Icma.az
close
up
RU
Elm festivalında UNEC in elmi jurnallarının təqdimatı keçirilib FOTOLAR

Elm festivalında UNEC in elmi jurnallarının təqdimatı keçirilib FOTOLAR

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Elm Festivalı çərçivəsində UNEC-in Scopus bazasında indekslənən “UNEC Journal of Engineering and Applied Sciences” (JEAS) adlı ilk elmi jurnalının və "UNEC Tələbə Tədqiqatları" ilk tələbə jurnalının təqdimatları keçirilib.

Təqdimatda çıxış edən elm və innovasiyalar üzrə prorektor, professor Rövnəq Rzayev jurnalın mühəndislik və tətbiqi elmlər sahəsini əhatə etdiyini bildirərək, nəşrin Scopus tərəfindən 3 il müddətində heç bir irad olmadan indeksləndiyini diqqətə çatdırıb. 

O, jurnalın redaksiya heyətinin mühəndislik və tətbiqi elmlər sahəsi üzrə dünyanın müxtəlif ölkələrinin tanınmış alimlər heyətindən təşkil olunduğunu deyib. JEAS haqqında ətraflı məlumat verən prorektor may ayında jurnalın UNEC-in 95 illiyinə həsr olunmuş xüsusi buraxılışının işıq üzü görəcəyini bildirib.


AzTU-nun professoru Əmdulla Mehrabov universitetlərin elmi fəaliyyətlərinin beynəlxalq bazalarda əks olunmasının əhəmiyyətindən danışaraq, UNEC-də son illərdə bu istiqamətdə mühüm irəliləyişlərin olduğunu deyib. O, UNEC jurnalının dünyanın nüfuzlu bazası olan Scopusda indeksləşməsini universitetin böyük uğuru adlandırıb.

Təqdimatda çıxış edən rektor professor Ədalət Muradov UNEC jurnallarının beynəlxalq bazalarda indekslənməsinin, həmçinin tələbələri elmi fəaliyyətə təşviq etməklə onların elmin inkişafına töhfəsini təmin etməyin UNEC-in inkişaf strategiyasının əsas məqsədlərindən olduğunu deyib. 

Rektor elmin müxtəlif sahələri üzrə UNEC jurnallarının beynəlxalq bazalarda indekslənməsi istiqamətində işlərin uğurla davam etdirildiyini diqqətə çatdırıb. O, Tələbə Elmi Cəmiyyəti tərəfindən koordinasiya olunan ilk tələbə jurnalının gənclərin elmi fəaliyyətinə mühüm təkan verəcəyini və UNEC tələbələrinə gələcəkdə beynəlxalq elmi platformalarda öz tədqiqatlarını təqdim etmələri üçün geniş imkanlar yaradacağını vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 10 Aprel 2025 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri