Icma.az
close
up
RU
Yunan adalarındakı evlər sən demə bu səbəbdən mavi rəngdə imiş

Yunan adalarındakı evlər sən demə bu səbəbdən mavi rəngdə imiş

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Yunan adalarının simvoluna çevrilən mavi və ağ rəngli evlərin mənşəyinin romantik bir seçimə deyil, 20-ci əsrdə yaşanan vəba (kolera) epidemiyasına və iqtisadi böhranla əlaqəli olduğu məlum olub.
Bizim.Media xəbər verir ki, Yunanıstanın memarlıq kimliyi ilə eyniləşən bu rəng palitrası tarixi prosesdə gigiyena qayğıları, ucuz material əlçatanlığı və siyasi qərarların birləşməsi ilə formalaşıb.
 

Hal-hazırda turistik bir brend halına gələn bu görünüşün təməlləri 1938-ci ildə ölkəni təsiri altına alan vəba epidemiyası zamanı atılıb.


Epidemiyaya qarşı dezinfeksiyaedici kimi əhəngdən istifadə edildi
1938-ci ildəki vəba epidemiyası ilə mübarizə çərçivəsində hökumət evlərin kütləvi şəkildə əhənglə boyanması barədə göstəriş verdi. Əhəngin dezinfeksiyaedici xüsusiyyətə malik olması və bakteriyaları məhv etmə qabiliyyəti səbəbindən tətbiq olunan bu üsul, görsəllikdən ziyadə xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə məcburi edildi. Bu tətbiq Yunanıstanın yaşayış məntəqələrinin ümumi rənginin ağa çevrilməsinə səbəb olan ilk addım oldu.
Mavi rəngli paltar yuyucu vasitəsinin təsiri
Evlərin qapı və pəncərələrində istifadə olunan xarakterik mavi tonun isə iqtisadi imkansızlıqlar nəticəsində ortaya çıxdığı müəyyən edilib. O dövrdə demək olar ki, hər evdə tapılan və kifayət qədər ucuz olan "Loulaki" adlı mavi rəngli paltar yuyucu vasitəsi (göy rəngli toz/çivit), boya xərclərindən qaçan yerli əhali tərəfindən rəngləndirici kimi istifadə edildi. Mavi rəng bir moda axını yerinə, xalq üçün ən əlçatan və aşağı xərcli seçim olması səbəbindən yayğınlaşdı.
Hərbi rəhbərlik rəngləri məcburi etdi
1967-ci ildə hakimiyyətə gələn hərbi xunta rəhbərliyi mavi və ağ kombinasiyasını milli kimliyin simvolu elan etdi. Çıxarılan qərarnamələrlə adalardakı tikintilərdə bu rənglərin istifadəsi məcburi hala gətirilərək memarlıq standartı sabitləndi. Növbəti illərdə bu sərt qaydalar yumşaldılsa da, mavi-ağ konsepti qlobal bir turizm brendinə çevrildiyi üçün yerli əhali və müəssisələr tərəfindən qorunub saxlanılmağa davam etdi. (Milli.Az)
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://bizim.media
archiveBu xəbər 15 May 2026 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see358

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see349

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see296

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see265

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see262

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see246

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see239

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see224

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see217

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see216

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see210

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see205

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see204

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see201

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see195

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see190

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see183

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see180

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see176

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri