Icma.az
close
up
RU
Elm savadlılığı aşağıdır: Alimlər elmin böyük ideyalarını cəmiyyətə izah edə bilmirlər

Elm savadlılığı aşağıdır: Alimlər elmin böyük ideyalarını cəmiyyətə izah edə bilmirlər

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu ölkədə akademik karyera nə maddi, nə də sosial baxımdan cazibədardır


Son dövrlərdə “elmin populyarlaşdırılması” çağırışları artıb. Tez-tez keçirilən tədbirlər, sosial mediada elmi məzmun paylaşan səhifələr və ayrı-ayrı təşəbbüslər elmi ictimaiyyətlə geniş kütlə arasında əlaqə qurmağa cəhd edir. Lakin mütəxəssislər hesab edir ki, bu səylər çox vaxt istiqamətini səhv müəyyənləşdirir və nəticədə ictimai təsiri minimal olur.


Təhsil eksperti Yalçın İslamzadə “Sherg.az”a açıqlamasında bildirib ki, bu məsələ ilə bağlı ictimai diskursda iki əsas yanlış yanaşma müşahidə olunur: 

“Əvvəla, elmin populyarlaşdırılması gəncləri alim olmağa təşviq etməklə eyniləşdirilir. Bu yanlış yanaşma, elmin təbliğini peşə yönümlü təşviqatla məhdudlaşdırır. Halbuki real vəziyyət göstərir ki, gənclər artıq çox gözəl anlayırlar – bu ölkədə akademik karyera nə maddi, nə də sosial baxımdan cazibədardır. Belə bir şəraitdə elmi yalnız elm adamı olmağa çalışan bir azlığın işi kimi təqdim etmək, onun ictimai rolunu məhdudlaşdırmaq deməkdir. Elmin populyarlaşdırılması, əslində, hər bir vətəndaş üçün zəruri olan elmi düşüncə tərzinin, yəni tənqidi təfəkkürün, məntiqin və sübutlara əsaslanan qərarvermənin təbliğidir. Bu bacarıqlar yalnız laboratoriyada deyil, gündəlik həyatın bütün sahələrində əhəmiyyətlidir”.

Ekspertin fikrincə, elmə maraq oyatmaq sadəcə onun tarixindən və maraqlı hadisələrdən danışmaqla səhv salınır. Qara dəliklər, Nyutonun başına düşən alma, Eynşteynin dili... Bu və digər məşhur hekayələr yalnız diqqəti cəlb etmək üçün vasitədir. Əgər elm yalnız əyləncəli faktlar və simvolik hadisələr vasitəsilə təqdim olunursa, onun əsas mahiyyəti – elmi prinsiplərin və metodların həyatda necə tətbiq olunması kölgədə qalır. Belə yanaşmalar nəticəsində elm bir əyləncə obyektinə çevrilir, real həyatla əlaqəsi qurulmur və elmin cəmiyyət üçün nə qədər fundamental əhəmiyyət daşıdığı unudulur”. 


Azərbaycanda alimlərin cəmiyyətə təsirinin yox səviyyəsində olduğunu vurğulayan Y.İslamzadə qeyd edib ki, bunun səbəbi struktur və mədəniyyət xarakterlidir:

 “Akademik fəaliyyət çox vaxt yalnız bir sahədə məqalə yazmaq və məruzə təqdim etməklə məhdudlaşır. Alimlər elmin böyük ideyalarını cəmiyyətə izah edə bilmirlər. Bu səbəbdən də ictimai debatlarda səsləndirilən fikirlər tez-tez psevdoelmi xarakter daşıyır. Cəmiyyətin digər təbəqələri kimi, alimlər də ictimai məsələlərə münasibət bildirməyi lüzumsuz sayır. Yalnız rəsmi dəvətlər və tədbirlər zamanı çıxış etməyi yetərli hesab edən bir elmi mühitdə ictimai roldan danışmaq mümkün deyil. Elm və elmi düşüncə cəmiyyətdə zəif təmsil olunduğu üçün yaranan boşluqları müxtəlif şarlatan və saxta ekspertlər doldurur. Astrologiyadan “bioenergetikaya”, “enerji mərkəzlərindən” “ruhani müalicəyə” qədər cəfəng iddialar gündəlik informasiya axınının tərkib hissəsinə çevrilib. Azərbaycan cəmiyyəti bu mənada hazırlıqsızdır. Elm savadlılığı aşağıdır, tənqidi təfəkkür yoxdur, informasiya seleksiyası bacarığı zəifdir. Bu isə elmi metodun vacibliyini dərk etməyən, manipulyasiyalara açıq bir ictimai struktur yaradır”.


Vəziyyətdən çıxış yollarının bəlli olduğunu bildirən ekspert bunun üçün iradə və mexanizmin olmadığını bildirib:

 “Dövlət səviyyəsində elm savadlılığını təşviq edən proqramlar hazırlanmalı və tətbiq olunmalıdır. Məktəblərdə və cəmiyyətin müxtəlif təbəqələri üçün elmi təfəkkür bacarıqlarını inkişaf etdirən resurslar və təlimlər təşkil edilməlidir. Milli Elmlər Akademiyası və digər elmi qurumlar elmin ictimai funksiyasını öz prioritetlərinə daxil etməlidir. 1000 səhifəlik klassik antologiyalar və folklor festivalları ilə informasiya dövrünün reallıqlarına cavab vermək mümkün deyil. Media və kino sektoru dəyişməlidir. Azərbaycan dilində dublyaj edilmiş sənədli filmlər, elmi-populyar cizgi filmləri, ciddi elmi jurnallar və ucuz qiymətli elmi kitablar geniş şəkildə cəmiyyətə çatdırılmalıdır.

Elmi düşüncənin cəmiyyətin əsas sütunlarından birinə çevrilməsi təkcə təhsil məsələsi deyil, bu həm də strateji məsələdir. Cəmiyyətin müqavimət qabiliyyəti, innovasiya potensialı və demokratik inkişafı elmi təfəkkürə əsaslanmadan mümkün deyil. Təəssüf ki, bu sadə həqiqət hələ də lazımi şəkildə nə başa düşülür, nə də tətbiq olunur”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:74
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 İyun 2025 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see226

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see224

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see219

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see217

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see205

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see204

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see187

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see181

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see174

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see173

40 yaşdan sonra beyin geriləməsinin əsas səbəbi

18 Dekabr 2025 16:57see164

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see158

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see150

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see149

“Qarabağ” hazırda keçmiş SSRİ məkanının ən güclü komandasıdır” Rus qəzeti

18 Dekabr 2025 09:27see146

AKTA nın 2025 ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirildi FOTO

18 Dekabr 2025 20:27see146

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see142

İnanıram ki, yaxşı formada olsam, Ayxan Abbasov məni mütləq milliyə dəvət edəcək

18 Dekabr 2025 11:31see136

ABŞ la danışıqlara hazırlaşırıq Peskov

18 Dekabr 2025 19:40see133

Emil qayınatası ilə qızının fotosunu yayımladı

18 Dekabr 2025 12:12see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri