Elm Fondu 2025 ci ilin Əsas Qrant Müsabiqəsini elan edib
Azpost portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Elm Fondu 2025-ci ilin Əsas Qrant Müsabiqəsini elan edir.
Fonddan AZƏRTAC-a bildirilib ki, “Əsas Qrant Müsabiqəsi – 2025” aparıcı alimlər tərəfindən həyata keçirilən elmi-tədqiqat layihələri proqramı çərçivəsində fundamental və tətbiqi xarakterli elmi tədqiqatlar üçün ayrılır. Həm perspektivli gənc alimlər, həm də məşğul olduğu elm sahəsində lider olan tədqiqatçılar qrant üçün müraciət edə bilərlər.
Müsabiqədə iştirak etmək üçün layihələr aprelin 10-dək qəbul olunacaq. Müsabiqənin nəticələrinin 2025-ci ilin sonunda açıqlanması planlaşdırılır.
Qeyd edək ki, layihələrin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində qrant iddiaçılarına kömək və sualların cavablandırılması məqsədilə məsləhət seminarlarının keçirilməsi nəzərdə tutulub. Bu barədə əlavə məlumat fondun internet səhifəsində dərc olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 17 Fevral 2025 15:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















