Icma.az
close
up
RU
Elm məktəbdən başlayır: UNEC in təşəbbüsü genişlənir

Elm məktəbdən başlayır: UNEC in təşəbbüsü genişlənir

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) üç ildir həyata keçirdiyi “Elmin populyarlaşdırılması” və “Elm gözəldir: məktəbdən elmə” təşəbbüsləri bu dəfə Naxçıvan Muxtar Respublikasında reallaşdırılıb.

UNEC-dən Moderator.az-a bildirilib ki, “Elmin populyarlaşdırılması” təşəbbüsünün məqsədi elmi hər kəsin ortaq dəyərinə çevirərək, gənclərin elmə marağının artırılmasıdır. “Elm gözəldir: məktəbdən elmə” təşəbbüsü isə məktəblilər arasında elmi fəaliyyətə maraq oyatmaq, onlarda tədqiqatçılıq ruhunu erkən yaşlardan inkişaf etdirmək, elmi potensialını formalaşdırmaq, eləcə də elmi şagirdlərə sadə dildə təqdim etmək məqsədi daşıyır. Layihə çərçivəsində alimlərlə məktəblilər arasında birbaşa ünsiyyət qurularaq, elmin yalnız nəzəri biliklər deyil, həyatımızın bir parçası olduğu izah edilir və elmin cəmiyyət üçün əhəmiyyəti ön plana çıxarılır.

Nümayəndələr Naxçıvan Dövlət Universitetinin (NDU) kampusu, elm mərkəzləri, laboratoriya imkanları ilə yaxından tanış olublar. NDU-nun professor-müəllim heyəti ilə keçirilən görüşdə Prezident İlham Əliyevin tövsiyələri əsas götürülərək ana dilinin saflığının qorunması məsələləri önə çəkilib, elmin populyarlaşdırılması sahəsində beynəlxalq təcrübə və ali təhsil müəssisələri arasında əməkdaşlıq perspektivləri müzakirə edilib.

Tədbirin sonunda UNEC və NDU arasında əməkdaşlığa dair memorandum imzalanıb. Hər iki universitetin elektron kitabxanalarının inteqrasiyası və ortaq qrant layihələrin reallaşdırılmasına dair razılıq əldə olunub.

“Elm gözəldir: məktəbdən elmə” təşəbbüsü çərçivəsində NDU nəzdindəki Beynəlxalq Məktəbdə və Ordubad şəhər 1 nömrəli tam orta məktəbində şagirdlərlə görüşlər keçirilib. Naxçıvanın təhsil naziri Elxan Nəcəfovun da iştirak etdiyi görüşlərdə dövlətimizin başçısı İlham Əliyevin Azərbaycan dilinin qorunması və inkişafı ilə bağlı tövsiyələri xüsusi diqqət mərkəzində saxlanılıb.

Elmin təməlinin məktəb illərində qoyulduğu və gələcəkdə böyük kəşflərə imza atacaq alimlərin bu gün sinif otaqlarında əyləşən şagirdlər arasından yetişə biləcəyi qeyd edilib. Şagirdləri həm milli dəyərlərə, həm də müasir elmi biliklərə yiyələnməyə çağıraraq, elmlə məşğul olmağın yaş həddi tanımadığı bildirilib.

Görüşlərin sonunda məktəblərin kitabxanalarına kitablar hədiyyə edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:262
embedMənbə:https://moderator.az
archiveBu xəbər 09 Fevral 2026 20:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see743

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see307

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see287

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see280

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see276

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see263

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see252

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see249

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see246

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see242

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see230

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see218

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see210

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see206

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see206

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see205

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see201

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see199

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see197

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri