Icma.az
close
up
RU
Elm və Təhsil Nazirliyində yoxlama aparılsa, 100 milyonlarla vəsaitin təyinatı üzrə xərclənmədiyi məlum olacaq

Elm və Təhsil Nazirliyində yoxlama aparılsa, 100 milyonlarla vəsaitin təyinatı üzrə xərclənmədiyi məlum olacaq

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Dövlətimiz hər il təhsilə, təxminən, 5 milyard manat vəsait ayırır". Bizimyol.info xəbər verir ki, bu sözləri “Azərbaycanın dayanıqlı inkişafı naminə təhsilə investisiya” mövzusunda keçirilən tədbirdə Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini İdris İsayev deyib. Nazir müavini qeyd edib ki, digər ölkələrdə, orta hesabla, 85 faiz investisiya dövlət üzərindədir: "Azərbaycanda bu göstərici 95 faiz və daha yüksəkdir. Ölkəmizdə təhsilə yatırım sürətlə artır. Təhsilə bundan sonra da diqqət artırılacaq. Bu da bizə imkan verəcək ki, təhsilin daha keyfiyyətli formada təminatını həyata keçirək”.Hər il təhsilə 5 milyard manat ayrılırmı? Ayrılırsa, bu pul doğru istiqamətdə xərclənirmi? Əgər xərclənirsə, niyə müəllimlər imtahanı keçə, direktorlar "özünü" və məktəbi idarə edə bilmir?

Mövzu ilə bağlı Bizimyol.info xəbər portalına açıqlamasında təhsil eksperti Elşən Qafarov bildirib ki, təhsil büdcəsi çox səmərəsiz və təyinatı üzrə xərclənmir: “Elm və Təhsil nazirinin müavini İdris İsayevin söylədiyi fikri barədə razıyam ki, doğrudan da dövlətimiz ildən-ilə təhsil sahəsinə investisiyanın qoyuluşunu artırır, o cümlədən də təhsil büdcəsi də ildən-ilə artır. Bizim təhsil sahəsinə ayrılmış büdcə az qala qonşu Ermənistan Respublikasının Dövlət büdcəsinə çatmaqdadır. Amma çox təəssüf olsun ki, təhsil büdcəsi çox səmərəsiz istifadə olunur və təyinatı üzrə xərclənmir. Elm və Təhsil Nazirliyinin vəzifəsi ölkədə təhsil siyasətini həyata keçirməkdir. Amma hal-hazırda elm və təhsil nazirliyinin fəaliyyətinə baxsaq təhsil büdcəsi müxtəlif təlimlərə, layihələrə xərclənir. Eyni zamanda təchizat vasitəsi ilə də təhsil büdcəsinin silinməsi görsənir. Hal-hazırda Maliyyə Nazirliyi, yaxud Hesablama Palatası Elm və Təhsil Nazirliyini yoxlayarsa, 100 milyonlarla vəsaitin təyinatı üzrə xərclənmədiyi məlum olacaq və bu da təbii ki, çox ciddi problemlərə gətirib çıxardacaq. Nəticə etibarilə Elm və Təhsil Nazirliyində korrupsiyalaşmış bir qruplaşma var. Bu qruplaşmadakı şəxslər özəl şirkətlərdən, müxtəlif zavodlardan və fabriklərdən gətirilmiş təhsilə aidiyyəti olmayan şəxslərdir ki, bunlar büdcə vəsaitlərini dağıtmağı daha yaxşı bacarırlar. Nəticədə təhsil qalır bir yana və təhsil büdcəsi təyinatı üzrə xərclənmir. Yalnız pul silmələrə xidmət edir. Bəli doğrudan da Azərbaycan dövləti təhsilə vəsait ayırır, amma bu vəsaitlər təyinatı üzrə xərclənmir. Ən böyük "pul yemə maşını" Təhsil İnstitutudur. Mən çox istərdim ki, Elm və Təhsil Nazirliyinin rəsmiləri il ərzində neçə milyon manat təlimlər vasitəsilə "məhv edilir". Neçə milyon manat layihələr vasitəsilə "silinir". Bunları göstərsinlər. Neçə milyondur, neçə yüz milyonlardır. Bu təlimlərin, bu layihələrin, nəticəsi nədir? Müsbət nəticəsi varmı? O da yoxdur”.

Elşən Qafarov

Təhsil eksperti vurğulayıb ki, Elm və Təhsil Nazirliyi dövlət qulluğuna vakansiyaları ən çox gizlədən qurumdur: “Elm və Təhsil Nazirliyi ölkə prezidentinin 24 iyul 2023-cü il tarixli məlum fərmanı ilə təsdiq olunmuş Elm və Təhsil Nazirliyinin əsasnaməsinə uyğun olaraq fəaliyyət göstərməlidir. Çox təəssüf olsun ki, biz Elm və Təhsil Nazirliyinin Əsasnamə üzrə fəaliyyət göstərdiyini görmürük. Qeyd edim ki, Elm və Təhsil Nazirliyində təhsillə bağlı olan kadrlar yoxdur. Ölkənin təhsil büdcəsinin təqribən yarısı ümumtəhsil pilləsinə ayrılır, amma çox təəssüflər olsun ki, ölkədə ən bərbad vəziyyətdə ümumtəhsil sektorundadır. Hal-hazırda 12 regional idarə Bakı şəhərininin təhsil idarəsinin Nəvai Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi mövcuddur. Bakı Təhsil İdarəsinin 3 ildən artıqdır ki, rəhbəri yoxdur. Bakı Təhsil İdarəsində hal-hazırda rəhbər vəzifədə məktəbəqədər ümumtəhsil üzrə dövlət agentliyinin müdir vəzifəsini daşıyan Nərminə xanım rəhbərlik edir və Emin Əmrullayevin Amerikadan tələbə yoldaşıdır. Hansı ki, ömründə 1 dəfə də olsun nə məktəbəqədər müəssisədə işləyib, nə bu sahədə təhsili, nə də anlayışı var.

Bu gün Bakı şəhər Təhsil İdarəsi hansı ki, ölkədə işləyən hər 5 müəllimdən biri, təhsil alan hər 3 şagirddən biri Bakı şəhər Təhsil İdarəsinə tabe olan məktəblərdədir. Bakı şəhər Təhsil İdarəsi necə, hansı formada idarə olunur? Bunu Bakı məktəblərində olan vəziyyəti göstərir. Eyni zamanda 12 regional təhsil idarəsi artıq 12 xanlığa bölünüb. Biri də Naxçıvan Muxtar Respublikasının təhsil naziridir. Ölkə təhsili heç vaxt bu qədər bərbad vəziyyətə düşməmişdir. Hətta Sovet İmperiyasının dağıldığı dövrlərdə 1990-cı illərin əvvəllərində belə ölkə təhsili bu qədər bərbad vəziyyətə düşməmişdir. Rüşvətxorluq, məktəblərdə pul yığılmalar, uşaqlara qarşı cinsi zorakılıq, təhsil idarəetmə orqanlarının fəaliyyətsizliyi - bütün bunlar hamısı bir arada sanki belə bir təəssürat yaradır ki, təhsil sistemi bilərəkdən məhv edilir. Təhsil sistemi bilərəkdən dağıdılır. Əslində dağıdılıb.

Təsəvvür edin, artıq tədris ilinin 5-ci həftəsidir, yüzlərlə məktəblərdə müəllim çatışmır, yüzlərlə məktəblərdə dərsliklər çatışmır. Yüzlərlə məktəblərdə hələ də dərs bölgüsü və dərs cədvəli aparıla bilməyib. Bu qədər xaos, bu qədər anarxiya 2-ci bir dövlət qurumunda yoxdur. Bu gün sosial şəbəkəni açırıq, yalnız təhsildə olan neqativ hallardan danışılır. Reallıq budur ki, bütün bunların içərisində ölkədə olan 4400-dən artıq məktəbdə hər 5-6 məktəbin birində direktor əvəzedicidir. Ölkədə olan 4-5 məktəbin birində direktor müavini vəzifəsi ən azı vakantdır. Ortalama hər 4 məktəbin birini direktor əvəz edir. Hər 3 məktəbin birində ən azı bir müavin yoxdur. İboyu ancaq işə qəbul müsabiqələri keçirilirdi. Hər regionun özünün işə qəbul qaydaları ayrıdır. Sanki başqa bir strukturdur.

Bundan əlavə olaraq, Elm və Təhsil Nazirliyi dövlət qulluğuna vakansiyaları ən çox gizlədən qurumdur. Təmiz bazar münasibətləri hökm sürür. Kim nə istəyir, onu edir. Qaydalar yoxdur, olan qaydalar da işləmir. Bütün bunların içərisində deyə bilərik ki, yenə də dövlət ən çox investisiyanı elm və təhsilə yatırır. Bəs təhsili idarə edənlər bu investisiya ilə nə edirlər? Başlarına nə oyun açırlar? Vəziyyət o qədər kritikdir ki, cəmiyyət də, təhsil prosesinin tərəfləri də, təhsillə bağlı olan olmayan insanlar da hamı yaxşı bilir ki, ölkə təhsili sürətlə məhv edilir və bu məhvetmə prosesinin başında Emin Əmrullayev, onun “AZGRANATA”-dan gətirdiyi dostları, digər şirkətlərdən gətirdiyi dostlarıdır. Mahiyyət etibarilə, bu proses bütün sürəti ilə davam edir”.

Günel Həsənova, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:40
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 20 Oktyabr 2025 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see276

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see264

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see240

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see233

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see157

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see149

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see140

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see134

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see133

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see129

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see128

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see127

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see127

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see124

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see122

Neymar və het trik

04 Dekabr 2025 09:17see122

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see122

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see121

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see121

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri