan Bölməsində Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində yerləşən “İlandağ” kitabəsinə həsr edilən tədbir keçirilib. 

525.az xəbər verir ki, AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev giriş nitqi ilə çıxış edərək “İlandağ” kitabəsinin Azərbaycan və dünya tarixi üçün mühüm elmi və ictimai əhəmiyyət daşıdığını bildirib. 

Akademik qayaüstü mixi yazının Naxçıvanın qədim yaşayış məskəni olduğunu, Urartu hökmdarlarının bölgəyə hərbi yürüşləri və Naxçıvanın siyasi prosesləri haqqında dəqiq elmi faktlar təqdim etdiyini qeyd edib. Yazının bəzi saxta iddiaları ifşa edərək, bu yerlərdə qədim türk-azərbaycanlı köklərinin mövcudluğunu beynəlxalq elmi ictimaiyyətə çatdırdığını vurğulayıb. 

Abidədə aşınmaların yarandığına yenidən diqqət çəkən akademik aiddiyyəti qurumları bununla bağlı tədbirlər görməyə çağırıb. 

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli çıxışında tədbirin keçirilməsinin aktual məsələnin müzakirəsi, qarşıda duran strateji vəzifələrin uğurla icrası üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Akademik 2025-2026-cı illərdə AMEA alimlərinin Azərbaycan-Yaponiya birgə elmi ekspedisiyası ilə apardığı birgə arxeoloji qazıntı zamanı Xocavənd rayonundakı qədim Tağlar mağarasından neandertal insanın 80 min il bundan əvvələ aid olan yeni poleontropoloji qalığının tapılmasının, Naxçıvan Muxtar Respublikasında tapılmış “İlandağ” kitabəsinin Urartu mixi yazıları kontekstində araşdırılmasının Azərbaycan elmi üçün beynəlxalq əhəmiyyətini vurğulayıb. 

AMEA-nın prezidenti İsa Həbibbəyli “İlandağ” kitabəsini müstəqil Azərbaycan elminin ən böyük nailiyyəti kimi dünya elminə verə biləcəyi kəşflərdən biri hesab etdiyini qeyd edib. Bu məsələyə qlobal müstəvidə yanaşmağın vacibliyinə diqqət çəkən akademik mühüm elmi əhəmiyyətə malik olan mixi yazının yenidən tədqiqata cəlb edilməsinin vacibliyini bildirib və müvafiq tapşırıqlar verib.

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev qeyd edib ki, Bakı Dövlət Universitetində arxeologiya istiqamətində elmi tədqiqatları genişləndirmək və elm ilə təhsilin inteqrasiyasını gücləndirmək məqsədilə Arxeologiya Tədris-Tədqiqat Mərkəzi yaradılıb. Mərkəzin AMEA Arxeologiya və Antropologiya İnstitutu ilə sıx əməkdaşlıq çərçivəsində fəaliyyət göstərdiyini bildirən rektor AMEA Naxçıvan Bölməsi ilə də əməkdaşlığa hazır olduqlarını bildirib. 

AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova çıxışında gələcəkdə də belə tədqiqatların genişləndirilməsinin vacibliyi qeyd edib və bu sahədə gənc kadrların, mütəxəssislərin hazırlanmasının əhəmiyyətini vurğulayıb. 

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vəli Baxşəliyev “Naxçıvanın qədim tarixinə dair mənbə: “İlandağ” kitabəsi” adlı məruzəsində “İlandağ” kitabəsinin Naxçıvanın qədim tarixini öyrənmək baxımından mühüm elmi mənbə olduğunu bildirib. Urartuların Naxçıvana hücumlarının uğursuz olduğunu qeyd edən professor Urartu dilinin iltisaqi dillər qrupuna aid olduğunu, digər dillərlə heç bir əlaqəsi olmadığını vurğulayıb.

AMEA-nın Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov, AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov, AMEA Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Bəhlul İbrahimli mövzu ilə bağlı çıxış ediblər. 

Tədbirdə AMEA Naxçıvan Bölməsi əməkdaşlarının Culfa rayonu ərazisində yerləşən kitabə ilə tanış olduqları, eyni zamanda Naxçıvan televiziyasının “İlandağ” kitabəsi ilə bağlı hazırladığı videoçarx nümayiş etdirilib. 

Tədbirə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli yekun vurub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://525.az
archiveBu xəbər 19 İyun 2026 19:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1006

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see493

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see396

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see316

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see303

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see301

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see280

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see273

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see239

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see222

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see216

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see213

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see211

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see211

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see207

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see204

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see198

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see197

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see197

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri